Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

“Həcər xanım icazəm olmadan mənim səhifəmdə paylaşım edib” – Fəzail Ağamalı ilə MÜSAHİBƏ

2022-06-03 17:50:24 212 baxış
Xəbər şəkil

Gündəm.az-ın suallarını Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı cavablandırıb. 

Müsahibəni təqdim edirik. 

- Fəzail müəllim, ötən gün Qarabağ qaziləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası önündə aksiya keçirdilər. Gərginlik hətta qurumun qapısının və şüşələrinin sındırılması həddinə çatdı. Vaxtilə əmək və əhalinin sosial müdafiəsi naziri, nazir müavini vəzifələrini icra etmiş biri olaraq məsələyə münasibətinzi bilmək maraqlı olardı.

- Dünən baş verənlər ciddi siqnal idi. Qazilərimizi bu həddə gətirməyə ehtiyac yoxdur. Onlara digər insanlardan üstün münasibət, diqqət göstərmək lazımdır. Onlar şəhidliyin bir addımlığından geri dönmüş insanlardır. Ölkə başçısı İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində çox böyük işlər görürlər. Digər məmurlar bundan ibrət götürməlidirlər. Qaziləri qəbul etmək, onları dinləmək lazımdır. Əgər qazinin tələb etdiyi sosial imtiyaza haqqı çatmırsa, bu ona izah edilməlidir. Bir daha qeyd edirəm ki, qaziləri o vəziyyətə çatdırmaq olmaz. Nazirliyə gəliblərsə, qapını üzlərinə açmaq lazımdır. Onlar müharibədən çıxıblar, kontyuza alıblar, psixoloji durumları yerində deyil. Ağrı-acı keçirirlər. Onları qapının ağzında saxlamaq olmaz. Bizim barmağımıza tikan batanda canımızı qoymağa yer tapa bilmirik. Bu adamlar isə bədənlərində qəlpə gəzdirirlər, odun-alovun içərisindən çıxıblar.

- Nazir Sahil Babayev niyə şəxsən özü qazilərimizi qəbul edib dinləmir?

- Mən də bunu anlaya bilmirəm. Nə üçün digər nazirlər rayonlara gedə, vətəndaşları qəbul edə bilir, amma əmək və əhalinin sosial müdafiəsi naziri bunu edə bilmir. Video kadrlardan da göründüyü kimi polis qazini qucaqladı və onu sakitləşdirdi. Deməli, gərginliyi azaltmaq mümkün idi. Amma Nazrliyin əməkdaşları bunları etmədilər. Mətbuat xidmətinin rəhbəri səviyyəsində açıqlama verməklə işi bitmiş hesab etmək olmaz.

- Qazilərlə bağlı bizim acı təcrübəmiz var. Söhbət 2000-ci illərdə baş vermiş aksiyalardan, həbslərdən gedir. Sizə elə gəlmirmi ki, bəzi dövlət qurumlarının qazilərə laqeyd münasibəti yenidən həmin hadisələrin təkrarlanmasına gətirib çıxara bilər?

- Doğru buyurursunuz. 44 günlük Vətən müharibəsində iştirak etmiş qazilərimiz çox vətənpərvər, mədəni insanlardır. Onlar torpaqlarımızın azad olunması üçün çox böyük fədəkarlıq ediblər, canlarından keçiblər. Ən pisi odur ki, baş verənlərdən istifadə edən, yararlanan məkrli qüvvələr var. Bir daha qeyd edirəm ki, Nazirliyin yüksək vəzifəli şəxsləri qazilərimizi qəbul edib dərdlərini dinləməli, problemə aydınlıq gətirməlidirlər. Qapını bağlayıb kabinetdə sakit oturmaq problemdən çıxış yolu deyil. Məndə məlumat var ki, Türkiyədə azərbaycanlı ana xəstə övladına əlillik dərəcəsi ala bilmir.Səfirlik onun əlillik dərəcəsini qaldırıb. Bakıda Nazirlikdən deyiblər ki, gəlib Azərbaycanda əyani tibbi müayinədən keçməlidir. Adam ayağa qalxa bilmir, ölkəyə necə gəlsin? Nazirlik özü Türkiyəyə nümayəndə göndərsin, gedib yerində araşdırsınlar məsələni. Sanki kimlərsə məqsədli şəkildə gərginlik yaradırlar. Əgər təlimatlarda boşluq, maneə varsa, aradan qaldırılmalıdır. O insanlara qarşı mərhəmətlilik göstərmək lazımdır. Nazirlik narazıların üzünə qapını bağlayanda barmaqlar Prezident Administrasiyasına tuşlanır. 

- Qalib ordunun qazilərinin sosial narazılıqları erməni mətbuatı tərəfindən də geniş işıqlandırıldı...

- Bəli, onlar bu faktdan istifadə edirlər. Ciddi hadisədir. Nəticə çıxarmaq lazımdır. 

- Sonda bir müddət öncə Salyan rayonunda aztəminatlı ailələrə etdiyiniz yardımlara görə sizə yönəlmiş tənqidlərə münasibətinizi öyrənmək istərdim. Saytlar yardımların azlığını xüsusilə qabartdılar. Etdiyiniz yardımları təbliğ etmək, onların şəkillərini çəkib sosial şəbəkədə yerləşdirmək nə dərəcədə doğrudur? 

- Bizim yardımımız ənənəvi xarakter daşıyır. O fotolar yayılanda mən İstanbulda idim. İndi də ordayam. Mənim özümün yardım fondum var. Hər ay maaşımdan ora pul köçürürəm və ehtiyacı olanlara yardımlar edirəm. Mənim köməkçim yardımların fotosunu öz səhifəsinə qoyub, digər köməkçim Həcər xanım da mənim icazəm olmadan sosial şəbəkə hesabımda paylaşıb. Mənim xəbərim olmayıb. Ona iradımı bildirdim və şəkillər səhifəmdən silindi. Etdiyim yardımların şəkillərini səhifəmə qoysam, ona baxmaq üçün günlərlə vaxt lazım olar. Amma yardımı təbliğ etməyi xoşlamıram. Mənim köməkçim var, Xidmət Orucov. Ona dəfələrlə demişəm ki, yardımların fotolarını paylaşma. Amma yenə də paylaşır. Deyir ki, yaxşılığı paylaşmaq lazımdır. Burada pis heç nə yoxdur. O, feysbukda çox fəaldır. Amma mən öz səhifəmdə belə şeylərin paylaşılmasını istəmirəm. Belə yardımlar xırda şeylərdir. 

Kanal4.az

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03