Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər.

2022-05-03 19:32:18 317 baxış
Xəbər şəkil


ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda Cənab Prezident İlham Əliyev giriş nitqi ilə çıxış etdi və 23 ölkədən gəlmiş nümayəndənin suallarını ətraflı şəkildə cavablandırdı. Ölkə başçısı, Ermənistan-Azərbaycan münasibətlərindəki son vəziyyət, 30 illik işğal dövründə ermənilərin törətdikləri vəhşiliklər, müharibədən sonra yaranmış reallıqlar, sülh müqaviləsinin bağlanmasına maneçilik törədən amillər, azad olunmuş ərazilərin minalardan təmizlənməsi, həyata keçirilən infrastruktur layihələri, tikinti-bərpa işləri, məcburi köçkünlərin öz yurdlarına qaytarılması istiqamətində görülən tədbirlər barədə konfrans içtirakçılarını məlumatlandırdı və gələcək fəaliyyət istiqamətlərinin, daxili siyasətdə həyata keçirilməsi nəzərdə tutulan islahatların anonsunu verdi.
Cənab prezident konfransın tarixi əhəmiyyətini qeyd edərək bildirdi ki, qloballaşan dünyada inteqrasiya meyillərinə üstünlük verən Azərbaycanın siyasəti mehriban qonşuluğa, iqtisadi inkişafa və bəşəri dəyərlərə hörmət üzərində qurulmuşdur. Çox mürəkkəb proseslərin cərəyan etdiyi indiki zamanda həm regionda, həm də dünyada öz yerini müəyyənləşdirmək bu gün prioritet məsələlərindən biridir.


Bu gün regionda başqa reallıqlar hakimdir. Torpaqlarını azad edən Azərbaycan Ermənistanın işğal siyasətinə son qoyub. Bu reallıqlar həm də ondan ibarətdir ki, dünya reallıqları qəbul edərək ermənilərin Azərbaycan torpaqlarına dair iddialarını yaxına buraxmır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı gündəliyi isə Prezident İlham Əliyev müəyyən edir.


 “Azərbaycan tərəfinin sülh müqaviləsinin imzalanması üçün təklif etiyi 5 prinsipə Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Azərbaycan tərəfinin təkil etdiyi sülh gündəliyi Cənubi Qafqazda dayanıqlı sülhü təmin etməklə bərabər, regionun inkişafı üçün də töhfə olacaqdır. Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar.
Azərbaycanın hazırda Qarabağda və Şərqi Zəngəzurda hıəyata keçirdiyi enerji layihələri mühüm əhəmiyyət daşıyır. Bu ərazidə istifadəyə verilmiş elektrik stansiyaları regionun elektrik təminatını qarşılayacaqdır.


Azərbaycanın yaratdığı yeni reallıqlarda, regionda münasibətlərin normallaşdırılması prosesində diqqəti çəkən başqa bir məqam vasitəçiliklə bağlı missiyanın dəyişməsi, yeni formatın yaranmasıdır. Artıq bu missiyanı Avropa İttifaqı üzərinə götürüb və ötən ilin dekabrından başlanan "Brüssel prosesi"nin gedişatı onun nəticəyönümlü olmasına hesablanıb. Göründüyü kimi, bu prosesdə ikili standartlara, beynəlxalq hüququn tapdalanmasına yer yoxdur. Eyni zamanda yeni format göstərir ki, Azərbaycanın yaratdığı reallıqlar Minsk qrupunu tarixin arxivinə göndərib. 
Azərbaycanın yaratdığı yeni reallıqlarda, regionda münasibətlərin normallaşdırılması prosesində diqqəti çəkən başqa bir məqam vasitəçiliklə bağlı missiyanın dəyişməsi, yeni formatın yaranmasıdır. Artıq bu missiyanı Avropa İttifaqı üzərinə götürüb və ötən ilin dekabrından başlanan "Brüssel prosesi"nin gedişatı onun nəticəyönümlü olmasına hesablanıb. Göründüyü kimi, bu prosesdə ikili standartlara, beynəlxalq hüququn tapdalanmasına yer yoxdur. Eyni zamanda yeni format göstərir ki, Azərbaycanın yaratdığı reallıqlar Minsk qrupunu tarixin arxivinə göndərib. “Müstəqilliyin gücləndirilməsi – Azərbaycanın dövlət siyasətinin ideoloji təməlidir. Azərbaycan dövləti və hakimiyyəti işğal dövründə həm Qarabağı geri qaytarmaq həm də dövlət müstəqilliyinin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmamağı üzərində çalışıb və buna nail olub. Məhz Qarabağın geri qaytarılması və işğala son qoyulması müstəqilliyin bariz nümunəsidir. Bu gün biz bütün qonşu dövlətlərlə mehriban sülh şəraitində yaşamaq, iqtisadi potensialımızı gücləndirmək, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasında maraqlıyıq. Cənab Prezident konfransda sualları cavablandırarkən bildirdi ki, “Həm Türkiyə, həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır. Vəziyyətə nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşir. Belə bir format tarixdə ilk dəfə mümkün olmuşdur. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə alınmalıdır. Bu gün Prezident Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmət edir Ölkəmizin bütün qonşularla yaxşı münasibətləri var - təkcə Rusiya və Türkiyə ilə deyil, Gürcüstan və İranla da” 30 il ərzində ancaq Ermənistanın başını sığallamaqla məşğul olan Minsk Qrupu tarixin arxivinə gömüldüyündən Azərbaycan Avropa İttifaqını ədalətli vasitəçi kimi hesab edir və onun səylərini alqışlayır. İndi Avropa İttifaqı ilə ticarət, enerji, nəqliyyat, humanitar və demokratik inkişaf məsələləri istiqamətində böyük işlərin həyata keçirilməsi reallaşmaq üzrədir”. “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də Avropada ikili standartlar qalmaqdadır. İşğal olunmuş ərazilərdə 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoymayan, bunu siyasi yanaşma hesab edən UNESCO erməni abidələrinin dağılacağı əndişəsini yaşayır. Halbuki onlar hələ də etiraf edə bilmirlər ki, Azərbaycan tolerant ölkə olmaqla yanaşı, tarixə və tarixi abidələrə qayğı və sayğı ilə yanaşır. Kimin necə qəbul etməsindən asılı olmayaraq, Azərbaycan öz strateji hədəflərinə doğru inamla addımlayacaq, Zəngəzur dəhlisi də açılacaq. Bu dəhliz təkcə bizim deyil, ermənilərin də xeyrinə olacaq, onlar da Azərbaycanın enerji resurslarından bu və ya digər formada faydalanacaqlar. Sərhədlər də yaxın vaxtlarda müəyyən ediləcək”. “Tarix şəxsiyyətləri yetişdirdiyi kimi, şəxsiyyət də tarixin gedişini dəyişdirir. Bu mənada cənab Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti bu müddəanı bir az da gücləndirmiş, nəinki erməniləri, hətta dünya güclərini belə reallıqla barışmağa məcbur etmişdir. Artıq Azərbaycan müzəffər bir xalq kimi öz yeni tarixini- inkişaf və tərəqqi tarixini yaradır. XXI əsrin birinci rübü bu böyük hadisə ilə tarixə qovuşacaqdır. Cənab Prezident İlham Əliyevin liderliyi ilə şərəfli tarixini yaşayan Azərbaycan islahatlar və stabil inkişaf modeli ilə öz dövlətçiliyini daha da möhkəmləndirəcək və yaxın zamanlarda Cənubi Qafqazda sülhün təminatçısı olacaqdır”.

 

ELMAR ƏHMƏDOV,
YAP Salyan rayon təşkilatının sədri





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03