Avropa Parlamentinin Azərbaycanda ‘erməni irsi’ şivənliyinə sözardı
Ermənilərə məxsus olmayan erməni irsi
19-cu əsrdə yaşamış Rus publisist Vasiliy Veliçko: Bütün Qafqazlılar bilir ki, ermənilər burda yerli xalq deyil. Onlar Qafqaza 19-cu əsrin ortalarında köçürülüblər.
Özünün olmayanı mənimsəmək, daima incik, küskün olmaq, şikayət etmək. Travma əlamətləridir. Həm də natamamlıq travması. Yetərli olmadığını bildiyin üçün başqalarına məxsus olanı özününküləşdirmək. Təəsüf ki, bu deyilənlər bir dövlətin – Ermənistanın siyasətində yer alır. Uzun illər boyu, “Böyük Ermənistan” adlı xəyalın ardından gedərək qırğınlar törədən, Daşnaksütun kimi terror qrupları təşkil edərək regiondakı xalqlara aman verməyən ermənilər bu ideyaya o qədər qapılıblar ki, artıq nəinki regionda, dünyadakı nəsnələrə də sahib olduqlarını iddia etməkdədirlər.
Əvvəlcə elə erməni sözünün mənimsənilməsi barədə. Hay tayfaları 19-cu əsrin ortalarında Çar Rusiyası tərəfindən Cənubi qafqaza siyasi məqsədlərlə köçürülür və təyinatı bu ərazilərin xristianlaşdırılması olur. Onlar əvvəlcə regionda olan və tarixi adı Ərməniyə olan ərazilərin onlara aid olduğunu iddia etməyə başladılar. Hazırda Ermənilərin özlərinə Hayastan və haylar demələri də bu fikri doğrulamış olur. Ermənistan ərazinin adı, hay isə buraya köçürülmüş və həmin ərazidə yerləşdirilmiş tayfaların adıdır. Bu ilk mənimsəmə faktı. Mənimsədikləri yerli mədəniyyəti isə sonradan guya yerli xalqların onlardan götürdüyünü iddia etməyə başlayırlar.
Beləliklə həmin ərazidə yerləşdirilən hay tayfaları əvvəlcə ərazini, orda olan tarixi faktları, mədəniyyəti mənimsəyir. Daha sonra digər dövlətlərə qarşı ərazi iddialarına başlayırlar. Azərbaycana, Gürcüstana, Türkiyəyə, hətta Rusiyaya qarşı. Bu iddialarını qanlı qırğınlarla həyata keçirməyə başlayırlar. Türkiyə, Azərbaycan ərazilərində 19-cu əsrin sonlarında dinc əhaliyə qarşı qan donduran qırğınlar reallaşdırılır.
Ermənilərin iddiasına görə onların yaşadığı bütün ərazilərdə, o cümlədən Marsel, Moskva, Los- Angelos və sair ərazilərdə onlara muxtariyyət verilməlidir. Azərbaycanın suveren ərazisi olan Qarabağ hələ də bu absurd iddiaları ucbatından viran vəziyyətindədir. İşğaldan azad edildikdən sonra Xirosima və Naqasakiyə bənzəyən Azərbaycan şəhərlərini bütün dünya görüb. O cümlədən qəbirlərdən çıxarılaraq ətrafa səpələnən, Azərbaycanlılara məxsus sümükləri də. Qarabağ 30 il əvvəl Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilərkən yüzlərə ev, türbə, Qədim Alban xalqlarından qalma 20-dən çox monastır, Onlarla Məscid, Muzey, qədim yaşayış məskənləri, müsəlman qəbristanları yerlə yeksan edilib. Məscidlərdə donuz saxlanılıb, Eramızdan əvvəl II minilliyin sonlarına aid olan və Orta Tunc dövrü insanlarının yaşayış izlərini daşıyan Üzərliktəpə arxeoloji abidəsi işğal dövründə 2019-cu ilə kimi mütəmmadi olaraq hər il ermənilər tərəfindən yandırılıb.
Ağdam rayonu ərazisindəki Qutlu Musa türbəsi baxımsızlıqdan qəzalı vəziyyətə düşüb, türbənin fasadlarını bəzəyən unikal divar rəsmləri boyanaraq məhv edilib, interyerindəki oyma naxışlı daş plitələri isə dağıdılıb. Şuşa şəhərinin tarixi mərkəzindəyerləşən abidələr şəhərin 90-cı illərdə ermənilərtərəfindən bombardıman edilməsi zamanı ciddi zədəalıb. 1992-ci ildə şəhərin ermənilər tərəfindən işğaledilməsindən sonra burda olan İslam memarlıqnümunələrinin hamısı tamamilə və ya qisməndağıdılıb.
Qarabağdakı təbii sərvətlər kobudcasına talan edilərək Ermənistana daşınıb, çaylar çirkləndirilib. Azərbaycan ərazilərinin adları belə dəyişdirilərək erməniləşdirilib. 44 günlük müharibədən sonra Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş ərazilərinin adları özlərinə qaytarılıb. Lakin təəsüf ki, güllələnən şəxsiyyətlərin heykəllərinin, məhv edilən Azərbaycan irsinin əvvəlki vəziyyətini bir daha özünə qaytarmaq mümkün deyil. Görəsən Avropa Parlamenti bu birtərəfli qətnaməsini qəbul edərkən üç meymun emojisi kimi, qulağını, gözünü və ağzını niyə bu faktlara qapayıb?