Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

İmzalanmış siyasi Bəyənnamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır.

2022-06-24 13:15:32 192 baxış
Xəbər şəkil

     Ortaq köklərə və tarixi bağlılığa malik olan Azərbaycan və Özbək xalqları sevindirici haldır ki, bu münasibətləri rəsmi dövlət səviyyəsində də inkişaf etdirməyə nail olublar. Sovet İttifaqı dövründə sıx əlaqələrə malik olan Azərbaycan və Özbəkistan SSRİ dağıldıqdan sonra da müstəqil dövlətlər kimi bu dostluq münasibətlərini davam etdirmiş və hazırda münasibətlərimiz yeni mərhələyə qədəm qoymaqdadır. Məlumat üçün qeyd etməliyik ki, iki ölkə arasında diplomatik əlaqələr 02 oktyabr 1995-ci ildə yaradılmış və bu əlaqələrin inkişafı da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. İkitərəfli münasibətlərin yaranmasında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyət kəsb etmişdir. Özbəkistan Prezidenti İslam Kərimovun 1996-cı ildə Azərbaycana səfəri və Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfəri iki ölkənin münasibətlərinin strateji istiqamətlərini müəyyən etmişdir. Bu səfər zamanı qarşılıqlı imzalanan anlaşmalardan sonra “Biz Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şeyi edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin” deyən Ulu Öndər Heydər Əliyevin bu sözləri iki ölkə arasındakı münasibətlərin yaxınlığından xəbər verirdi. Sonrakı illərdə Azərbaycanla Özbəkistan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmışdır. 
      Sevindirici haldır ki, Ulu Öndər tərəfindən əsası qoyulmuş Azərbaycanla Özbəkistan arasındakı dostluq və qardaşlıq münasibətləri cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2004-cü ildə Özbəkistan Respublikasına etdiyi dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyənnamə” iki ölkənin münasibətlərinə rəsmən strateji tərəfdaşlıq qazandırıb. Məhz bunun nəticəsidir ki, rəsmi Daşkənd Azərbaycanın ərazi bütövlüyünə ardıcıl dəstək nümayiş etdirib. 
       Ulu Öndərin Özbəkistana etdiyi rəsmi səfərin 25 illiyinə təsadüf edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana 21-22 iyun 2022-ci il tarixində etdiyi rəsmi səfəri isə əməkdaşlıq əlaqələrinə yeni bir stimul vermişdir. Bu səfər zamanı iki ölkə arasında mövcud olan strateji müttəfiqlik əlaqələrinin daha da dərinləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə nail olunmuşdur. İmzalanmış sənədlər əsasında iki qardaş respublika arasında iqtisadiyyatın müxtəlif sahələrində, həmçinin hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı əlaqələrin daha da artırılması nəzərdə tutulmuşdur. Xüsusilə səfər zamanı iki dövlət arasında imzalanmış Bəyənnamə böyük əhəmiyyət kəsb edir və iki dövlət arasındakı münasibətlərdə tarixi mərhələnin başlandığını göstərir. Məhz Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığın fonunda Azərbaycanla Özbəkistan arasında əlaqələrin genişləndirilməsinə xüsusi ehtiyac vardır. Xüsusilə gələcəkdə Zəngəzur dəhlizinin açılması türk dövlətləri  arasında körpü rolunu oynamaqla yanaşı türk coğrafiyasını birləşdirən ən önəmli amil olacaqdır.
       Eyni zamanda işğaldan azad edilmiş Qarabağ torpaqlarında aparılan bərpa və yenidənqurma işlərində də Özbəkistan dövləti yaxından iştirak etmək arzusundadır. Özbəkistan dövlətinin işğaldan azad edilmiş Füzuli şəhərində məktəb binası tikdirmək istəməsi iki ölkə arasında qardaşlığın daha bir göstəricisidir. 
      Qeyd etməliyik ki, hazırda iki dövlət arasında əməkdaşlığın şaxələndirilməsi üçün siyasi iradə və bir-birindən cəlbedici imkanlar mövcuddur. İnanırıq ki, Azərbaycanla Özbəkistan arasında mövcud olan çoxəsrlik tarixə malik əlaqələr və qarşılıqlı iradə nəticəsində Azərbaycanla Özbəkistan xalqları bundan sonra daha da yaxınlaşacaqdır.

Samir Baxşiyev-YAP Siyəzən rayon təşkilatının sədri.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03