Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Cəmiyyətin aparıcı qüvvəsinə çevrilmiş Azərbaycan qadını

2022-03-08 08:27:24 307 baxış
Xəbər şəkil

Dövlətimizin başçısı cənab İlham Əliyev 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində xüsusi olaraq qeyd etmişdir ki, xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində qadınların misilsiz xidmətləri var. Yeni cəmiyyət quruculuğu şəraitində ictimai fəallıqlarını gücləndirərək sosial-mədəni həyatda yaxından iştirak etmələri Azərbaycan qadınlarının yüksək intellektual səviyyəsinin aydın ifadəsidir.
Bu mühüm məqamı da qeyd edək ki, milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qadın siyasəti dövlət siyasətinin əsasına çevrildi, qadınların ölkənin iqtisadi, siyasi, mədəni həyatında fəal iştirakını təmin etmək üçün biri-birindən mühüm addımlar atıldı. Dövlət-qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Əbəs yerə deyilmir ki, qadın böyük qüvvədir. Bu qüvvə, dayaq o adın özündə birləşdirdiyi bütün missiyalarda özünü təsdiqləyir. İstər ictimai-siyasi fəaliyyətdə, istər cəmiyyətdə, istərsə də ailədə qadının rolu danılmazdır. Müstəqil Azərbaycanımızın dünənini bu günü ilə müqayisə edib, böyük fəxrlə qeyd ediriksə ki, bugünkü Azərbaycanı 20-25 il bundan öncəki Azərbayanla müqayisə etmək mümkün deyil, bu uğuru şərtləndirən əsas amil düzgün təmələ əsaslanan siyasətlə yanaşı, bu siyasətin xalq tərəfindən dəstəklənməsidir ki, bu xalqın nümayəndələri sırasında da qadınlar böyük çoxluq təşkil edir. 
Qadınlarımız bütün sahələrdə uğurlu fəaliyyət göstərir, Azərbaycanın daha da möhkəmlənməsinə, çiçəklənməsinə öz töhfələrini vermək üçün səylə çalışırlar. Qadınlar ailənin dayağı, ocağın qoruyucusudur. Buna görə də bütün qadınlar cəmiyyətdə çox mühüm rol oynayırlar. Ulu öndər Heydər Əliyev qadın anlayışının özündə ehtiva etdiyi bütün xüsusiyyətlərin fonunda bu inamı ifadə etmişdir ki, qadınlar partiyamıza daha sadiq xidmət edəcəklər. 1995-ci ildə YAP Qadınlar Şurasının təsis edilməsi də onlara diqqət və qayğıdan irəli gəlirdi.
Ümumiyyətlə, qadınlara diqqət dövlət siyasətinin prioritetləri sırasındadır. Əvvəldə də qeyd etdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü işlər həyata keçirmişdir. Lakin ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idavrəetmə orqanının təşkilini şərtləndirdiyi üçün dövlət başçısı İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu addımlar da qadının cəmiyyətdəki roluna verilən dəyərdən irəli gəlir. 
Qadınların ayrı-ayrı sahələrdə təmsil olunmalarının staistikasına diqqət yetirdikdə fəallığın hansı səviyyədə olduğu aydın görünür. Bu faktı xüsusi qeyd etmək lazımdır ki, qadınların böyük çoxluq təşkil etdiyi sahələr arasında səhiyyə və təhsil xüsusi yer tutur. İqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirilən neft sənayesində çalışan qadınlarımız da böyük çoxluq təşkil edir. Onlar dahi şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinə töhfələrini verməklə Azərbaycanın işıqlı gələcəyinə çalışırlar.  Qadınların ölkədə geniş vüsət alan abadlıq, quruculuq işlərinə töhfələri davamlıdır. Bu da ondan irəli gəlir ki, qadınlarımız ölkənin hərtərəfli inkişafında, çiçəklənməsində, qüdrətlənməsində səylərini əsirgəmir, çalışdıqları sahədən asılı olaraq gördükləri işlərin miqyasını daha da genişləndirməyə maraq göstərirlər. 
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ayrı-ayrı sahələrin inkişafına yönələn diqqət və qayğısının, gördüyü işlərin fonunda ümumilikdə Azərbaycan qadınının nəyə qadir olduğunu görürük. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Mehriban xanım Əliyeva bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Bu adlara layiq görülməsini şərtləndirən işlərə, onun bilavasitə təşkilatçılığı və təşəbbüsü ilə həyata keçirilmiş və reallaşdırılmaqda olan proqram və layihələrin miqyasına diqqət yetirdikdə Azərbaycanın inkişafına verilən töhfələrin aydın mənzərəsi yaranır.
Mehriban xanım Əliyevanın fəaliyyətini özləri üçün örnək qəbul edən qadınlarımız qarşıdakı illərdə də ölkəmizin inkişafı istiqamətində  daha səylə çalışacaq, gənc nəslin ənənələrimizin, mədəniyyətimizin, tariximizin qorunması,  milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyə olunmalarına daha böyük diqqət göstərəcək, günbəgün qüdrətlənən, müasirləşən Azərbaycan onların qürur mənbəyi olacaq. 

Fərqanə Cəbrayılova,
Salyan rayonu, respublikanın Əməkdar müəllimi

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03