Ukrayna xarici işlər nazirindən Sergey Lavrovla görüşü barədə ilk açıqlama
“Bu görüş üçün türkiyəli həmkarım Mövlud Çavuşoğluna təşəkkür edirəm”.
Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Ukrayna hakimiyyətindəki hər kəs humanitar dəhlizlərin təhlükəsizliyi ilə bağlı zəmanət verə bilər”.
“Bunu ruslar edə bilərmi? Lavrov bura ancaq dinləmək üçün gəlmişdi. Mən isə müzakirələr üçün gəlmişdim. Görünür, mövqelərimiz fərqlidir. Lavrov mənim təkliflərimi qəbul etmədi”, – deyə o qeyd edib.
“Yenə belə bir formatda görüşməyə razıyıq. Həll yolunu axtarmaq istəyiriksə, bunu məqsədəuyğun hesab edirəm”.
“Ruslar müzakirələrə hazır olsa, mən də buna hazıram. Lavrovun bizdən tələbləri kapitulyasiya siyahısına oxşayır. Bu müharibəni dayandırmalıyıq”, – o qeyd edib.
Kanal4.az