Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbində Zərifə Əliyevanın anadan olmasının 99 illiyinə həsr olunmuş tədbir keçirilib-
Tədbirdən öncə gözəl ana, qayğıkeş həyat yoldaşı, fitri istedada malik həkim, istedadlı alim Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr edilmiş sərgi açılıb. Daha sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükut və ehtiramla yad edilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısı Rafiq Cəlilov hüquq mühavizə orqanlarının rəhbərləri və digər mötəbər qonaqlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti çıxış edərək Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb.
Məktəbin direktoru Səidə Şükürova qeyd edib ki, Zərifə xanımın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyindən, elmi fəaliyyətinin çox zəngin və əhatəli olduğundan Onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu söyləyib.
Daha sonra məktəbin şagirdlərinin hazırladığı bir birindən marağlı səhnəciklər təqdim olunub. Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın ömür yoluna həsr olunmuş filmi nümayiş olunub.











