Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Milli həmrəyliyi təmin etmiş xalqın Ümummilli Lideri.

2022-05-11 09:40:23 234 baxış
Xəbər şəkil

 

Heydər Əliyev bütün həyatı boyu ölkəmizin inkişafı və xalqımızin firavan həyatı üçün elə bir fəaliyyət nümunəsi nümayiş etdirib ki, onun istiqamətlərini dəyər baxımından bir-birindən fərqləndirmək çox çətindir. Çünki bu amala bütün varlığı ilə bağlı olan Ümummilli liderimizin baxışlarında dövlətin və xalqın taleyi ilə əlaqəli bütün məsələlər eyni dərəcədə əhəmiyyətli olub.  Lakin dünya miqyasında Heydər Əliyev ilk növbədə dövlətçilik prinsiplərinə son dərəcə ciddi yanaşan böyük siyasətçi kimi tanınır. Azərbaycanda müasir dövlətçilik ənənələrinin əsası da məhz Ulu öndərimizin dövründə  qoyulub.  Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını Heydər Əliyevin sayəsində gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Respublikamıza rəhbərliyi dövründə Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.
 Ümummilli liderimizin 1969-1982-ci illərdə misli görünməmiş  xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi o dövrdə ölkəmizdə qanunçuluğun və hüququn möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.


Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi super dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı ilə orada da böyük nüfuz qazanmışdı. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və müsəlman-türk dünyasının fəxrinə çevrilmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində olarkən Azərbaycan əleyhinə çirkin məqsədlərin, o cümlədən keçmiş Dağlıq Qarabağ məsələsində ermənilərin separatist niyyətlərinin həyata keçirilməsinin qeyri-mümkün olduğunu başa düşən məkrli qüvvələr onu vəzifədən uzaqlaşdırmağa çalışmışlar. Lakin buna baxmayaraq taleyüklü məqamlarda Heydər Əliyev hər zaman xalqımızın yanında olmuşdur. 20 yanvar faciəsinindən dərhal sonra o, həyatını real təhlükə altına ataraq Moskvada sovetlər birliyi rəhbərliyini ifşa etməklə imperiya siyasəti əleyhinə çıxaraq doğma xalqı ilə bir yerdə olduğunu bir daha nümayiş etdirdi.
 Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.
Məhz belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə Naxçıvandan respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu.
Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail olundu, iqtisadiyyat  dirçəldi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevrildi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış bir çox transmilli layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməli qoyuldu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı.
Tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini yaraatmağa nail oldu. İlk milli Konstitusiyanı gerçəkləşdirməklə demokratik hüquqi dövlət quruculuğu prosesinə güclü təkan verildı. Ölkədə hüquqi dövləti qurmaq üçün mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyət bölgüsü kimi prinsiplər yaradıldı.
Ulu öndər ordu quruculuğunu prioritet fəaliyyət istiqamətlərindən biri elan edərək eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında təşəbbüsü ələ almaqla danışıqlar prosesində Azərbaycanın üstün mövqeyini təmin etdi.
 Bir sözlə, Heydər Əliyev dövlət və xalq naminə bir insanın, rəhbərin, şəxsin edə biləcəyi nə varsa, hamısını edib. Və bu nailiyyətləri etibarlı əllərə ötürüb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 18 ilin bənzərsiz uğurlu nəticələri və xüsusilə,  ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər bu danılmaz  həqiqətin bariz sübutudur.
Tarixi paralellər aparsaq, görərik ki, Heydər Əliyev Azərbaycanı bir dövlət kimi müstəqilliyini itirmək təhlükəsindən xilas etmiş, İlham Əliyev isə bu siyasəti davam etdirərək ölkənin ərazi bütövlüyünü təmin etmişdir. Bunların hər ikisi –müstəqillik və ərazi bütövlüyü tarixi xilaskarlıq missiyasının bir-birini tamamlayan qoşa qanadlarıdır. Çünki dövlətin mövcudluğu baxımından vəhdətdə olmalı bu iki şərtin birini digərsiz təsəvvür etmək mümkün deyil. Azərbaycanın nail olduğu bu uğur siyasi varisliyin ən bariz nümunəsidir.
Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı, şübhəsiz, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra xalqımız üçün ən gözəl müjdədir. Həqiqətən də bu, çox əhəmiyyətli və dəyərli bir təşəbbüsdür. Böyük siyasi əhəmiyyət kəsb edən bu tədbiri ilk öncə azərbaycan xalqının milli birliyinin təcəssümü kimi dəyərləndirmək lazımdır. Mədəniyyət paytaxtımız olan azad Şuşada keçirilən bu toplantı bir daha sübut etdi ki, sayı 50 milyonu ötmüş dünya azərbaycanlılarının ürəyi hər zaman  doğma Vətənin nəbzi ilə bir vurur. Bu, dünyaya verilən bir ismarıcdır: biz hər zaman öz milli mənliyimizə və qürurumuza sahib çıxa biləcək böyük və qalib xalqıq.
Milli həmrəylikdən söz düşərkən ilk növbədə gözümüzün önündə ən böyük azərbaycanlı saydığımız Ulu öndər Heydər Əliyevin siması canlanır. Çünki bu istiqamətdə fundamental uğurların əldə olunması, həqiqətən də,  ilk növbədə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə onun yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, xaricdə yaşayan həmvətənlərimizlə bağlı fəaliyyətin inkişafı istiqamətində də mühüm addımlar atıldı. 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi təsis edildikdən sonra milli diaspor hərəkatı daha geniş vüsət aldı.
 Heydər Əliyev məhz soydaşlarımızın “azərbaycançılıq” ideyası ətrafında sıx birləşərək təşkilatlanması istiqamətində  göstərdiyi ölçüyəgəlməz xidmətləri sayəsində “ümummilli lider” zirvəsinə yüksəlmişdir. Ona görə də “Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam!” sözləri bu gün vətəninə və xalqına bağlı olan hər bir azərbaycanlının milli birlik şüarına çevrilərək həmrəylik himni kimi səslənir. Bu mənada “Zəfər qurultayı”nın Ulu öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ərəfəsində baş tutması, hesab edirəm ki,  həm də Heydər Əliyev şəxsiyyətinə milli ehtiramın ifadəsidir.  

 

Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının 
Salyan rayon Mərkəzi Xəstəxanası  ƏPT-nın sədri Ramil Hüseynov





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03