Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir

2022-05-06 18:04:39 389 baxış
Xəbər şəkil

 

Tarixin yaddaşında əbədi iz qoymaq Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir.
 Ulu öndərin 1993-cü ilin oktyabrında yenidən dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətləndi. İlk növbədə, ölkədə ictimai-siyasi sabitlik  bərpa olundu. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. 
Keçən əsrin 90–cı illərinin əvvəllərində ölkəmizdə ictimai–siyasi proseslərin kifayət qədər mürəkkəb, keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992–ci il noyabrın 21–də Naxçıvan şəhərində təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin taleyini müəyyənləşdirəcək əsas siyasi qüvvəyə çevrildi. Həmin dövrdə Azərbaycana rəhbərlik edən AXC–Müsavat iqtidarı ölkəni fəlakət həddinə gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini 1991–ci ildə bərpa etsə də, həmin vaxtlarda iqtidarda olan qüvvələr yeni dövlətin əsaslarını qurmaq, idarəçilik mexanizmini formalaşdırmaq qabiliyyətində deyildi. Belə bir vaxtda görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya bu çaşqınlığın, özbaşınalığın, anarxiyanın qarşısını almaq iqtidarında olan  bir siyasi orqan idi. Azərbaycan xalqı YAP–ı Heydər Əliyevin partiyası kimi  qəbul etdi və onun ətrafında mütəşəkkil şəkildə toplaşdı. Elə bunun nəticəsidir ki, qısa müddətdən sonra iqtidara gələn və 29 ildir ki, Azərbaycan siyasətinin avanqardı olan Yeni Azərbaycan Partiyası respublikanın hakim partiyası statusunu ləyaqətlə və uğurla davam etdirir. 1993–cü ildən sonra ölkəmizdə keçirilən bütün seçkilərin qalibi YAP–ın namizədləri olmuşdur. Ölkəmizdə çoxlu sayda siyasi partiya mövcud olsa da, onların heç biri sosial bazasına, nüfuzuna və gücünə görə hakim Yeni Azərbaycan Partiyası ilə müqayisə edilmək imkanında deyil.
Ümummilli Liderimiz Heydər Əliyev 2003–cü il oktyabr ayının 1–də Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevə, həm də YAP–a yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını göstərmişdir. 
YAP–ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə qulluq etməkdir. YAP öz məramında, praktik fəaliyyətində demokratik prinsiplərə, hüquqi dövlət, vətəndaş cəmiyyəti, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verir və eyni zamanda, güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərir. YAP–ın ən nüfuzlu siyasi qüvvəyə çevrilməsində partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin siyasi xidmətləri əvəzsizdir. Bu gün həmin strateji xətt partiyanın sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçımız Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq, ölkənin davamlı inkişafını uğurla təmin edir. 
Heydər Əliyev dünya azərbaycanlılarının təşkilatlanması, onların vahid,  müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir.
Ulu öndər Salyana səfərləri zamanı bizim bölgənin zəhmət adamlarına daim diqqət və qayğıkeşliiklə yanaşmış, rayonumuzun sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli qərarlar vermişdir. 
Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Tarixləri yaradan şəxslər vardır ki, onların adını xalq, millət dahi qoyur. Heydər Əliyev bizim dahi müasirimizdir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi bir lütfdür.
Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, dövlətçilik ənənələrini qoruyub saxlamağı bacarır. Ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə 30 il əsarətdə qalan torpaqlarımızı işğaldan azad etmək üçün  uzun illər ərzində formalaşmış, dünyanın ən müasir hərbi texnikası, silahları ilə təchiz edilmiş güclü, qüdrətli ordusunun cəsur, qorxmaz əsgər və zabitləri əks-hücum əməliyyatına, haqq savaşına atıldılar. Təkcə döyüş cəbhəsində deyil, eyni zamanda siyasi-diplomatik və informasiya  sahəsində əldə olunan uğurlar xalqımızın uzun illər gözlədiyi möhtəşəm Qələbə ilə nəticələndi. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızı azad edərək, 30 ilə yaxın davam edən erməni işğalına son qoydu, torpaqlarımız özümüzə qayıtdı, bununla da ərazi bütövlüyümüz təmin edildi. Uğurlu əməliyyatlar zamanı Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın, Tərtər, Ağdam və Xocalı rayonlarının bir sıra kəndlərini, strateji yüksəklikləri işğaldan azad etdi. Qarabağın incisi Şuşa doğma sahiblərinə qucaq açdı. 
Xalq öz rəhbərinin «dəmir yumruğu» ətrafında sıx birləşdi. Bu gün dünyaya səs salan islahatları, bərpa-ruruculuq işləri ilə diqqət çəkən respublikamız özünün ən dinamik inkişaf yolundadır. Hər bir yapçının devizinə çevrilən «İlhamla irəli» şüarı bu gün daha əzəmətlə, daha vüqarla səslənir. Çiçəklənən Azərbaycan naminə çıxdığımız yolda inandığımız siyasi lider, onun ətrafında sıx birləşmiş böyük siyasi həmfikir ordumuza eşq olsun!

 

Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03