Ana Vətən Partiyasının fəalları Xocalı Soyqırımının anım günündə Ana Fəryadı abidəsini ziyarət etdilər.
Ana Vətən Partiyasının bir qrup fəalları Xocalı Soyqırımının anım günündə Ana Fəryadı abidəsini ziyarət etdilər.
Fevralın 26-da Ana Vətən Partiyasının əməkdaşları Xocalı soyqırımının 30-cı ildönümü ilə əlaqədar soyqırım qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət ediblər.
Ziyarət zamanı Partiyanın fəalları tərəfindən Xocalıda şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoyulub, onların ruhuna dualar oxunub.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən.30 il keçir. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.
Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.
Ana Vətən Partiyasının Salyan təşkilatı.



