Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Deputat: “Müasir Azərbaycan dövlətinin memarı”

2022-05-07 08:53:42 119 baxış
Xəbər şəkil

“Zaman keçdikcə insanlar Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki müstəsna rolunu daha dərindən dərk edərək, onun nə qədər uzaqgörən və dahi bir şəxsiyyət olduğunu anlayırlar. Bu baxımdan da Heydər Əliyev müasir Azərbaycan dövlətçilyinin memarı adlandırırlar. Məhz onun uzaqgörən, müdrik və qətiyyətli siyasəti nəticəsində Azərbaycan üzləşdiyi hərtərəfli siyasi, sosial-iqtisadi və dövlətçilik böhranından xilas olaraq inkişaf yoluna qədəm qoydu. Əgər Ulu öndər 1993-cü ildə çox mürəkkəb ictimai-siyasi proseslər dönəmində ağır məsuliyyəti üzərinə götürüb Azərbaycana rəhbərlik etməsəydi, bu gün biz tamam başqa bir vəziyyətlə üzləşə bilərdik. Torpaqları işğal olunub, parçalanmış bir vəziyyətlə üz-üzə qalardıq. O zaman Azərbaycanı üzləşdiyi bu ağır sınaqlardan yalnız Ulu öndər Heydər Əliyev xilas edə bilərdi və etdi də. Onun hakimiyyətə gəlişindən sonra Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxararaq, gələcək inkişaf strategiyasını müəyyən edib, onun həyata keçirilməsi üçün mühüm addımlar atdi”.

Bunu açıqlamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, bu baxımdan biz Ulu öndəri müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi kimi də dəyərləndirə bilərik. “Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə hüquqi dövlətin sarsılmaz əsaslarını qoyuldu və bu istiqamətdə ciddi islahatlar həyata keçirildi. Bununla paralel olaraq ölkənin iqtisadi müstəqilliyin təmin olunması istiqamətindən strategiya hazırlanıb həyata keçirilməyə başlandı. Azərbaycanın müasir dövrün iqtisadi reallıqlarına uyğun, bazar iqtisadiyyatının tələbləri əsasında iqtisadi islahatların həyata keçirilib iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatlar Heydər Əliyevin siyasətin prioritetinin təşkil edirdi.

1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” ni isə nəinki gələcək inkişafında, o cümlədən Azərbaycanın təhlükəsizliyi baxımından mühüm tarixi əhəmiyyət kəsb edən bir sənəd oldu. Bu müqavilənin imzalanması ilə Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoymuş oldu. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra qısa zaman kəsiyində Azərbaycan sürətli inkişaf mərhələsi qədəm qoymaqla, dünyanın ciddi maraq dairəsində olan bir ölkəyə çevrildi. Heydər Əliyevin uğurlu neft strategiyası qısa zamanda öz bəhrəsini verməyə başladı. Məhz bu müqavilənin imzalanmasından sonra ölkənin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi layihələrə reallaşdı”- deputat qeyd edib.

O əlavə edib ki, bundan sonra ölkə iqtisadiyyatına milyardlarla dollar həcmində xarici sərmayə yatırılmağa başlandı. “Ölkədə siyasi və iqtisadi sabitliyin yaranması, milli həmrəyliyin yaranmasına gətirib çıxardı. Milli həmrəyliyin yaranması isə Azərbaycanın qarşısında duran vəzifələri, problemləri və hədəflərin həllində müstəsna rol oynadı. Əsas hədəf Azərbaycanın enerji resurslarından düzgün istifadə etməklə güclü iqtisadiyyata, qüdrətli orduya, dünyada nüfuz sahibi olan ölkəyə çevirməklə Qarabağ kimi problemi həll etmək idi. Bütün bunların bünövrəsi məhz Ulu öndər Heydər Əliyevin dövründə qoyuldu. Sadəcə ömür bu hədəflərə nail olmaq ona vəfa etmədi, Amma bu hədəfləri yerinə yetirməyə qadir layiqli siyasi varisini müəyyən etdi. Bu, cənab Prezident İlham Əliyev idi. Ulu öndər Heydər Əliyev İlham Əliyevin potensialını, bacarığını və necə bir lider olacağını və yarımçıq qalan planlarını həyata keçirəcəyinə inanırdı və buna əmin idi. Təsadüf deyil ki, Ulu öndər 2003-cü ildə keçirilən prezident seçkilərində Azərbaycan xalqına etdiyi müraciətində deyirdi: “Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firəvanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, məhz belə də oldu. cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoydu və qarşıya qoyulan hədəflərə nail olunması istiqamətində dayanmadan fəaliyyət göstərdi. Və nəticədə Azərbaycan dünyada güclü iqtisadiyyata, qüdrətli orduya və dünyada nüfuzlu, onunla hesablaşılan bir dövlətə çevrildi. Ermənistanın Azərbaycana işğalçılıq siaysətinə son qoyuldu və ərazi bütövlüyü təmin edildi. Hazırda Azərbaycan dövlətçiliyi yeni bir inkişaf mərhələsini, quruculuq və dünyanın nüfuzlu, inkişaf etmiş ölkələrindən birinə çevrilmək mərhələsinə qədəm qoyub. Cənb Prezident İlham Əliyevin rəhbərliyi altında bu yolda uğurla irəliləyir. Əminəm ki, ən qısa zamanda Azərbaycan bu hədəflərinə də nail olacaq. Bütün bunlar məhz Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiya əsasında həyata keçirilir. Bax, buna görə də Ulu öndər Heydər Əliyev zamana sığmayan lider kimi dəyərləndirilir və bir həqiqətdir. Azərbaycan dövləti var olduqca onun xidmətləri daha da yüksək qiymətləndiriləcək”.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03