Zelenskinin Türkiyə haqda sözlərinə – Cavab
Zelenski Türkiyəyə və türk xalqına qarşı çox hörmətli tondan istifadə etməlidir.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Vladimir Zelenskinin rusiyalı turistlərin qəbulu ilə bağlı Türkiyəni məzəmmət etməsi və ‘ikili standartlarda’ ittiham etməsinə münasibət bildirərkən deyib.
“Vladimir Zelenski Ukrayna-Rusiya müharibəsində dünya ölkələrinin münasibəti və mövqelərindən danışanda türk xalqına, Türkiyə dövlətinə və Türkiyə Cümhuriyyəti hökumətinə qarşı çox hörmətli ifadələr işlətməlidir”, – o bildirib.
Türkiyənin Rusiya-Ukrayna müharibəsini İstanbul Sülh Layihəsi ilə həll etməyə üz tutan yeganə ölkə olduğunu bildirən Baxçalı Ərdoğanın 40-dan çox liderlə təmasları ilə buna nail olmaq istədiyini bildirib:
“İnanıram ki, o, tezliklə buna nail olacaq. Zelenski Yunanıstana deyil, türk xalqına güvənsəydi, daha yaxşı olardı”.