Rusiya prezidenti Vladimir Putin kiçik və orta biznesin inzibati yükünün azaldılması haqqında qanun imzalayıb .
Kanal4.az MİR 24-ə istinadən xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Qanuna görə, hüquqpozma ilk dəfə törədilibsə və insan sağlamlığına və ya ətraf mühitə zərər vurmayıbsa, məsuliyyət tədbiri kimi yalnız xəbərdarlıq edilir.
Sosial yönümlü qeyri-kommersiya təşkilatları, kiçik və orta sahibkarlar üçün cərimə analoji pozuntulara görə fərdi sahibkarlar üçün cərimə məbləğinə qədər azaldılır.
Bu, həm də hüquqi şəxs və vəzifəli şəxs üçün eyni pozuntuya görə ikiqat məsuliyyəti istisna edir. İndi hər çek üçün yalnız bir cərimə mümkündür.