Zelenski Qərbə səsləndi: Rusiyanı dayandırmaq üçün çox gecikmisiniz.
NATO sammitindən sonra Ukrayna Prezidenti Vladimir Zelenski Brüsseldə toplanan Avropa Şurasının liderlər sammitində videokonfrans vasitəsilə çıxış edib.
Zelenski Qərbə səsləndi: Rusiyanı dayandırmaq üçün çox gecikmisiniz
Rusiyanın hücumlarının ölkəsinə vurduğu zərəri izah edən və Ukraynaya verdiyi dəstəyə görə Avropaya təşəkkür edən Zelenski, daha sonra Avropa liderlərinə “Rusiyanı dayandırmaq üçün çox gec addım atdıqlarını” söylədi:
"Siz sanksiyalar tətbiq etmisiniz, minnətdarıq. Bunlar güclü addımlardır. Amma bir az gecikdiniz... Bizim şansımız var idi. Əgər qabaqlayıcı sanksiyalar tətbiq edilsəydi, bəlkə də Rusiya müharibəyə getməzdi".
Çıxışında “Şimal axını 2” təbii qaz kəmərinə də toxunan Zelenski bildirib ki, əgər əvvəllər dayandırılsaydı, Rusiya təbii qaz böhranı yaratmazdı. BBC Türkcədə yer alan xəbərə görə, Ukrayna lideri daha sonra ölkəsinin Avropa Birliyinə üzvlüyünün təsdiqlənməsinə çağırıb: