Hollandiyada Demokratiya Forumu partiyası Zelenskinin çıxışını dinləməkdən imtina edib
- Gettyimages.ru
RİA Novosti partiya üzvlərinin bəyanatından sitat gətirir : “Zelenskidə yarı övliya görmək sadəlövhlük və hətta absurddur” .
Parlamentarilər xatırladıblar ki, bu yaxınlarda Ukrayna prezidenti Ukraynada 11 siyasi partiyanın, o cümlədən ən böyük müxalif siyasi qüvvənin fəaliyyətini qadağan edib. Eyni zamanda, Ukraynada tənqidi telekanallar da qadağan edilib, partiya qeyd edib.
“Forum voor Democratie” qeyd edib ki, Ukraynanın digər telekanalları “24 saat təbliğat yayımlamağa məcbur olublar”.
Partiya əlavə edib ki, Zelenskinin adı şübhəli maliyyə işlərində, o cümlədən Panama sənədlərində hallanır. Onlar Ukrayna hərbçilərinin tez-tez nasist simvolları ilə poza vermələrinə də diqqət çəkiblər.
Bundan əvvəl Zelenski hərbi vəziyyət dövründə bir neçə partiyanın fəaliyyətini dayandırmışdı .
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi Elizabet Trossel Ukraynada bəzi partiyaların fəaliyyətinə qadağa qoyulmasına münasibət bildirib.