Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

İşıqlı əməllər sahibi:Xeyriyyəçilik, insansevərlik, mərhəmət..

2022-05-04 12:06:30 223 baxış
Xəbər şəkil

 

Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir.  Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir.
               
                                        Mehriban Əliyeva

                Azərbaycan Respublikasının Birinci 
             vitse prezidenti.Heydər Əliyev Fondunun
             prezidenti,UNESKO-nun və İSESKO-nun
                              xoşməramlı səfiri

Milli dövlətçilik institutunun strateji-­ideoloji strukturunu formalaşdıran, öz xalqının hər hansı mürəkkəb və taleyüklü mərhələsində sabit inkişafını təmin edən onun lider rəhbəridir. XX əsrin II yarısından sonra Azərbaycan tarixində xüsusi yeri və rolu olan, milli dövlətçilik institutunu qurub-yaradan, Ulu Öndər - dünya səviyyəli siyasətçi və dövlət xadimi Heydər Əliyev oldu. O, adı Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazılan dövlət başçısı, xilaskar xalq lideridir. Ulu Öndər məktəbinin universal yetirməsi, praqmatik məntiqli və islahatçı Prezident İlham Əliyev XXI əsr Azərbaycanın Qalib Ali Baş Komandan lideridir. Ulu öndərin milli idarəçilik məktəbinin bir önəmli yetirməsi də ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin sabiq deputatı, filosof-həkim alim, milli mədəniyyətimizi dünyada tanıdan Xanım Mehriban Əliyevadır. Ölkənin Birinci Xanımı bütün mütərəqqi keyfiyyətləri mötəbər mövqeyi və humanist xeyirxahlıq nüfuzu ilə Azərbaycanın Birinci qadın lideri, ali statuslu Rəhbəridir.Məlumdur ki, hər bir zərif qadının arxasında güclü, qüdrətli bir kişi dayanmalıdır. Amma güclü, qüdrətli kişinin də yanında ağıllı, müdrik, nəcib, xeyirxah bir qadının olması bu birliyə bütövlük gətirir. Böyük missiya daşıyan tərəflər üçün bu tamlığın olması xüsusilə zəruridir. Bu mənada ölkənin və xalqın taleyi Prezident İlham Əliyev və onun füsunkar xanımı Mehriban Əliyevanın güclü, qətiyyətli fəaliyyətinə bağlıdır. Bu gücə dayaq olan da məhz xalqdır. Xalqla hakimiyyətin birliyi Azərbaycanın gələcəyinin qarantıdır.   

Prezident İlham Əliyevin söylədiyi kimi: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”.

Xanım Mehriban Əliyeva əsil-nəsilli ziyallı ailədə doğulub-böyümüş, mükəmməl təlim-tərbiyə almışdır. Gənc yaşından isə ulu öndər Heydər Əliyev kimi dövlət xadiminin ailəsində mənimsədiyi siyasi təlim və əhatəli sosial baxış, akademik Zərifə xanım Əliyevadan əxz etdiyi ictimai-mədəni davranış, insani nəciblik və mərhəmət, görkəmli yazıçı Mir Cəlal və ustad jurnalist Nəsir İmanquliyev babalarından görüb-götürdüyü milli ziyalılıq düşüncəsi, akademik Arif Paşayev və professor Aida İmanquliyeva valideynlərindən aldığı nümunəvi ailə tərbiyəsi Xanım Mehriban Əliyevanın illər boyu formalaşan ictimai-siyasi-mədəni təməli olmuşdur.

Xanım Mehriban Əliyevanın qadın lider olaraq formalaşması və yüksəlməsi həm daxili istedadı, bacarığı, mükəmməl təhsili, praqmatik zəkası, həm də taleyinə yazılmış ulu öndər Heydər Əliyev kimi böyük strateqin həyat və siyasət məktəbindən yetərli dərs alması olmuşdur. Azərbaycanın Birinci Xanımının düşüncəsində: “Ulu öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanla münasibətdə o, çox sadə və ədalətli idi.”

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə yüksək ehtiram sahibi olan Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.

Bu bir həqiqətdir ki, insanlara bağlılığı onun daxilindən, mənəvi dünyasından, xoş münasibətindən irəli gəlir. Onun xidmətlərinin sevinci yüzlərlə insanın ömür səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, kimsəsizlərə, sosial qayğıya ehtiyacı olanlara həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inam yaradıb.Xalq onu sevir və ona inanır. Ona görə ki, Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik ənənələri canlanıb. Birinci vitse-prezident insanlara xeyirxahlığa meyil, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. Onun “Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq ənənələri davam etdirməyə çalışırıq” sözləri xeyriyyəçiliyin həyatının kredosuna çevrildiyini bir daha təsdiqləyir.
“Hər zaman öz fəaliyyətimdə çalışmışam ki, bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətdir” deyən Mehriban xanım Əliyeva ulularımızdan bizə miras qalan ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla həyatını xalqına həsr edən nurlu insanlarımızın, ziyalılarımızın yolunu uğurla davam etdirir. Hazırda dünyanın əksər nüfuzlu mətbuat orqanlarında dərc olunan materiallar Mehriban xanım Əliyevanın fəaliyyətinin beynəlxalq aləmdə nə qədər diqqətlə izləndiyini və böyük rəğbətlə qarşılandığını göstərir. Azərbaycanın birinci xanımı bütün dəyərli vaxtını, enerjisini məhz insanların nicatına, rifahına, firavanlığına xidmət edən layihələrə yönəldir.Birinci vitse-prezidentin “Sizin Mehriban” imzası ilə xalqa müraciətlərindəki səmimilik, vətənsevərlik, qayğıkeşlik duyğusu hər bir Azərbaycan vətəndaşına onu bir daha yaxınlaşdıraraq sevdirdi və “Bizim Mehriban xanım” adı milyonlarla qəlbə sevgi ilə yazıldı. Azərbaycanın Birinci xanımı Aprel döyüşləri şəhidlərinə Heydər məscidində ehsan verərkən içəri örpəklə daxil olaraq şəhid ana, bacı və qızları ilə bir sırada əyləşib onların dərdlərinə şərik çıxması ilə Vətən yolunda qurban gedənlərə hörmət və qayğını ən yüksək səviyyədə ifadə edirdi. Yaxud Ali Baş Komandanı İlham Əliyev və Vətən müharibəsi qaziləri ilə görüşdə onlara “Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var” səmimi müraciətində, bu ali ehtiramda, ülvi ünsiyyətdə mərhəmətli bir ana ürəyinin, qayğıkeş bir Siyasi Xadimin milli xarakteri inikas olunurdu.
Müqəddəs Ramazan bayramı ərəfəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə görə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsinin qonağı olublar.
Görüşdə Mehriban Əliyeva ilə şəhidin anası arasında səmimi dialoq olub.

Birinci xanım Mehriban Əliyeva: Oğlunuzun neçə yaşı var?

Şəhid Mahirin anası Timziyə Məmmədova: Bilirsiniz, oğlu sentyabrın 21-də doğulub, 27-si müharibə başladı.

Birinci xanım Mehriban Əliyeva: Sentyabrda doğulub...

Timziyə Məmmədova: Heç görə bilmədi, birinci övladıdır, bir az gec evləndi.

Birinci xanım Mehriban Əliyeva: Allah saxlasın, adı nədir?

Timziyə Məmmədova: Babasının adıdır, Səlim. İndi şəhidlərimizin ruhu şaddır ki, bizim torpaqlarımız alınıb Sizin sayənizdə.

Prezident İlham Əliyev: Ruhları həmişə şad olacaq. Bizim hamımızın borcu idi və yenə də deyirəm, onun qanını biz döyüş meydanında aldıq, haqq işimizi sonuna qədər apardıq və Qələbəni təmin etdik. Mahirin balaca balası böyüyəndə, əlbəttə, atası ilə ömür boyu həm fəxr edəcək, həm də əminəm ki, ömür boyu Azərbaycan xalqı həmişə ona qayğı göstərəcək, hörmət edəcək, çünki o, şəhidin övladıdır.

Timziyə Məmmədova: Özü də atası ilə qürur duyacaq, düzdür.

Şəhidin qardaşı Habil Məmmədov: Tez-tez məzarının üstünə aparıb gətiririk.

Birinci xanım Mehriban Əliyeva: Qələbə parkında hər bir şəhidin adı yazılıb.

Prezident İlham Əliyev: Hər birinin, hər birinin. Həm də Zəfər muzeyi yaradılacaq. Zəfər parkı Bakının ən möhtəşəm yerlərinin birində, bəlkə də birincisində - Dənizkənarı bulvarın önündədir. Orada böyük xatirə kompleksi inşa ediləcək. İşlərə yaxın zamanlarda start veriləcək. Hər şəhidin adı orada həkk olunacaq. Azad edilmiş bütün şəhərlərdə, hər bir şəhərdə Zəfər muzeyi, İşğal muzeyi yaradılacaq. Yəni, bütün şəhidlərimizin adı əbədi yaşayacaq. O sevinci onlar bizə bəxş etdilər.

Timziyə Məmmədova: Mahir özü də çox yaxşı oğul olub. Öz işini də çox sevirdi, xəritəçəkən olub. İşini çox sevirdi. Allah rəhmət eləsin bütün şəhidlərə.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin

Bəli, budur xeyriyyəçilik, insansevərlik, mərhəmət...
Azərbaycan vətəndaşlarının ölkənin birinci xanımına məhəbbəti də danılmazdır. Bu məhəbbəti Mehriban xanım Əliyeva “Mən hər bir azərbaycanlının Prezidentiyəm” – söyləyən dövlət başçısı İlham Əliyevin məntiqi ilə yanaşsaq, “hər bir azərbaycanlının istək və maraqlarına yaxın olması” ilə qazanmışdır. Xeyirxahlıq onun amalında, şəfqət-mənəviyyatında, dövlətçiliyə sədaqət əqidəsindədir.

 

Aygül Bağırova 
AJB üzvü
YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03