Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Azərbaycanlı cərrah-alim, Beynəlxalq Cərrahlar Cəmiyyəti İdarə heyətinin üzvü Cavad Heyətin anım günüdür

2020-08-12 19:53:17 620 baxış
Xəbər şəkil

Bugün Azərbaycanlı cərrah-alim, Beynəlxalq Cərrahlar Cəmiyyəti İdarə heyətinin üzvü, İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən (İranda eksperimental cərrahiyyənin təməlini qoyan), “Varlıq” jurnalının təsisçisi, türkologiyaya aid 7 cildlik kitabın müəllifi, 5 nüfuzlu elmi qurumun fəxri üzvü, 5 universitetin fəxri doktoru və professoru, “Bilgə dədə” ləqəbi ilə tanınmış Cavad Heyətin anım günüdür. Cavad Heyət (Cavad Mirzə Əli oğlu Heyət; 24.05.1925, Təbriz – 12.08.2014, Bakı) Azərbaycan xalqının XX yüzildə yetişdirdiyi böyük şəxsiyyətlərdən hesab olunur. Dünya azərbaycanlıları arasında yüksək səviyyədə tanınır. Türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olub. Alim dogma dilimizlə yanaşı, fars və ingilis dillərini də mükəmməl bilirdi. Cavad Heyət ilk və orta təhsilini Təbriz, Həmədan və Tehranda alıb. Orta hərbi məktəbi bitirdikdən sonra o, Tehran Universitetinə daxil olub; ikinci kursdan ali təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirərək, 1943-1946-cı illərdə burada Tibb fakültəsində oxuyub. İstanbulda tibb tǝlǝbǝsi olarkǝn türkologiya elminǝ dǝ dǝrin maraq bǝslǝyən Cavad Heyət, oradakı böyük türkoloq alim vǝ ǝdiblǝrlǝ yaxın ǝlaqǝlǝr quraraq, bilgisini genişlǝdib vǝ ardından ixtisas üçün Parisǝ cərrahlıq ixtisasını tamamlamaq üçün gedib. Heyət ailəsi Azərbaycanın seçkin ailələrindən biri olub. Ailənin soyadı Mirzə Əlinin məşrutiyyət inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin başçısı olduğu üçun “Heyət” adı ilə tanınıb. Cavad Heyətin atası Mirzə Əli Heyət və ondan öncəkilər Qacar şahzadələrinin müəllimləri və eyni zamanda onların güvəndiyi şəxslərdən olub. Pəhləvi hakimiyyəti zamanı isə bu nəsilə qarşı hakimiyyətin münasibəti bir qədər dəyişib. Cavad Heyət Mirzə Əli Heyətin 9 övladından biri olub. C.Heyət “Varlıq” dǝrgisinin imtiyazının özündǝn sonra, qardaşıoğlu Rza Heyətin adına keçmǝsini rǝsmi şǝkildǝ vǝsiyyǝt edib. Əmək fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan C.Heyət, 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışıb, daha sonra ixtisasını təkmilləşdirmək üçün Paris Universitetinin cərrahlıq kafedrasında işləyib. O, 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıdıb, 1953-cü ildən Tehranda Hidayət və Ədliyyə xəstəxanalarında cərrahlıq klinikaları quraraq onlara başçılıq edib. Doktor C.Heyət İranda eksperimental cərrahiyyənin təməlini qoyub. 1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi tanıdıb. Doktor 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini uğurla həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub. Tibb sahəsində qazandığı nailiyyətlər C.Heyətə geniş şöhrət gətirib. Doktor C.Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınıb. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilib. Bir sıra beynəlxalq elmi toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında gün üzü görüb. C.Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olub. C.Heyət bütün həyatını və fəaliyyətini əsasən cərrahlığa, həmin sahə üzrə araşdırmalara sərf edərək İranda nəzəri və eksperimental cərrahiyyənin əsasını qoyub, elmi-nəzəri və əməli uğurlarına görə 1983-cü ildə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib. Bundan sonra, 8 ildən artıq Tehranda Azad İslam Universitetinin Cərrahiyyə kafedrasına başçılıq edib. Fars dilində cərrahlıqla bağlı üçcildlik dərsliyin müəllifidir. C.Heyət dostu Prof.Dr. Həmid Nitqi ilə birlikdə İranda elmi türkologiyanın əsasını qoyub. C.Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də, islamşünaslığa dair tədqiqatlar önəmli yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanıb. Böyük alimin türkologiya sahəsində 300, tibb sahəsində 100 məqaləsi vardır. İranda sonuncu inqilabdan sonra Azərbaycan dilinin elmi tarixi ilə doktor C.Heyət və doktor H.Nitqi məşğul olub. C.Heyət fars dilində çap etdirdiyi “Türk dilinin tarixi və ləhcələri” əsərini Pəhləvi rejimi zamanı İran dilçilik elminin və hakim ideologiyanın Azərbaycan dilinin özünə-məxsus müstəqil və zəngin bir dil olmasını inkar etməsinə cavab olaraq yazıb. Bundan əlavə, Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kitablarının müəllifidir. “Varlıq” jurnalı İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnaldır. Azərbaycan və fars dillərində çıxır. “Varlıq” İran islam inqilabından sonra, vətəndaşlara ana dilində jurnal nəşr etdirmək icazəsindən sonra yaradılıb. Jurnalın gün üzü görməsində, özəlliklə C.Heyətin böyük rolu olub. (Prof.Dr. Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli jurnalın yaradılmasında və yaşamasında yaxından iştirak edib). C.Heyət bütün ömrü boyu jurnalı şəxsi vəsaiti hesabına nəşr etdirib. Yazıların 80%-i Azərbaycan dilində, 20%-i isə fars dilindədir. Bütün İran cəmiyyətinə hesablanan məqalələr fars dilində verilir. Jurnalda Azərbaycanın müdafiəsi, Qarabağ problemi ilə bağlı məqalələr də yer alır. “Varlıq” jurnalı İranda tanınan və ciddi oxunan nəşrlərdəndir. C.Heyət 12 il “Daneşe pezeşki” (“Tibbi bilik”) jurnalını da nəşr etdirib. Jurnalda onun 70-ə yaxın elmi məqaləsi yayınlanıb. (1976-cı ildə Məhəmməd Rza Pəhləvi səltənətinin 50-ci və İran şahlarının 2500 ildönümü ilə bağlı yazı yayınlamadığı səbəbindən jurnal İranın dövlət təhlükəsizlik orqanı tərəfindən qapadılıb.) C.Heyət BDU-nun, ATU-nun, “Xəzər” Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, ADPU-nun fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü olub. Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və “Dədə Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz” mükafatına layiq görülüb. Türk Dil Qurumunun fəxri sədri, eləcə də, İstanbul Universitetinin fəxri doktoru olub. C.Heyət II Fəxri Xiyabanda dəfn edilib. RUHU ŞAD OLSUN! Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

KANAL 4

Səmil Şahlaroğlu

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01