Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Zəngəzur dəhlizinin açılması önəmli məsələdir

2022-05-30 19:19:35 262 baxış
Xəbər şəkil

 

Vətən müharibəsində  Azərbaycan güc yolu ilə  beynəlxalq hüququ təmin etməyin nümunəsini göstərdi.  44 gün davam edən Vətən müharibəsində torpaqlarını işğaldan azad edən   Azərbaycanın Zəfərini qüdrətli ölkənin uğuru, ədalətin bərpası kimi qəbul edən  dövlətlər xalqımızla həmrəyliklərini bildirdilər. Ali Baş Komandan kimi düşmən üzərində  Qələbəsini döyüş meydanlarında qazanan Prezident İlham Əliyev  müharibə dövründə  30-a yaxın xarici KİV-ə müsahibələri,  çıxışları, xalqa müraciətləri,  4 saatlıq mətbuat konfransında, mühüm beynəlxalq platformalardakı  məntiqli çıxışları ilə  informasiya müharibəsinin də qalibi olduğunu göstərdi.  Vətən müharibəsi  Azərbaycanın Qələbəsi ilə bitdikdən sonra  ötən ilin noyabr ayının  10-da  imzalanmış üçtərəfli Bəyanatda ölkəmizin maraqları əksini tapdı.  Bəyanatın ən mühüm tarixi əhəmiyyətli bəndlərindən olan  Zəngəzur dəhlizinin bərpası ilə bağlı məsələ bütünlükdə türk dünyası tərəfindən  razılıqla qarşılandı. Zəngəzurun  tarixi Azərbaycan torpaqları olduğunu o ərazilərin toponimikası, coğrafi yerləşməsi  və saysız-hesabsız  başqa məlumatlar təsdiqləyir.  Zəngəzur qəzası inzibati-ərazi vahidi kimi  Yelizavetpol (Gəncə) quberniyasının yaranması ilə formalaşıb, ərazisinə indiki Sisyan (Qarakilsə), Gorus, Qafan, Mehri, Zəngilan, Qubadlı, Laçın bölgələri daxil idi. Bu doğma torpaqlarımızın xeyli hissəsi Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ermənilərin hiyləsi, Rusiyanın köməkliyi ilə alınıb, Ermənistana verilib. Zəngəzur tarixin bütün mərhələlərində azərbaycanlılara, Azərbaycan türklərinə məxsus yaşayış yeri olub. Ermənilər  Qərbi Azərbaycanda olduğu kimi,  zəbt etdikləri digər ərazilərdə də, o cümlədən Zəngəzurda  Azərbaycana məxsus adları özününküləşdirərək , tarixi abidələri süni surətdə saxtalaşdırmış,  onları xristian kilsəsi, məbədi adlandırmaqla  bu diyarda guya ancaq ermənilərin yaşadıqlarını sübut etmək üçün məkrli siyasət yeritmişlər.  Halbuki qədim Azərbaycan torpağı olan Zəngəzurda  XVII əsrə qədər bir nəfər də olsun erməni adında nə tayfa, nə qəbilə , hətta bir erməni belə yaşamayıb. Bu yerlərdəki tarixi abidələrin, bulaqların,  yurdların, obaların adları da türkcə, albancadır.  «Gülüstan» ( 1813) və  «Türkmənçay» (1828) müqavilələrindən sonra  İrandan köçürülən ermənilərin Zəngəzurda,  Qarabağda yerləşdirilməsi ilə bu yurdun acı günləri başlayıb.  1919-cu ildə   Zəngəzurdakı  222 yaşayış məntəqəsindən 116-sı Azərbaycan türklərinə məxsus olub.  İllərdən bəri etnik təmizləmə siyasəti yeridən ermənilər zaman-zaman bu torpağın əsl sakinləri olan azərbaycanlıları doğma torpaqlarından  iraq salmış,  günahsız insanları qətlə yetirmişlər. 1988-ci ildə isə  zəngəzurlular son nəfərinə qədər  öz torpaqlarından  qovulmuşlar. Amma saxtakarlığı sevməyən zaman hökmünü verdi.  Vətən müharibəsində  qalib gələn Azərbaycan  Dağlıq Qarabağdakı tarixi torpaqlarını işğaldan azad etməklə Zəngəzura  qovuşmaq istəklərini də  reallaşdırır. Zəngəzurun Azərbaycanın tarixi ərazisi  olduğunu Bəyanata salınan bəndlə təsdiq edən Prezident İlham Əliyev daha bir tarixi missiyasını yerinə yetirdi. «Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, - çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü, - faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi» sözləri ilə  Zəngəzurun  Azərbaycana qaytarılmasında israrlı olduğunu bildirən Prezident İlham Əliyev müharibədən sonra işğaldan azad olunmuş torpaqlarda  aparılan quruculuq, abadlıq işlərinin Zəngəzurda da davam etdiriləcəyini inamla bildirir. Zəngəzur dəhlizinin region ölkələri, türk dünyası üçün əhəmiyyətinin izaha ehtiyacı yoxdur.   Bu yolun açılmasını Azərbaycanın digər əraziləri ilə əlaqənin bərpası üçün darıxan naxçıvanlılar daha çox  istəyirlər. Sovetlər dövründə  Bakıdan  Naxçıvan Muxtar Respublikasına uzanan dəmir yolundan istifadə edən naxçıvanlılar Zəngəzur, sonradan   Mehri adlandırılan stansiyada dayananda yol nəzarətçiləri olan ermənilərin məcburi,  nifrət dolu baxışlarını görməmək üçün  vaqonların pərdələrini çəkirdilər. Ata-baba yurdumuz olan Zəngəzuru Mehri adlandıran mənfur   ermənilər türklərə qarşı nifrətlərini  qatarı nəzərdə tutulduğu vaxtdan da  artıq  saxlamaqla bildirir, sanki rahatlıq tapırdılar. Öz torpağımızda qəriblik hiss edən naxçıvanlılar  ermənilərin bu  «cəzalarına» dözməyə məcbur idilər. Çünki  zorla  qardaşlıq ailəsində birləşdirilən imperiyanın ermənilərə dəstəyi bizi bu məcburiyyətə öyrəşdirmişdi.  Qatarın Araz çayı boyı  keçdiyi yolda isə   sovetlərin yaşıl papaqlı, əli avtomatlı sərhədçiləri  Cənubi Azərbaycanda yaşayan qardaşlarımızı görməyək deyə  bütün pərdələri bağlayırdılar.   «Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq… Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər» söyləyən Prezident İlham Əliyevin iradəsi  tarixi Zəngəzur  həsrətimizə son qoyulacağı inamını artırır. ADA Universitetində keçirilən  konfransda «Bildiyiniz kimi, bu gün biz kommunikasiyanın açılmasını, xüsusilə Zəngəzur dəhlizini müzakirə edirik və Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz. Baxmayaraq ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunda iştirak etmir, Türkiyə müzakirələrlə bağlı bizim tərəfimizdən məlumatlandırılır və əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq istəyirsə, onlar tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirlərsə, yalnız Türkiyə onları bununla təmin edə bilər. Bildiyimə görə, Türkiyə hökuməti hazırdır. Beləliklə, top Ermənistan tərəfdədir» sözləri ilə  Ermənistana başqa çıxış yolu olmadığını xatırladan dövlət başçımız İlham Əliyevin  bir neç il əvvəl  söylədiyi «Bizim ata-baba yurdumuz olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı  torpaq iddiası sürmürük. Halbuki sürə bilərik. Çünki indiki  Ermənistanın yerləşdiyi ərazi qədim türk,  Azərbaycan  torpaqlarıdır» sözlərini  siyasi iradəsi, qətiyyəti ilə   reallaşdırır.  «Beləliklə, Zəngəzur dəhlizi reallığa çevrilir. Biz çoxtərəfli əməkdaşlığa ümid bəsləyirik»  söyləyən Prezident İlham Əliyevin söylədiyi « Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu  yolu istifadə  ediriksə, niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik» sözlərinin yaxın zamanlarda gerçəkləşəcəyinə inanırıq.  Buna da əminik ki,  Bakı-Naxçıvan qatarı artıq Mehridə deyil, lövhədə «Zəngəzur» sözləri yazılmış stansiyada dayanacaq.

 


Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının 
Salyan Poçtamtı  ƏPT-nın sədri  Əliağa Mustafayev 





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03