Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ölkənin siyasi və ictimai  həyatında fəal iştirak edən müasir qadınlar üçün nümunədir

2022-03-16 10:35:18 198 baxış
Xəbər şəkil

Cənab Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edildiyi gündən ölkəmizdə ictimai fəaliyyətdə reallaşdırılan işlərə böyük təkan verildi. Mehriban xanım Əliyevanın adı xeyli sayda xeyriyyə və mədəni tədbirlərlə, beynəlxalq idman yarışları ilə və Azərbaycan xalqının rifahını yaxşılaşdırmaq üçün etdiyi inqilabi əməllərlə bir yerdə anılır. Bu baxımdan da o, haqlı olaraq sadəcə Azərbayacanın deyil, dünyanın ən nüfuzlu qadınlarından biri hesab olunur.
Müxtəlif dövlətlərin geosiyasi və iqtisadi maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən dövləti idarə etməyin mürəkkəbliyi aydın məsələdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Əliyeva illər ərzində Azərbaycanın yeni yüksəliş mərhələsinə keçməsində cənab Prezident İlham Əliyevlə çiyin-çiyinə çalışır. Belə ki, onların birgə səyləri ilə əhalinin rifahı yaxşılaşır, əmək haqqı, pensiya və sosial müavinətlər artır. Məhz onların harmonik fəaliyyəti, qətiyyəti, vətənpərvərliyi, ən əsası isə dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına bərabər münasibəti ölkəmizi bir çox qələbələrə apardı. Məhz bu multikultural və multietnik dəyərlərə olan ali hörmətin nəticəsidir ki, Vətən müharibəsində insanlarımız “Öldü var, döndü yoxdur” deyərək ölkə başçımızın ətrafında sanki ətdən çəpər yaratdılar. Müharibə dövründə Mehriban xanım Əliyevanın xalqa hər müraciəti insanlarımız tərəfindən müsbət qarşılanır, ölkənin, cəmiyyətin mübarizə əzmini artırmaqla yanaşı, onun psixoloji-mənəvi ruh halına olduqca müsbət təsir edirdi. O, hər bir Azərbaycan oğlunu, əsgərini öz balası saydı, xalqa hər müraciətində hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua etdiyini, şəhid analarının acısını bir ana kimi bölüşdüyünü bildirdi və dünyaya sülh çağırışları edib, sülh toxumları səpdi. 
Bütün bunlarla yanaşı, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən şəhidlərə, müharibə veteranlarına, qazilərə, onların ailələrinə  xüsusi qayğı ilə yanaşır. Şəhid ailələrinə, analarına, hərbçilərə münasibətdə yüksək humanizm sərgiləyərək onlara olduqca həssas yanaşan Mehriban xanım Əliyevanın fəaliyyətində Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilər hər zaman xüsusi yer tutmuşdur. Məhz Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və nəzarəti altında ölkəmizə onlar üçün müasir protezlər gətirilir. Bu addımlar həm ölkə başçımızın, həm də Mehriban xanım Əliyevanın öz fəaliyyətlərində humanizm prinsiplərini hər zaman prioritet tutmalarının növbəti bariz nümunəsidir.
Azərbaycan Gimnastika Federasiyasının Prezidenti vəzifəsini tutan Mehriban xanım Əliyevanın idman sahəsində olan fəaliyyəti və aparıcı rolu ölkədə gənclər arasında sağlam həyat tərzinin təbliğinə əhəmiyyətli töhfə vermişdir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, Parisin, Romanın, Vatikanın, Berlinin, Londonun, Varşavanın və digər dünya paytaxtlarında sərgilər, mədəni və digər yüksək səviyyəli tədbirlərə ev sahibliyi edərək Azərbaycanın və onun zəngin ənənələrinin tanıdılmasına əvəzsiz töhfələr vermişdir.
Mehriban xanım Əliyeva gərgin iş cədvəlinə baxmayaraq, xalqımızın gələcəyi olan uşaqlara geniş zaman, vaxt ayırır. Kömək və qayğıya ehtiyacı olan hər kəsə, xüsusilə də əlilliyi olan və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara xüsusi diqqət yetirir və problemlərinin həllinə kömək edir. 
Bir sözlə, ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Bu gün Azərbaycan qadınına olan yüksək diqqət, qayğı və onların siyasi və ictmai həyatda fəaliyyətinə yaradılan geniş platforma Azərbaycan dövlətinin, ölkənin Birinci Xanımı Mehriban xanım Əliyevanın gərgin və məqsədyönlü iş fəaliyyətinin məntiqi nəticəsidir. Məhz bu haqlı səbəblərdən də Mehriban xanım Əliyeva ölkənin siyasi və ictimai həyatında fəal iştirak edən bir çox müasir qadın üçün nümunədir.

Aygün Ələkbərova,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03