Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Diplomatiya və siyasətdən uca...

2022-04-06 00:41:09 308 baxış
Xəbər şəkil

Humanizm, demokratiya, ölkələrarası beynəlxalq münasibətlər, dövlətlərarası əməkdaşlıq, insanların qarşılıqlı anlaşması və dostluğu sanki, müəmmalı təhdidlə üz-üzədir. Terror, qanunsuz silahlı birləşmələrin qanlı əməlləri, ksenofobiya, islamofobiya, lokal milli dözümsüzlüklər... Hətta, iş o yerə çatıb ki, multikulturalizmə, başqa sözlə, milli-mədəni özünəməxsusluğa bəzi dövlətlər münaqişə obyekti kimi baxır və bundan qarşıdurma silahı kimi istifadə edir. Belədə, nə köhnə siyasi incələmələr, nə də müasir diplomatik vasitələr kara gəlir. Daha incə, daha munis və insan ruhunu tərpədən, insan qəlbinə toxunan beynəlxalq əlaqələrə, daha səmimi ünsiyyət vasitələrinə ehtiyac duyulur. Siyasətdən daha ucada dayanan, mənəvi-əxlaqi və hətta ruhi dəyərlərə söykənən beynəlxalq və dövlətlərarası uğurlu bir fakta bu günlərdə şahidlik etdik. Dünya siyasətində bu dərəcədə riqqətli fakta təsadüf olunmayıb.
Biz müharibə taleyi, acı günlər yaşamış xalq olaraq müharibənin fəsadlarını, çətinliyindən xəbərdarıq, həmçinin torpaq itkisinin necə ağır olduğunu bilirik. Ona görə də Ukraynın hazırkı durumu bizim hər birimizi üzür və arzulayırıq ki, qardaş Ukrayna xalqı sülhə tezliklə nail olsun.Bilirik ki, 44 günlük Vətən müharibəsində Ukrayna da Azərbaycana olan dəstəyini bu cür nümayiş etdirmişdi.
Ukraynada müharibə başlayan gündən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ukraynaya qardaşlıq jesti, ölkəyə maddi-mənəvi dəstəyi bu mənada beynəlxalq siyasət və diplomatiyanın özü üçün bir yenilik, inkişaf etmiş dünya dövlətləri rəhbərlərinə və siyasətçilərinə maarifləndirici bir nümunədir.Ukraynada hərbi əməliyyatların ikinci günündə Azərbaycan bu ölkəyə humanitar yardım göstərildi,fevralın 25-də axşam Azərbaycanın Silk Way aviaşirkətinin ərzaq və tibbi yardım dolu iki təyyarəsi Ukrayna istiqamətinə yön aldı.Bundan dərhal sonra Azərbaycnın Dövlət Neft Şirkətindən (SOCAR) bildirildi ki, Ukraynanın bütün sosial xidmət maşınları (təcili tibbi yardım, yanğınsöndürən və sairə) SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində ödənişsiz yanacaqla təmin olunacaq.
Bununla yanaşı Respublika Prezidenti  23 fevral 2022-ci il tarixində Ukrayna Prezidenti cənab Volodimir ZELENSKİ ilə telefonla danışaraq, Ukraynanı dəstəklədiyini, ölkənin suverenliyi və ərazi bütövlüyünə bağlılığını bir daha təsdiqlədi.

Cənab İlham Əliyev bu incə siyasi və diplomatik davranışı ilə bir daha sübut etdi ki, tarixi böyük şəxsiyyətlər yaradır. Azərbaycan Prezidenti beləliklə, bütün dövlət başçılarına yeni tipli siyasətin və diplomatiyanın anonsunu verdi. Cənablar, fikirləşin, dünya idarəçiliyini bu dərəcədə laqeyd oyuna, əyləncəyə çevirmək olmaz! Onsuz da diplomatiya qurtaran yerdə müharibə başlayır. Müharibəyə təsadüfən ən kobud siyasət demirlər. Daha incə vasitələr tapmaq lazımdır. İnsan qəlbinə və insan mənəviyyatına yaxın, insan ruhunu oxşayan, insanda insan oyadan siyasi ünsiyyət vasitələri ortaya qoymaq lazımdır. Siyasəti insaniləşdirmək, insanı siyasətə qurban vermək yox, siyasəti insanın xidmətinə gətirmək lazımdır. Dünya xalqları bir-birini yaxşı tanımalı, bir-birini zənginləşdirməli, hər şeydən öncə, dünya Prezidentləri bir- birlərini sevməli, bir-birlərinə geniş qucaq açmalıdır. Belə misilsiz nümunənin bir daha şahidi olduq.
Məsələnin rəsmi statistik tərəfi belədir ki, Ukraynada baş verən qanlı müharibənin ilk günlərindən Azərbaycan Respublikası Prezidentinin göstərdiyi dəstək, bütün dünya dövlət başçılarına bir nümunə deyildimi?! Siyasəti yenən, ondan qat-qat yüksəkdə dayanan əxlaq və mənəviyyat qanunlarına söykənən bu nümunədən böyük mesaj ola bilərdimi?!
Amma təəssüf hissi ilə bildirirəm ki, hələdə qanlı müharibə və 90 cı illlərdən bu yana bizə qarşı törədilən amansız terrorizmin eynisi qardaş ölkədə davam edir.Nə demək olar bilmirəm?Axı bu dünyada hər şey ya sınaq, ya cəzadır, ya mükafat...
 Bəli, yəqin elə buna görə də ayrı- ayrı siyasi şərhçilər bu hadisələrə münasibətdə müxtəlif rəydədir.Bəli, qeyri -standart siyasi situasiyalarda uzaqgörən və istedadlı siyasətçilər də, eləcə qeyri-standart hərəkətlər edirlər. Çünki onlar fövqəladə düşüncə sahibidirlər. Dövlət başçımız İlham Əliyev də məhz o anda - qardaş ölkədə baş vermiş bədbəxtliklər və faciələr məqamında fövqəladə düşüncə sahibi kimi davranaraq öz ruhi əzəmətini nümayiş etdirdi. Hər cür çətinlikdən, riskdən çəkinmədən, boy-boya dayanmış, el dili ilə desək, marığa yatmış düşmən dövlətin, qara qüvvələrin nə reaksiya verəcəyinə baxmadan, o çətin günlərdə, ağır anlarda qardaş xalqa maddi-mənəvi dəstəyini əsirgəmədi.Cənab İlham Əliyev bu addımı ilə ənənəvi siyasət anlayışına parlaq bir səmimiyyət çaları gətirdi. Təsadüfi deyil ki, bu gün dünya dövlətlərinin rəhbərləri içərisində İlham Əliyev qədər reytinqli az-az siyasətçi tapmaq olar. Bu isə bizim milli qürurumuz və fəxrimizdir.
İlham Əliyevin bu bəşəri mərdliyi, müdrikliyi və uzaqgörənliyi dünyaya Azərbaycan xalqının yüksək mənəviyyatının, Azərbaycan dövlətinin humanist xarakterinin təqdimatıdır. Prezidentimiz bir daha sübut etdi ki, siyasətdən və diplomatiyadan ucada dayanan bir anlayış var: qardaş sədaqəti.
Bəli, bu dönməz mövqe yalnız indi yox, zaman-zaman reallaşıb. Cənab İlham Əliyev tam məqamında, anında nə lazımdırsa, onu da edir.Ukrayna Prezidenti Volodimir Zelenskinin də bu barədə fikirlərini bölüşməsi, cənab İlham Əliyevə təşəkkür etməsi hər iki xalqın və dövlətin bir-birinə olan hörmət və diqqətinin göstəricisidir.
Qurani-Kərimdə belə bir çağırış var : "İnanmış olarkən yararlı işlər görən kimsə haqsızlıqdan və haqqının yenəcəyindən qorxmaz" . Prezident İlham Əliyev haqqın təntənəsini, sadiqliyini, bəşəri dəyərlərə hörmətini yenidən nümayiş etdirdi və bütün dünyaya mərd-mərdanə şəkildə öz tarixi mesajlarını verdi.

PS:Ali Baş Komandan: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.

Aygül Bağırova 
AJB üzvü

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03