Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Fəzail Ağamalı: “Rusiya öz davranışlarında ciddi dönüş yaratmalıdır, yoxsa...”

2022-03-29 20:14:26 290 baxış
Xəbər şəkil

“Rusiyanın son vaxtlar Azərbaycanın ərazisində baş verən hadisələrlə bağlı davranışları hec cür başa düşülən və qəbul edilən deyil. Azərbaycan öz ərazisində hərbi hissələrin dislokasiyasını həyata keçirərkən kiminləsə məsləhətləşmir. Rusiyanın sülhməramlı qüvvələrinin üzərinə düşən missiya isə, mahiyyət etibarilə, qarşıdurmanın qarşısını almaq, müharibənin yenidən alovlanmasına imkan verməməkdir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib.

Millət vəkili deyib ki, sülhməramlılar 10 noyabr 2020-ci il tarixində imzalanmış  üçtərəfli bəyanatın dördüncü bəndinin icra olunmasına daha çox diqqət yetirməlidirlər: “Bu bəyanatı Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın Baş naziri ilə bərabər Rusiya Federasiyasının Prezidenti də imzalayıb. Bu imzaya hörmət əlaməti olaraq, Rusiya Prezidentinin nüfuzuna xələl gətirməmək üçün həmin maddə yerinə yetirilməlidir. Orada açıq şəkildə deyilir ki, Rusiyanın sülhməramlı qüvvələrinin həmin ərazidə yerləşdirilməsi ilə paralel olaraq, Qarabağdakı erməni hərbi qüvvələri də çıxarılır. Fərqi yoxdur, bu qüvvələr Ermənistanındır, yaxud keçmiş Dağlıq Qarabağdakı qondarma hərbi qurumun tör-töküntüləridir. Ancaq indiyədək Rusiya Qarabağdakı qanunsuz silahlı dəstələrin ordan çıxarılması istiqamətində heç bir addım atmayıb. Əksinə, sülhməramlıların gözünün önündə səngərlər qazılır, təxribatlar törədilir, ermənilərin özünümüdafiə dəstələri Azərbaycanın Kələbəcərə gedən maşınlarını yoxlayır.  Hətta, Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycan  avtomobillərinə təxribatlar törədilir, Laçın dəhlizindən müxtəlif təxribatçılar ərazimizə daxil olur”.

Fəzail Ağamalının sözlərinə görə, sülhməramlılar bunların qarşısını almaq əvəzinə, Azərbaycan özünün suveren hüquqlarından istifadə edərək, hərbi dislokasiyanı yerinə yetirən zaman ermənilərin yanında dayanır, heç cür qəbul edilməyən, həmin bəyanatın, Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik müqaviləsinin  mahiyyətinə uyğun olmayan addımlar atırlar. 
“Bu, qəbul edilən deyil, kifayət qədər suallar doğurur, kifayət qədər problemlər yaradır. Ona görə də Rusiya öz davranışlarında, hərəkətlərində ciddi dönüş yaratmalı və üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Əgər Rusiyanın sülhməramlı qüvvələri orada hələ də qalan erməni quldurlarının tör-töküntülərinin çıxarılmasını həyata keçirməsə, təbii ki,  bunu Azərbaycan yerinə yetirəcəkdir. Bunun alternativi yoxdur və ola bilməz. Rusiya buna aydınlıq gətirməlidir və bir daha təkrar edirəm, imzalamış olduğu səndlərə hörmətlə yanaşmalıdır. Yoxsa, Azərbaycan özünün imkanlarından istifadə edib suverenliyini təmin edəcək, Xankəndi və onun ətrafını separatçı tör-töküntülərdən təmizləyəcəkdir.  Orada yaşayan dinc insanlarla, təbii ki, Azərbaycan dövlətinin problemi yoxdur. Dəfələrlə bu bəyan edilib. Hətta, 44 günlük müharibə dövründə Azərbaycan Ermənistandan fərqli olaraq, mülki əhaliyə zərrə qədər ziyan gətirəcək addımlar atmadı.  Biz indi də o mövqeyi daşıyırıq, o mövqedə dayanmışıq.  Bundan həm Ermənistan, həm də Ermənistanın arxasında dayanan Rusiya nəticə çıxarmalıdır", - partiya sədri bildirib.

Deputat Laçın dəhlizinin bağlanma ehtimalı ilə bağlı suala cavabında deyib ki, bu, istisna olunmur.
“Laçın dəhlizinin yeni bir marşrutu üzərində iş gedir. Mənə elə gəlir ki, həmin marşrutun yaradılması başa çatdırılqdan sonra onun fəaliyyətində də ciddi dəyişikliklər olacaqdır. Azərbaycanın icazəsi ilə və ölkəmizin ərazi bütövlüyünə xələl gətirə biləcək amillər istisna olunmaqla, bu dəhlizdən istifadə oluna bilər.  Burada biz problem görmürük. Azərbaycan dövləti humanist, məsuliyyətli bir dövlət olaraq, dinc insanların gedib-gəlməsinə, yəni ermənilərin Ermənistanla, öz etnik soydaşları, qohumları ilə əlaqə saxlamasına məhdudiyyət yaratmaq fikrində deyil. Lakin, bir şərtlə ki, orada ancaq humanitar dəhliz olsun.  Başqa məqsəd daşımasın. Düşünürəm ki,  yaxın zamanlarda buna çox ciddi aydınlıq gətiriləcək, orada qayda-qanun təmin olunacaqdır", - Fəzail Ağamalı əlavə edib.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03