Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

YAP Xocalının ildönümü ilə əlaqədar müraciət yayıb

2022-02-24 17:39:57 222 baxış
Xəbər şəkil

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar onlayn formatda konfrans keçirib.
 
Kanal4.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP-ın İdarə Heyətinin üzvləri, Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, Xocalı rayon ictimaiyyətinin nümayəndələri, yerli təşkilatların sədrləri və digərləri iştirak ediblər. Konfransda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar siyasi partiyalara və beynəlxalq təşkilatlara müraciət edilib.

Müraciətdə deyilir ki, 30 il bundan əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində soyqırımı aktı törədilib: “Şəhər yerlə yeksan edildi, 63 uşaq, 106 qadın, 70 qoca olmaqla, 613 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə indiyə kimi naməlumdur. Xəsarət alanlardan 487 nəfəri şikəst olub, onlardan 76 nəfəri azyaşlıdır.

Sonrakı günlərdə hadisə yerinə səfər edən xarici ölkələrin çoxsaylı mətbuat nümayəndələri də bu dəhşətli mənzərənin şahidi oldular. Onların müxtəlif kütləvi informasiya vasitələrində yaydıqları məlumatlarda diqqətə çatdırıldığı kimi, yüzlərlə insan öldürülmüş, mülki şəxslərin, o cümlədən qadın və uşaqların cəsədləri təhqir edilmişdi.

Xocalı soyqırımı Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1988-1993-cü illərdə Azərbaycan torpaqlarının 20 faizinin işğalı və 700 min nəfər azərbaycanlının öz yurdundan didəgin salınması ilə nəticələnən işğalçılıq siyasətinin həyata keçirilməsi zamanı dinc əhaliyə qarşı törətdiyi ən dəhşətli cinayətdir. Həmin illərdə ermənilərin işğal edərək yer üzündən sildikləri Bağanıs Ayrım, Qaradağlı, Ağdaban, Başlıbel və onlarla digər yaşayış məntəqələrində əksəriyyətini uşaqlar, qadınlar və qocalar təşkil edən yüzlərlə dinc əhalini xüsusi amansızlıqla qətlə yetirməsi vandalizmin, insanlıq əleyhinə cinayətlərin bariz sübutudur.

2020-ci ildə Ermənistanın yeni torpaqlar ələ keçirmək məqsədi ilə növbəti hücum cəhdlərinin qarşısını almaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatları - Vətən müharibəsi zamanı da ermənilər beynəlxalq hüququn tələblərini kobudcasına pozaraq Gəncə, Tərtər, Bərdə və digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə aldılar. Nəticədə 98 mülki şəxs həyatını itirdi, 414 nəfər yaralandı, 3000-dən çox ev və 100 yaşayış binası dağıdıldı.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqları azad edildi, 30 illik işğala son qoyuldu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də beynəlxalq təşkilatların uzun illər kağız üzərində qalmış qərar və qətnamələrinin icrasını təmin etdi, Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı. Hazırda işğaldan azad olunan ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirilir. Yaxın illərdə bu ərazilərin sakinlərinin öz yurdlarına qayıdışı və layiqli-dayanıqlı məskunlaşması təmin ediləcəkdir.

Xocalı faciəsinin dünyada soyqırımı kimi tanıdılması, qanlı cinayət aktına adekvat qiymət verilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən sistemli iş aparılır. Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məqsədyönlü tədbirlər həyata keçirir. Xüsusilə də, Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət" kampaniyasının uğurla davam etdirilməsi, bir çox ölkədə tədbirlərin təşkili və digər işlər real nəticələrin əldə olunmasını şərtləndirir. Bunun nəticəsidir ki, bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 20-dən çox ştatı bu cinayəti qətliam kimi tanıyıb.

Azərbaycan həmişə sülh, əməkdaşlıq tərəfdarı olub, bunu öz mövqeyi və fəaliyyəti ilə dəfələrlə sübut edib. Lakin heç bir cinayət cəzasız qalmamalıdır. Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı bərabəri olmayan bir vandalizm aktıdır. Təəssüflər olsun ki, 30 il keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən bu qanlı faciəyə lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib.

Hesab edirik ki, Xocalı soyqırımı, təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş tarixi bir cinayətdir. Buna görə də bu qanlı cinayətin təşkilatçıları və icraçıları – Ermənistanın keçmiş siyasi və hərbi rəhbərliyi beynəlxalq hüquq qarşısında cavab verməli və öz layiqli cəzalarını almalıdırlar. Cəzasızlıq mühitinin nəticəsidir ki, həmin şəxslər və onların təsiri altında olan revanşist çevrələr bu gün də iki ölkə arasında və regionda sülhün bərqərar olması istiqamətində görülən işlərə, o cümlədən beynəlxalq ictimaiyyətin təşəbbüslərinə mane olmağa çalışırlar.

Biz beynəlxalq təşkilatları, siyasi partiyaları və dünya ictimaiyyətini insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımına biganə qalmamağa, belə cinayətlərin bir daha yer üzündə təkrarlanmaması üçün Xocalıya ədalətin təmin edilməsi yönündə Azərbaycanın təşəbbüslərini dəstəkləməyə, birlik və həmrəylik nümayiş etdirməyə çağırırıq”.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03