Millət Vəkili Fəzail Ağamlı 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Çağdaş Azərbaycanın müstəqilliyi və dövlətçiliyi tarixində mühüm yer tutan 15 İyun səriştəsizliyin, təcrübəsizliyun süqutu kimi tarixə düşdü.
Xalqın sarsılmaz iradəsi, Azərbaycanın müstəqilliyini istəyən, dövlətçiliyinə sadiq olan insanların səyi nəticəsində Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. O, ölkəni idarəolunmaz vəziyyətdən, fəlakətlərdən xilas etdi.
Bu tarixi gün Azərbaycandakı hərbi, siyasi və iqtisadi böhranın sonu kimi dəyərləndirilir. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı, haqlı olaraq Milli Qurtuluş Günü kimi tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycanın bütün uğurları 15 İyun 1993 - cü ildən qaynaqlanır.
Ulu Öndər Heydər Əliyevin böyük Azərbaycançılığı nəticəsində yaratdığı müasir, müstəqil Azərbaycan dövləti Cənab Prezident İlham Əliyevin gərgin əməyi, qətiyyətli iradəsi və tükənməyən enerjisi və potensialı ilə daha yüksək zirvələr fəth edir.
Bu gün hər bir Azərbaycanlı böyük sevgiylə 15 İyun tarixini qeyd edir.
Ruhunuz şad olsun, əbədiyaşar ULU ÖNDƏRİMİZ!
Fəzail Ağamalı,Millət Vəkili Ana Vətən Partiyasının Sədri.