İslam Əməkdaşlıq Təşkilatının dörd yeni qətnamə qəbul etməsi Azərbaycanın haqlı mövqeyini dəstəklənməsinin göstəricisidir
Mürəkkəb və qeyri-sabit geostrateji proseslərin cərəyan etdiyi dövrdə Azərbaycan dünya ölkələri ilə yanaşı, beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir, mövcud əlaqələri daha dərinləşdirir, bir sıra əhəmiyyətli layihələr reallaşdırır. Ölkəmizin uzun müddət yüksək səviyyədə əməkdaşlıq etdiyi təşkilatlardan biri də İslam Əməkdaşlıq Təşkilatıdır. Bu təşkilatı hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. İƏT Xarici İşlər Nazirləri Şurasının “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda keçirilən sessiyasında Ermənistanın təcavüzü və Xocalı soyqırımı ilə bağlı dörd yeni qətnamənin qəbul edilməsi ölkəmizin növbəti diplomatik uğuru olmaqla yanaşı, xüsusi əhəmiyyətə malikdir.
Qəbul edilən qətnamələr Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında, saxta erməni təbliğatının qarşısının alınmasında böyük rol oynayacaq. Bu qətnamələr beynəlxalq miqyasda Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinin və ölkəmizin İslam dünyasındakı nüfuzunun göstəricisidir. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik xarici və diplomatik siyasətin nəticəsidir.
Milli Məclisin Deputatı Sədaqət Vəliyeva.