Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Vaxtı düzgün seçən Lider

2022-04-16 00:12:39 233 baxış
Xəbər şəkil

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 12-də keçirilən müşavirədə ölkəmizdə cari ilin birinci rübünün yekunları müzakirə olunmuşdur. Cari ilin 3 ayı ərzində görülən işləri ötən ilin uğurlarımızın davamı kimi dəyərləndirən və təhlil edən, ilin sonuna kimi nəzərdə tutulan böyük işlərdən danışan cənab Prezident ölkəmizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulamışdır.
Ölkəmizin iqtisadi göstəricilərinə nəzər yetirən dövlətimizin başçısı çıxışında 2022-ci ilin birinci rübündə ümumi daxili məhsulun 6.8 faiz, qeyri neft iqtisadiyyatımızın 10 faizdən çox, sənaye istehsalı sahəsində 4 faiz, qeyri-neft sənaye istehsalında 18 faizdən çox artım olduğunu qeyd etmişdir. Qeyri-neft ixracımızın 45 faiz artması, xarici borcumuzun 600 milyon dollardan çox bir səviyyədə aşağı düşməsi, xarici ticarətdə müsbət saldonun 3 ay ərzində 5 milyardan çox olması ölkəmizin iqtisadi göstəricilərinin yüksəlişinin bariz nümunəsidir. Azərbaycana üç ayda 5.1 milyard dollar gəlməsi onu göstərir ki, ixrac idxalı üstələmişdir. Sevindirici haldır ki, əldə edilmiş nailiyyətlər Azərbaycanın daxili  gücünün hesabına əldə olunmuş, vergi orqanları 3 ayda proqnozdan əlavə 500 milyon manatdan çox, gömrük orqanları tərəfindən isə 200 milyon manatdan çox vergi toplanmışdır.
Sosial qayğıya ehtiyacı olan insanlara qayğı, xüsusilə şəhid ailələri, müharibə əlliləri üçün evlərin və mənzillərin tikintisi istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsindən sonra dövlət Başçımızın daima diqqət mərkəzindədir və bu istiqamətdə 2021-ci ildə, bu ilin 3 ayı ərzində də önəmli işlər görülmüşdür.
Quruculuq işlərində diqqət yetirməlisini çıxışlarında hər zaman Böyük Qayıdışın prioritet itiqaməti olduğunu vurğulayan dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinin sürətləndirilməsinin, təhlükəsizliyin tam şəkildə bərpa edilməsinin vacibliyini önə çəkmişdir. Minatəmizləmə işinin azad edilmiş ərazilərimizdə uzun sürən bir proses olduğunu Prezident İlham Əliyev keçirilən müşavirədə bildirərək vurğulamışdır ki, bu məsələ həll olunmadan vətəndaşlarımız o ərazilərdə yerləşə bilməzlər. Elə bu səbəbdən də minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub. Hazırda yeni texnikanın alınması təmin edilir, o cümlədən ən müasir texnika, dronlar və digər müasir cihazlar alınır. Minatəmizləmə, abadlıq-quruculuq işlərinin hansı ağır şəraitdə həyata keçirildiyini anlamaq üçün yalnız Qafqazın Herosimasını - Ağdamı nümunə gətirmək kifayət edir.
Müşavirənin sonunda söylədiyi yekun nitqində Ali Baş Komandan Ağalı kəndinin sakinlərinin bu il öz dədə-baba yurdlarına qayıdacaqları müjdəsini verdi: “Digər layihələrə gəldikdə bildirməliyəm ki, Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik”.
Qalib Azərbaycanın 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələ üçün müəyyənləşdirdiyi beş mühüm prioritetdən biri Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi ilə bağlıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın işğalı nəticəsində ev-eşiklərindən qovulan bir milyondan artıq vətəndaşımız 30 ildir ki, doğma yurd yerlərinə qayıtmaq arzusu ilə yaşayıb və çox keçməyəcək ki, onların həsrətinə son qoyulacaqdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrin, daha sonra Qarabağ və Zəngəzurun tikintisi üçün Baş Planların hazırlanması və tikintisi üçün görüləcək işlər ondan xəbər verir ki, yaxın gələcəkdə soydaşlarımız ata-baba yurdlarına dönəcəklər. Güclü dövlət olan Azərbaycan Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Artıq bir il yarımdan çoxdur ki, işğaldan azad edilmiş ərazilərə qayıdacaq insanlar üçün layiqli həyatı təmin etmək məqsədilə genişmiqyaslı quruculuq-abadlıq işləri görülür, ermənilər tərəfindən dağıdılan kəndlər, şəhərlər, tarixi mədəni-dini abidələr nümunəvi qaydada yenidən qurulur, böyük əkin işləri aparılır və bu il 50 min hektarda əkin aparılacaqdır. Bu barədə Prezident İlham Əliyev onun sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə söylədiyi nitqində ətraflı bəhs edib. “Yenə də deyirəm, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Yol tikintisinin uğurla davam etdirildiyinin nəticəsidir ki, bu il Naftalandan Talış kəndinə qədər çəkilən yollar tam istismara verilməlidir və  bu yol Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki yaşayış yeri turizm üçün çox əlverişlidir. Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır. Bu yolun da çox böyük əhəmiyyəti var. Cari ildə istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut, Qubadlı-Eyvazlı və digər yollar da var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək. “Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Yəni, Azərbaycan-Ermənistan sərhədinə qədər bu yollar çəkilib”, - deyə Prezident İlham Əliyev bildirib.
2022-ci ilin 3 ayının yekunları göstərir ki, nəticə etibarilə, proseslər ümidverici və müsbətdir. Reallıq budur ki, Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır. Ölkə Başçısının qeyd etdiyi kimi: “Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq”. Bəli, vaxt itkisinə yol vermək olmaz. Xüsusilə də, bunu İrəvan nəzərə almalıdır. Ermənilər və onların havadarları başa düşməlidirlər ki,  regional təcrid vəziyyətində olan Ermənistan üçün vaxt itkisi daha böyük itkilərə səbəb olacaqdır. Sonrakı peşmançılıq isə fayda verməyəcəkdir.
 
Rafiq Əliyev
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03