Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

"Sənəddə Azərbaycanın marağına zidd bircə məqam belə yoxdur” – Fazil Mustafa

2022-02-24 10:37:04 186 baxış
Xəbər şəkil

“Moskva Bəyannaməsi Şuşa Bəyannaməsindən sonra Azərbaycanın ən uğurlu diplomatik həmlələrində biri idi. Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi fonunda digər qonşu ölkələrlə də normal münasibətlərin uzunmüddətli tənzimlənməsinə xidmət edən bir sənəddir”.

Bunu Milli Məclisin deputatı, Azərbaycan – Rusiya parlamentlərarası işçi qrupunun üzvü Fazil Mustafa Azərbaycan və Rusiya liderlərinin ötən gün imzaladığı Moskva Bəyannaməsini şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, Rusiya ilə münasibətlərdə də Azərbaycan bərabərhüquqlu sənədə imza ata bilib: “Sənədin elə birinci maddəsinə baxmaq kifayətdir ki, Moskva bəyannaməsi ilə bağlı bütün spekulyasiyalara son qoyulsun. Bəyannamədə qeyd olunur ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Rusiya ilə bundan artıq nə imzalamalıyıq?”.

Fazil Mustafa deyib ki, sənəddə Azərbaycanın marağına zidd bircə məqam belə yoxdur: “Hətta, Azərbaycanın gələcəkdə istifadə edə biləcəyi bir maddə (18-ci maddə -red.) var. Bu, beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsidir. Bu nə deməkdir? Qarabağda baş verə biləcək hər hansı separatçı hərəkətlərə qarşı Azərbaycan addım atarkən Rusiya ilə müqavilənin məhz bu maddəsinə istinad edəcək. Digər tərəfdən də bəyannamədə ümumi müddəalar – humanitar, iqtisadi, ticarət, mədəni və başqa sahələrdə olan münasibətlər baxımından bir standart, uyğunlaşma, uzlaşma var. Rusiya böyük dövlət kimi Azərbaycanı bərabərhüquqlu bir dövlət statusunda müttəfiqlik formatında münasibət qurursa, biz ondan niyə imtina etməliyik?”.

İşçi qrupunun üzvü bildirib ki, Azərbaycan qonşu dövlətlərlə normal münasibətləri gücləndirməli və hər hansı bir təhlükəni yaxın məsafədən baş verməsi riskini azaltmalıdır: “Baş verənlər Azərbaycanın milli maraqlarına cavab verən addımlardır. Moskva Bəyannaməsinin imzalanması tarixin bu dövründə Azərbaycanın ən faydalı addımlarından, öz marağını təmin edən addımlardan biridir”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik Ermənistana böyük zərbədir: “Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək. 44 günlük Vətən Müharibəsi zamanı gedən proseslər göstərdi ki, Rusiya öz milli marağından çıxış edən bir dövlətdir və Azərbaycanla da normal münasibət qurmağa birbaşa maraq göstərən ölkədir. Ona görə də hər hansı bir şəkildə Ermənistanın Rusiyaya daha yaxın müttəfiq olması məsələsi bir az fiksiyadır. Çünki kollektiv içində Ermənistanın boyu çox balaca görünür, onun müttəfiqliyinin dəyəri də yoxdur. Azərbaycanın müttəfiqliyi isə bərabərhüquqlu müttəfiqlikdir. Bu, artıq iki bir-birinə hörmət edən dövlətin prosesə, problemlə, gələcəyə baxışını özündə ehtiva edir. Yenə də söyləyirəm – 43 maddəlik bəyanatda Azərbaycanın marağına toxunan biləcək hansısa bir məqamla rastlaşmadım”

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03