Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada heyvandarlıqla genişmiqyaslı məşğul olmaq olar

2022-05-08 18:11:37 285 baxış
Xəbər şəkil

Otuz ilə yaxın müddət ərzində davam edən işğal dövrü ərzində erməni qəsbkarları Azərbaycan torpaqlarında görünməmiş miqyasda talançılıqla məşğul olub, ağlasığmaz vandalizm aktları həyata keçiriblər.

"Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə yönəldilmiş siyasəti azərbaycanlıların bu ərazilərdə tarixi izlərini tamamilə silməyə yönəlmişdi. Azərbaycan hər zaman Ermənistanın törətdiyi bu cinayətlər haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırıb və proses bu gün də davam edir. Dövlətimiz erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərini sistemli şəkildə həyata keçirir. Ölkə Prezidenti cənab İlham Əliyevin bütün beynəlxalq platformalarda etdiyi çıxışlarında, xarici KİV-lərə müsahibələrində bu məsələlər barədə ətraflı məlumatlar verilir, inkarolunmaz dəlillər təqdim olunur. Dövlət başçımız mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı etdiyi çıxışında da bu məsələyə toxunmuş, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin ermənilər tərəfindən ölçüyəgəlməz dağıntılara məruz qoyulduğunu bir daha vurğulamışdır. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilmiş, rayonun tarixi-dini abidələri vəhşicəsinə dağıdılmış, təbii sərvətləri amansızcasına talanaraq bölgənin təbiətinə qarşı əsl ekosid həyata keçirilib”. Hazırda keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması dövlətimiz tərəfindən əsas prioritetlərdən biri kimi nüəyyən edilib:

“Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinin miqyası və əhatəliliyi hər kəsi heyrətləndirir. Yenidən qurulan yaşayış məntəqələrində birbaşa Prezident İlham Əliyevin tapşırığı əsasında, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük verilir. Zəngilan rayonunda Ağalı kəndinin bərpası, Ağdam şəhərinin yenidən qurulması layihələrində belə müasir trendlərdən istifadə edilir. Bütün bu işlərdə qarşıya qoyulan əsas məqsədlərdən biri də keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara, öz tarixi yurdlarına tezliklə qayıtmasını təmin etməkdir. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Məhz elə buna görə də birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur. Burada müasir, böyük və rahat kənd salınır. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf kimi həyat üçün vacib olan amillər bu layihənin əsasında duran başlıca prinsiplərdir. Hazırda Zəngilanda böyük infrastruktur layihələri həyata keçirilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Bu il həmçinin Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir ki, bu hava limanının çox böyük funksiyaları olacaq. Bütün bunlar o məqsədə xidmət edir ki, yaxın gələcəkdə Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilsin. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunun üçün geniş imkanlar yaradır”.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq insanların məşğulluğunun və bölgələrin iqtisadi inkişafının təmin olunması məqsədilə həmin ərazilərdə yeni müəssisələrin yaradılması məsələsi də hazırda dövlət tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır:
“Zəngilan rayonunda əsas məşğulluğun və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatıdır. Öz çıxışında dövlət başçısı qeyd etdi ki, Ağalı kəndində bu il yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olacaqdır. Ümumiyyətlə, azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur və dövlətimizin bu imkanları reallaşdırmaqla bağlı çox böyük planları var. Məlimdir ki, bu gün bütün dünyada ərzaq təhlükəsizliyi məsələsi ön plandadır. Əlbəttə Azərbaycanda son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq, dövlət başçısının da qeyd etdiyi kimi, hələ Azərbaycan özünü 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmir. Lakin görüləcək əlavə tədbirlər nəticəsində ən yaxın vaxtlarda idxaldan asılılıq xeyli dərəcədə azalacaq. Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada heyvandarlıqla da genişmiqyaslı məşğul olmaq olar. Zəngilanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük imkanlar var.
Prezident İlham Əliyev öz çıxışında məhz bu məqamı da vurğulayaraq bildirdi ki, rayonun kənd təsərrüfatı potensialının maksimum dərəcədə realizə etmək üçün müvafiq qurumlar tərəfindən tövsiyələr verilməlidir. Bu gün Azərbaycanın kənd təsərrüfatı sahəsinə ən qabaqcıl texnologiyaları tətbiq etmək imkanları var və dövlətimiz öz vətəndaşlarının rifahı naminə bu imkanları tam olaraq reallaşdırmaq əzmindədir”.

Elmar Əhmədov 

YAP. Salyan rayon təşkilatının Sədri.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03