Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan əleyhinə çağırış edən Mixail Delyaginin “İnterpol” xətti ilə axtarışa verilməsi təklif olunur

2022-03-29 20:21:50 198 baxış
Xəbər şəkil

“Rusiyanın dövlət telekanalında yayımlanan “60 dəqiqə” verilişində Azərbaycana qarşı təxribatı təsadüf hesab etmirəm. Rusiya-Ukrayna müharibəsinin uğursuz gedişatı bu ölkədə daxili vəziyyəti gərginləşdirib və hakim elitada yer tutan anti-Azərbaycan dairələr indi bu qarışıqlıqdan yararlanmaq istəyirlər”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan 44 günlük müharibədə Ermənistandan çox, onun havadarları, o cümlədən Rusiyanın məhz adıçəkilən dairələrini məğlub edib: “Biz o zaman da Rusiya telekanallarının bu cür ucuz spirt qoxusu gələn təhdidlərinin şahidi olurduq. Nəticə nə oldu? Bu sifarişli çirkab yuvaları nəyisə dəyişə bildilərmi? Bayrağımızın Şuşada dalğalanmasına, Ermənistana əvəzsiz olaraq verdikləri silahların Bakıda Azadlıq meydanında hərbi qənimət kimi nümayişinə mane ola bildilərmi? İndi bunlar iddia edirlər ki, Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərini pozur. Biz öz sərhədlərimiz daxilində hərəkət edirik. Nə müharibə dövründə, nə də sonra əsgərimiz sərhədimizdən bir addım da olsun kənara çıxıb.

Yersiz bəyanatlarla mənasız ictimai müzakirə açmaqdansa, Rusiya Müdafiə Nazirliyi yaxşı olar ki, üçtərəfli bəyanatın Rusiyanın icra etməli olduğu dördüncü bəndinə diqqət etsin. Moskva öhdəlik götürüb ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Amma sülhməramlılar bölgədə yerləşsələr də, erməni dəstələrini hələ də çıxarmayıblar, necə deyərlər, bərabər “xidmət” edirlər. Buna nə deməli?

Bütün bunlar müttəfiqimiz olan Rusiyanın imicinə ciddi zərbədir. İndi Azərbaycan silahlı qarşıdurma olmadan qanunsuz erməni dəstələrini geriyə atmaqla, öz ərazilərimizin təhlükəsizliyini təmin etməklə həm də Moskvanın öhdəliklərini onun əvəzinə icra etmiş olur. Bu, əslində, indiki həssas məqamda imicinin xilası baxımından Moskvanın özünün marağında olmalıdır.

Bu gün bir reallıq var ki, Qərb ölkələrindən fərqli olaraq, Rusiyada yekun söz ölkə prezidentinindir və Vladimir Putin də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” hər iki dövlətin milli maraqlarına cavab verir. Ona görə də biz Rusiyanın Azərbaycana münasibətinə muzdlu telekanalların və sərxoş ekspertlərin yox, məhz müttəfiqlik bəyanatının və Rusiya Prezidentinin mövqeyi əsasında qiymət verməliyik”.

B.Məhərrəmov bildirib ki, bu gün Putinin ayaqqabısını öpən Mixail Delyagin bir neçə il əvvəl Rusiya Prezidentini “bacarıqsız və kiçik Stalin” adlandırırdı:

“Boris Nemtsovun ən yaxın köməkçisi və sonradan üzünə duran şahid kimi imic qazanmış bu əbləhin bizdən danışması, müzəffər ölkənin adını dilinə gətirməsi, həqiqətən, üzücüdür. Adamın imicinə və səviyyəsinə baxıb cavab verməyi də özünə sığışdırmırsan.

Təbii ki, Delyagin Rusiya demək deyil. Amma istənilən halda deputatdır və dilinə belə təhdid gətirirsə, məsuliyyətini də daşımalıdır. Mixail Delyaginin çıxışı təcavüzə və terrorçuluğa açıq çağırışdır və ictimai formada yayımlanan bu fikirlər Rusiya Cinayət Məcəlləsinin 205.2 və 354-cü, Azərbaycan Cinayət Məcəlləsinin isə 101, 214-2 maddələri başda olmaqla cinayətlərin məcmusu üzrə cinayət məsuliyyəti yaradır.

Hesab edirəm ki, bu adam ölkəmizdə “arzuolunmaz şəxs” elan olunaraq “qara siyahı”ya salınmalı, barəsində cinayət işi açılaraq “İnterpol” xətti ilə axtarışa verilməlidir. Bu cür təxribatlara qucaq açan və həvəslə şərait yaradan istənilən media qurumunun ölkəmizdə yayımı isə dayandırılmalıdır. İnanıram ki, bu addımımıza müttəfiqimiz Rusiya da anlayışla yanaşar. Çünki bu təcrübəyə bizdən öncə elə Rusiya özü müraciət edib və iki gün əvvəl Rusiyanın müvafiq nəzarət orqanı Azərbaycanın bir neçə xəbər saytını öz ərazisində bloklayıb”.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03