Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

““Qara gün” üçün pul yığdığımızı deyirdik, o an gəlib çatıb”

2022-03-18 19:48:41 114 baxış
Xəbər şəkil

Azərbaycanlı biznesmen Araz Ağalarov Qərb ölkələrinin Rusiyaya qarşı sanskiyaları, rubl və dolların hazırkı vəziyyəti və s. mövzular ətrafında “Komsomolskaya pravda” nəşrinə müsahibə verib.

– Araz İskəndəroviç, əhvalınız necədir?

–  Belə bir vəziyyətdə hansı əhvaldan danışmaq olar? Təbii ki, əhval yaxşı ola bilməz.

– İşçiləriniz necədir, hər kəs yerindədir? Səhv etmirəmsə, 10 min nəfərdən ibarət kollektiviniz var.

– 15 min.

– Hər kəs işinin başındadır, ixtisarlar var?

– Hələ ki, yox, lakin çətindir.

– Rubl və dolların aqibəti necə olacaq? Siz həmişə dəqiq proqnozlar verirsiniz…

– Biz indi gələcəkdə bizi nə gözlədiyini bilmirik. İndi bu, sadəcə qəhvə falına bənzəyir.

– Yenə də …

– Bu gün dolların məzənnəsi ilə bağlı hər hansı fikir səsləndirmək mənasızdır. İndi sadəcə olaraq ölkə miqyasında iş yerlərini saxlamaq lazımdır. Çünki bütün logistika zəncirləri qırılır. Hətta yerli tədarükçülər istehsal etdikləri məhsulları vaxtında tədarük edə bilmirlər, çünki məhsulların bir hissəsi idxal olunan tərkib hissəyə sahibdir. Beləliklə, bütün gücü insanların, istehsalatın, hazırda hələ də işləyən və işləyə bilən hər şeyin qorunub saxlanılmasına yönləndirmək lazımdır.

– Sizin daşınmaz əmlakınız da böyükdür. “Krokus” şirkəti neçə kvadrat metrdir?

– 2,5 milyon.

– Rusiya daşınmaz əmlak sahəsində və daşınmaz əmlak qiymətlərində nələr baş verəcək?  

– Təbii ki, indi hər şeyin qiyməti tarixi minimuma enib.

– Yəni?

– Tək daşınmaz əmlak deyil, bütün aktivlər heç vaxt olmadığı qədər ucuzdurlar. Amma indi nəyinsə qiymətini müəyyən etmək çətindir. Birjalar bağlıdır, heç nə satılmır, alınmır…

– Aktivlərdən danışdınız, sizin hazırda neçə milyardınız var?

– 120 milyard borcum var.

– Rubl ilə?

– Bəli.

– Qazancınız yoxdur?

– İndi nə qazanc? Nədən?

– Bütün bu sanksiyalar altında yaşaya biləcəyikmi? Təcili olaraq nə etmək lazımdır?

– Üç əsas şey: Mahiyyət etibarilə, müəssisələrin xərclərini sıfıra endirmək lazımdır. Çünki “qara gün” üçün pul yığdığımızı deyirdik, budur həmin “qara gün” gəlib çatıb. Altı aylıq vergi tətili olmalıdır. Həmçinin borclar, gömrük rüsumlarının ödənilməsi üzrə tətillər olmalıdır. Yəni, sadəcə olaraq ölkəyə məhsul gəlməsi, insanların işləməsi, istehsalın dayanmaması üçün bu, lazımdır. Vəziyyət çox gərgindir. Və üstəlik əgər biz buna vergi, gömrük və borc yükü qoysaq, düşünmürəm ki, çox sayda müəssisə bu yükün altından çıxa bilsin.

– Hər tərəfdən əhatə olunduğumuz bir halda ölkəyə məhsullar haradan gətirilə bilər?

– Cənub-şərqi Asiyadan, Türkiyədən. Bəzi məhsullar gətirilə, bəziləri dəyişdirilə bilər… Hazırda söhbət həm iqtisadiyyatın, həm də tədarük zəncirlərinin tam olaraq yenidən qurulmasından gedir. Hər kəs bu gün bununla məşğuldur.

– Siz hazırda kiminlə işləyirsiniz?

– Çalışırıq… “Tvoy dom” mağazalar şəbəkəsində satdığımız məhsulların təhlilini apardım. Məhsulların 30%-i yerli, 20%-i Çin, 50%-i isə Avropa və Amerikadan gətirilən məhsullardır. Və bu gün bu 50% geri çəkilir və bunu Cənub-şərqi Asiyadan və Türkiyədən gətirilən məhsullarla əvəz etmək lazımdır.

– “Tvoy dom”da dövriyyə necə oldu? 

– İllik 35 milyard oldu.

– Aha!

– Bu, 6 mağazadır və hər biri Moskvadadır.

– Baydenin əlimizdən aldığı vəsaitlərə nə qədər zavod və yol inşa etmək olardı? 

– Bu isə sadə hesabdır. Bir kilometr yol 1 milyard rubla bərabərdir. Hesablayın. Bir milyard rubl bu gün 10 milyon dollardır. Budur, 400 milyardı 10 milyona bölün.

– Nə qədər alınır?

– Sıfırlar həddindən artıq çoxdur, səhv etməkdən qorxuram. Lakin əgər düz hesabladımsa, 40 min kilometr uzunluğunda yol alınır. Bu isə o deməkdir ki, bütün Ekvator üzrə, Yer kürəsi ətrafında birinci kateqoriyalı avtomobil yolu çəkmək mümkün olardı.

– Bəlkə pul yığmağı dayandırıb, özünüzə yatırım etmək vaxtıdır? 

– Xatırlayırsınızsa, mən həmişə deyirdim ki, sadəcə özünə sərmayə yatırmaq lazım deyil, hətta borc da toplamaq lazımdır. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş bütün ölkələrinin iri həcmdə borcları var.

– Mən əvvəllər sizdən Donald Trampın telefonu barədə soruşurdum, indi siz özünüz onunla hələ əlaqə saxlamamısınız, sizcə onun geri dönməsinin vaxtı çatıb?

– Xeyr, xeyr. Biz Rusiyanın Amerikada keçirilən seçkilərə müdaxilə etməkdə ittiham olunması məsələsindən sonra heç işgüzar məsələlərlə bağlı belə əlaqə saxlamamışıq.

– Bəs Donald Trampın artıq geri dönmək zamanının çatdığını düşünürsünüzmü? 

– Bu məsələni şərh etmək istəmirəm.

Sağolun.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03