Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Fərəc Quliyev: “Zelenskinin mövqeyi Azərbaycanın və Türkiyənin doğru yolda olduğunu bir daha isbatlayır”

2022-03-30 16:09:51 1920 baxış
Xəbər şəkil

Fərəc Quliyev

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı Prezident Zelenski dövlət başçısını Ukraynadakı vəziyyət barədə məlumatlandırıb. Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər. Telefon danışığı əsnasında Prezident Zelenski, tibbi ləvazimat da daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.

Zelenski İlham Əliyevlə danışması barədə tvitter hesabında aşağıdakı məzmunda paylaşım edib:

“Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Dinc əhaliyə qarşı vurulan yeni zərbələr barədə məlumat verdim. Yaşıl dəhlizlərə olan ehtiyacı müzakirə etdik. Humanitar yardıma və əkin üçün yanacaqla təmin etməyə hazır olduğuna görə təşəkkür etdim”.

Qeyd edək ki, müharibə başlayandan sonra bu, Zelenskinin İlham Əliyevə etdiyi ilk təşəkkür deyil. Maraqlıdır ki, Azərbaycandakı bəzi radikal müxalif dairələr ölkəmizin Ukrayna ilə bağlı düzgün siyasət yürütmədiyini əsas teziz kimi qabardırlar. Zelenskinin İlham Əliyevə etdiyi təşəkkürlər elə həmin radikalların iradlarını alt-üst edən dəlil sayıla bilərmi?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan bu yöndə çox doğru siyasət yürüdür: “Müharibə ilə bağlı müzakirələrin ən qızğın çağında bizim Prezidentin Ukraynaya səfəri oldu. Belə təəssürat yarandı ki, həmin səfər Rusiyada qıçıq yaradacaq. Amma bir müddət sonra Rusiyada Putinlə görüş oldu. Bütün bunlar göstərdi ki, Azərbaycan hər tərəflə bərabər məsafə saxlamaqla nə prosesə daxil olur, nə də prosesdən kənarda qalır. Bu çox ehtiyatlı davranışdı. Hesab edirəm ki, burada həm də Türkiyə ilə razılaşdırılmış gedişlər vardı. Türkiyədə müharibə tərəflərinin baş tutan danışıqlarında Azərbaycanın da rolu az deyil. Ərdoğan dedi ki, onlar bu məsələləri cənab İlham Əliyevlə razılaşdırırlar, çünki Azərbaycan dövlət başçısı Rusiyaya çox yaxşı bələddir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, müharibənin gedişində ora humanitar yardımlar göndərir. Buna qədər də Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Biz Rusiya ilə münasibıtləri də normal saxlayırıq. Biz barışdırıcı mövqe tutmaq istəyiriksə bundan başqa davranış yolu qalmır. Zelenskinin məmnunluğu göstərir ki, biz həm dövlət, həm cəmiyyət, həm də media səviyyəsində doğru yolla gedirik. Ola bilər ki, bəziləri daha radikal addımların atılmasını tələb etsin. Bunlar doğru olmaz. Biz özümüzü də kataklizmlərdən qorumağı bacarmalıyıq. Həm bir dövlətin öz maraqları var. Bizim hazırda Qarabağda separatçılarla mübarizəni sərtləşdirməyimizi Ukrayna özünə böyük dəstək sayır. Bu məsələdə çox da dərinə getmək istəmirəm. Sizinlə razılaşıram ki, Zelenskinin mövqeyi Azərbaycanın və Türkiyənin doğru yolda olduğunu bir daha isbatlayır”.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03