Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan xalqının sonsuz rəğbətini və məhəbbətini qazanan  Liderə milyonların sevgisi şəksizdir

2022-04-06 12:44:42 298 baxış
Xəbər şəkil

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri, vahid namizədimiz cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin 86,02 faizinin səsini qazanaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. 
Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev dövlət başçısı kimi mətbuata ilk müsahibəsində bildirmişdi: “Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam”. Müstəqilliyimizin qarantı, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin siyasətinin davam etdiriləcəyini və ölkəmizin xoşbəxt gələcəyinə inandığını bildirən Prezident İlham Əliyev Azərbaycanı daha da gücləndirəcəyinə, hərtərəfli inkişaf etdirəcəyinə, xalqın ona olan yüksək səviyyədə etimadını doğruldacağına söz vermişdi. Bu mənada insanları məmnun edən reallıqlar göz qabağındadır. Ötən dövrdə qazanılan uğurlar, Azərbaycanın dünya birliyində lider dövlət kimi tanınması verilən vədlərin reallığa çevrilməsinin bariz nümunəsidir. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçmişdir. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalanmışdı. 2018-ci ilin mayında “Cənub qaz dəhlizi”nin rəsmi açılışı olmuşdu, həmin ilin iyun ayında TANAP istifadəyə verilmişdi, 2020-ci il dekabrın 31-də isə “Cənub qaz dəhlizi”nin digər seqmenti olan TAP işə düşmüşdü. Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə regional inkişafın aparıcı qüvvəsinə və dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilmişdir. 
Azərbaycanın iqtisadi müstəqilliyi siyasi müstəqilliyi üçün əsasdır. 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilən Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və dünyada cərəyan edən siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir. Prezident İlham Əliyev hakimiyyətdə olduğu bu müddətdə ölkəmizin həyatında çox mühüm dəyişikliklər baş vermişdir. Ölkə iqtisadiyyatı 3,2 dəfə artmış, yeni iş yerləri açılmış, əməkhaqqları və pensiyalar dəfələrlə artmışdır. Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi -texniki bazasının möhkəmləndirilməsi sahəsində də tədbirlər görülmüşdür. Bunun nəticəsində Ordumuz dünyanın ən güclü 50 ordusu sırasında yer almışdır. Ən əsası isə Ali Baş Komandanımızın rəhbərliyi ilə Xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyuldu. 2016 -cı ilin aprel döyüşlərində əldə etdiyimiz qələbənin yekununu məhz 2020-ci ilin sentyabrından başlayan 44 günlük Vətən müharibəsində Qarabağı işğalçılardan geri almaqla Zəfərlə başa çatdırdıq. Bu gün həmin torpaqlarda görülən fasiləsiz abadlıq işləri tezliklə o torpaqlarda yaşayışın təmin olunmasına zəmin yaradır. 
Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində uğurlu tədbirləri də dövlət başçısına inam indeksidir. Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasi kursuna yüksək etimad göstərməsi onun yüksək reytinqindən xəbər verir. Çünki Azərbaycanda ictimai-siyasi sabitliyin qorunub saxlanması, sosial-iqtisadi inkişafın davam etdirilməsi, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımların atılması məhz dövlət başçısının düşünülmüş siyasi fəaliyyəti xalq-Prezident həmrəyliyi nəticəsində mümkün olmuşdur. 
Zəmanəmizin dühası Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi, habelə məqsədyönlülüyü ilə xarakterizə olunduğundan və milli maraqlara söykəndiyindən xalqın dövlət başçısına etibar və sevgisi daha da artır. Bütün bunlar onu deməyə əsas verir ki, reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, səmimiliyi, xalqına, millətinə, Vətəninə sevgisi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini artıran ən mühüm mənəvi keyfiyyətlərdir. Bir sözlə, Azərbaycan xalqının sonsuz rəğbətini və məhəbbətini qazanan Liderə milyonların sevgisi şəksizdir.

Sübhan Xəlilov, 
Salyan rayon Qarabağlı 2 saylı kənd tam orta məktəbin müəllimi

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03