Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

İKT-nin ictimai-siyasi həyata gətirdiyi imkanlar və problemlər...

2020-08-03 15:48:34 384 baxış
Xəbər şəkil

 

İKT-dən və sosial media platformalar, onlardan geniş istifadə özündə nə qədər müsbət məziyyətlər daşısa da, mənfilikləri də olmamış deyil. Məsələn, düşmən tərəfə, bizim elektron rabitə xətlərimizə ardıcıl hücumlar həyata keçirmək, mülki vətəndaşlarımıza birbaşa təsir etmək üçün fürsətlər verir desək, yanlış olmaz. Hələ 2016-cı ilin aprel döyüşləri zamanı (eləcə də, sonrakı mərhələdə), özəlliklə, 12 iyuldan Tovuz rayonu istiqamətində baş verən məlum hadisələr bir daha göstərdi ki, Azərbaycanda və ondan kənarda yaşayan sosial media (digər onlayn platforma) istifadəçilərinin müəyyən qismi, erməni xüsusi xidmət orqanlarının və çox təəsüf ki maşa kimi istifadə olunan bəzi azərbaycanlı journalist və blogerlərin… apardığı dezinformasiya, əks-təbliğat və “qara piar” kimi kampaniyalarının qurbanı oldu; hətta onlar bəzən bilməyərəkdən dövlət maraqlarımıza zidd olan, arzuedilməz kontentin təbliğatçısına çevrildi. Bəlli olduğu kimi, piar fərdin, ictimai hərəkatın, partiyanın, qeyri hökumət təşkilatının, şirkətin və b.-nın ictimai informasiyasının verilməsi və onunla işbirliyinə əsaslanan irəliyə hərəkət üzrə kompleks tədbirləri ehtiva edir; işin içinə fərqli rənglər girincə, şəkil dəyişir. Biz daha çox “qara piar”dan danışır, onunla qarşı-qarşıya olduğumuzu ifadə edirik. Rəqib partiyanın, qrupun və b. ləkələnməsi, məhv edilməsi üçün “qara texnologiya”lardan istifadə edilməsi, onun adından təhqiredici və ya təhlükəli bəyanatların verilməsi, yayılması “qara piar”dır. “Qara”nın yanında başqa arzuolunmaz rənglər də var: “sarı piar” (diqqəti cəlb etmək məqsədi ilə təhqiramiz elementlərdən istifadə; “boz piar” (qaynağını gizli saxlayan təbliğat); “özünüpiar” (öz-özünün anonim tərifidir); “qəhvəyi piar” (neofaşist və faşist təbliğatı ilə yaxın bir olay); “viruslu piar” (hazırkı formada “viruslu” anlayışı muxtar xarakter daşıyır. İnsanların öz aralarında, dostları və tanışları ilə maraq dairəsinə aid müxtəlif ideya, düşüncə, fikirləri bölüşmək anlamında işlədilir)… Daha, “qara piar”a zidd olan anlayışın nümayişi üçün meydana gəlmiş “ağ piar”, sosial məsuliyyət ifadəsi “yaşıl piar”, pozitiv, müsbət modellərin formlaşdırırılmasına (dəstəyinə) hesablanmış təbliğat “sosial piar” sıradışı kimi görünür. Sıradışı deyərəkən, məhz ölkədışından ölkəiçinə çamur atmaqçün tətikdə duranların dünyasını (dünyasızlığını) nəzərdə tuturam, təbii. Əlbəttə, biz burada “piar”ın növləri haqqında danışmağa köklənməmişik; terminin çalarlarına, rənglərinə yalnız ona görə bir qədər diqqət yetirdik ki, Azərbaycana, xalqımıza və dövlət maraq-larımıza qarşı neçə çalar, necə rəng bir-birinə qarışıb aydın görünsün. Yəni, qaramı? Qara və də boz-bulanıq bir “piar” dalğası ilə üz-üzə qalmışıqsa, biz də “ağ”ımızı, “yaşıl”ımızı, “sosial”ımızı irəli sürmək haqqına sahibik. Bu mənada, bəzən, qüsura baxmayın, “ortada yeyib, qıraqda gəzən”lərin susqunluğu, biganələyi, hətta, deyərdim, gizlənməsi başa düşülən deyil. Mövqe sahibi olmaqla, mövqesizlik yalnız şəkilçi ilə fərqlənmir – bu ürək işidir, etibar, vəfa işidir və insanlıq əyarıdır. Görünür, mövqe və mövqesizlik də, “qara piar”a qarşı fəaliyyət də, məhz hüquq, qanun relslərinə çıxarılmaqlaöz haqq etdiyi mərtəbəni, münasibəti görməlidir. Doğrudur, müvafiq qanunvericilik aktları mövcuddur, amma əlavələr, düzəlişlərlə yeni dövrün tələb və gerçəkliklərini əhatə etmək ümumi işin, dövlət və toplum maraqlarının xeyrinə olardı. Bəli, həm Azərbaycan-Ermənistan dövlət sərhəddində, həm də xarici ölkələrdə son günlər baş verən qarşıdurma və toqquşmalarda Azərbaycan dövlətini, azərbaycanlıları günahlandıranların, bunu uydurulma və saxta “məlumat”lara istinadən 7/24 rejimində təbliğ edənlərin əsas fəaliyyəti, sonuc etibarı ilə Ermənistan və havadarlarının ölkəmizə qarşı təcavüzkar siyasətini dəstəkləməyə xidmət edir. Etiraf edək ki, hazırkı dünyanın gerçəklikləri ənənəvi xarakter daşımır; yeni çağırışlar, yeni imkan və həm də, yeni problemlər (imkansızlıqlar) var. Virtual savaşda əsl hədəf qarşı tərəfin düşüncəsinə təsir etməkdir. Bu baxımdan unikal platforma olan sosial şəbəkələr təhlükəsizliyimizə qarşı fəaliyyətlər üçün (də) geniş imkanlar yaradır. Azərbaycana düşmən kəsilən şəxslər sosial media seqmentində yalan və böhtana əsaslanaraq, faktları təhrif etmək “metod”u ilə istədikləri sonucu əldə etməyəcəklərini bilsə də (qısa müddətli də olsa), “stəkanda fırtına” yaratmağa, bununla da aldıqları qrantlara görə “halallıq” qazanmağa çalışır. “Çamur ağ köynəyə yapışmasa da, izi qalacaq” düşüncəsində (düşüncəsizliyində) olanlara elə öz yoğurduqları çamurlar yaraşır, əslində; qoy, çamur içində olduqlarını fərq etməyə sərf edəcəkləri vaxt və enerji qədər, “qara piar” (digər arzuolunmaz rənglərdəki piar) imkanından itkiyə uğrasınlar, heç olmasa… Əlbəttə, durum vahim deyil, ümidsiz heç deyil! Müdrik və qədirbilən xalqımız bu cür nankorların layiqli cavabını dərhal verib, verir və daha verəcəkləri cavablar vardır. Bununla belə, Ermənistanın (ermniyanlıların) bundan gələcəkdə (də) ölkəmizə qarşı istifadə edəcəyindən heç kəsin şübhəsi olmamalıdır. Xocalı soyqırımı kimi şahidli, sənəd-sübutlu bir bəşəri cinayətin guya azərbaycanlıların özü tərəfindən törədildiyini tirajlayanlar, bu gün cəbhədə və xaricdə baş verən (anti-Azərbaycan) prosesləri də bizlərin üzərinə yıxmaq istəyir (istəyəcək). Artıq Almaniya, Fransa, ABŞ, Rusiya və bu günlərdə qardaş Türkiyənin sosial media platformalarında qanunsuz məlumatların yayılması, paylaşımların edilməsi ilə bağlı qəbul etdiyi qanunlara nəzər saldıqda aydın şəkildə görünür ki, Azərbaycanda bu sahədə xeyli boşluqlar mövcuddur. Düşmənlərimiz və əlaltıları isə bu boşluqlardan rahatca yararlanaraq, öz məkrli fəaliyyətlərini davam və inkişaf etdirir. Açığı, bundan heç də geri qalmayan başqa bir gərginlik də bizi sarmaqda, (yumşaq desək) müşahidə etməkdədir. Ölkəiçi məişət və cinsi zorakılıq hallarının, narkotik vasitə və psixotrop maddələr istifadəsinin, əxlaqsızlıq və yüngül həyat tərzinin, o cümlədən toplumumuz üçün təhlükə ərz edən digər məsələlərin onlayn platformalarda aktiv təbliğ olunduğunu (acı təssüflə) görməkdəyik. Son illər Almaniya qanunvericiliyinə nəzər saldıqda görürük ki, 2017-ci ildə qəbul edilmiş “Sosial şəbəkələrdə qanunvericiliyin tətbiqinin yaxşılaşdırılmasına dair” Qanun (“Facebook Aktı” da adlandırılır) sosial şəbəkələrdə yalan təbliğat və saxta xəbərlərlə mübarizəni nəzərdə tutur. 18 iyun 2020-ci ildə qəbul edilmiş “Sağçı ekstremizm və nifrət cinayətlərinə qarşı daha səmərəli mübarizə” adlı Qanuna görə isə sosial şəbəkələr, paylaşımları silməklə yanaşı, müəlliflərin “İP” ünvanları ilə birlikdə Federal Kriminal İdarəsinə bəyan etməlidir. Terror və ya qətl cinayətləri zamanı isə Federal Kriminal İdarəsi istifadəçilərin qeydiyyat bilgilərini də tələb edə bilər. Sonuncu qanun internetdə nifrət və ədavət yayan cinayətlərə, eləcə də uşaq pornoqrafiyasının yayılmasına qarşı cəza mexanizmlərini nəzərdə tutur. Qanuna görə sosial şəbəkələr açıq-aydın cinayət tərkibli paylaşımlar barədə Federal Kriminal İdarəsinə məlumat vermək öhdəliyi daşıyır. Bundan başqa, xəsarət yetirməklə hədələmə, ictimai yaxud yazılı şəkildə edilmiş təhqirlər və ictimai şəxslərin diffamasiyası cinayət məcəlləsi ilə tənzimlənən qanun pozuntuları sırasına daxil edilir. Qanuna əsasən, internetdə ölümlə hədələmə 3 ilədək, digər hədə-qorxular isə 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Bundan əlavə, cinayət tərkibli paylaşımların “bəyən”ilməsi də internet istifadəçiləri arasında geniş yayılarsa, məhkəmənin qərarı ilə ictimai barışığın pozulması halı kimi qiymətləndirilə, cəzalandırıla bilər. Nəhayət, təcili yardım fəaliyyəti göstərən həkim və digər tibb işçilərinə edilən verbal hücumlar 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Artıq bir neçə ildir ki, qardaş və qonşu Türkiyə Cümhuriyyətində internet məkanında baş verən qanunsuz fəaliyyətlərin qarşısının alınması yönündə hüquqi müstəvidə ciddi tədbirlər görülməkdədir. Belə ki, 4 may 2007-ci ildə “İnternet məkanında yayımların tənzimlənməsi və bu yayımlar vasitəsilə işlənən cinayətlərlə mübarizə aparılması haqqında” Qanun qəbul edilib. Bu sahədə bir sıra başqa addımlar da atılıb və son olaraq, Türkiyə Böyük Millət Məclisi tərəfindən (daha bu günlərdə) sosial mediaya aid tənzimləmələri özündə ehtiva 9 maddədən ibarət dəyişikliklər qeyd olunan Qanuna əlavə edilib. Almaniyada olduğu kimi, bundan sonra Türkiyədə də sosial mediada böhtan, təhqir və təcavüz kimi cinayətlərin qarşısının alınması qanunun tələbi olacaq. “Twitter”, “Facebook” və digər böyük sosial media platformaları ölkədə nümayəndəlik açmaq məcburiyyətində olacaq. Əks təqdirdə, 5 mərhələli sanksiyaya məruz qalabilərlər. Buyurun, inkişaf etmiş Avropada, qardaş və qonşu ölkədə, digər yaxın-uzaq, böyük-kiçik ölkələrdə internetin məziyyətlərini müşahidə edən çatışmazlıq və nöqsanlar, toplum həyatını zədələyən hallar qanunlara əlavə və dəyişikliklərə gətirib çıxarıb. Bəs biz bu dəyişiklikləri etməmək üçün “qara piar”çılardan, qanunsuz çağırışçılardan çoxmu sığortalanmışıq? Başa düşürəm ki, sualın ritorikası hamı tərəfindən hiss olunmaqdadır…

Qənirə PAŞAYEVA Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

 

KANAL 4 

Səmil Şahlaroğlu

 





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
2026-11-02
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
2026-11-02
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
2026-11-01