Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı

2022-04-26 12:20:07 144 baxış
Xəbər şəkil

2020-ci ilin 27 sentyabr günü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu şanlı qələbəyə aparan yolun təməlini qoydu. Ölkə başçımız müraciətində bir daha təkrarən xatırlatdı ki, onun daha əvvəl beynəlxalq kürsülərdə, böyük auditoriyalar qarşısında etdiyi çıxışlarda səsləndirdiyi reallıq öz təsdiqini tapdı. Belə ki, dövlət başçımız daim bildirirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və belə də oldu. 2020-ci ilin sentyabrın 27-sində Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu ərazilərdə genişmiqyaslı təxribatlar törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan dəmir yumruq adlandırılan əks hücum əməliyyatına başladı və nəticə hər kəsə məlumdur: Azərbaycan tərəfindən tarixə yazılacaq möhtəşəm qələbə. Azərbaycanın son müharibədə nümayiş etdirdiyi güc hamı üçün təmamilə gözlənilməz oldu. Bu əvvəllər fantastik gələcək kimi görünən yeni nəsil müharibə, yeni hərbi startegiya idi. Dünyanın aparıcı ekspertləri bütün bunları ilk yeni nəsil müharibəsi adlandırır, Azərbaycan Ordusunun təcrübəsini öyrənir, dövlətlər öz hərbi doktrinalarına, hərbi strategiyalarına hətta müdafiə büdcələrinə düzəlişlər edirlər. Çünki dünyanı sarsıdan 44 gündən sonra hərbi ekspertlərin hərb elmi haqqında təsəvvürləri köhnəlmiş hesab olundu. Azərbaycan yazdığı dastan ilə sadəcə öz tarixinə yox, həm də dünya hərb tarixinə qızıl hərflərlə həkk olundu.
Şanlı Qələbədən sonra qədim mədəniyyət paytaxtımız Şuşada bir sıra mötəbər tədbirlər keçirilmişdir. 12 may 2021-ci ildə Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi, 18 sentyabr 2021-ci il tarixdə ilk dəfə Milli Musiqi Günü Şuşada keçirildi, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsi təsdiq edildi, 2021-ci il avqust ayının 30-da Şuşada H.Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri keçirildi, 18 mart 2022-ci ildə Şuşa şəhərində Azərbaycan – BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirildi. Möhtərəm Prezidentimiz və ailə üzvləri işğaldan azad olunmuş ərazilərə, o cümlədən dilbər Şuşaya dəfələrlə səfər etdilər.
Ən böyük uğurlarımızdan biri də dünyanın dörd bir yanında yaşayan azərbaycanlıların birliyinə, həmrəyliyinə nail olunmasıdır. Tarixi Qələbəmizdən sonra Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı tariximizə Zəfər Qurultayı kimi yazıldı. Dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı araya gətirən bu Qurultay həm də böyük rəmzi məna daşıyır. Belə ki, Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılmasında fəallıq göstərən insanlar məhz, qəhrəman Azərbaycan oğullarının dastan yazdığı qədim Şuşada bir araya gəldilər.
Bu böyük qələbə nəticəsində azad olunmuş torpaqlarda dünya azərbaycanlılarının V qurultayının keçirilməsi bütün xalqımızda qürur və fərəh hissi yaratdı. Zəfər qurultayında iştirak edən dünya azərbaycanlıları düşmənin torpaqlarımızda yaratdığı xarabalıqları öz gözləri ilə gördü. Həm də 30 il işğal altında olan torpaqları azadlığa qovuşduqdan sonra ziyarət etdi. Bir daha sübut olundu ki, Qarabağ Azərbaycandır !
Bu gün Şuşada möhtəşəm hadisələr baş verir. Dünyanın hər yerindən bura təşrif buyuran soydaş­larımız tarixi Cıdır düzündə bir araya gəliblər. Cəmi iki il bundan əvvəl belə bir xoşbəxtliyin baş verəcəyini təsəvvür etmək çətin idi. İki il bundan əvvəl bu arzu bizə xəyal kimi görünürdü.
Bu gün isə Şuşa azaddır, xoşbəxtdir. Şuşa ilə bərabər xalqımız da özünü haqlı olaraq xoşbəxt sanır. Bu xoşbəxtlik bizə Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti, rəşadətli ordumuzun igid əsgər və zabitlərinin qeyri-adi şücaətləri sayəsində nəsib olubdur.

İsmayılova Nigar,
İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin bələdçisi.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03