Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Rusiya ilə müttəfiqlik bəyannaməsi nə vəd edir?

2022-02-22 13:12:47 6215 baxış
Xəbər şəkil

Rusiyanın “Riya-Novosti” xəbər agentliyinin yaydığı məlumata görə, fevralın 22-də Azərbaycan prezidenti İlham Əliyev Moskvada rəsmi səfərdə olacaq. Qeyd olunur ki, prezident Vladimir Putin Azərbaycan lideri ilə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin bütün spektrinin müzakirəsini planlaşdırır.

Liderlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişləri, o cümlədən Azərbaycanın regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi məsəsləsini də nəzərdən keçirəcəklər. 

Danışıqların yekunu olaraq Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Müttəfiqlik Saişi haqqında Bəyannamə imzalanacaq.

Xatırladaq ki, İlham Əliyevin Rusiyaya rəsmi səfəri ilə bağlı ölkə başçısının mətbuat xidməti heç bir informasiya yaymayıb. Bu gün isə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov mətbuata bildirib ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfər çoxdan planlaşdırıllıb. “Rəsmi səfərlər öncədən planlaşdırılır, səfərin gündəliyi, müzakirəyə olunacaq məsələlər müəyyənləşdirilir. Səfər çərçivəsində müxtəlif sahələr üzrə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə dair sənədlər imzalana bilər. Elə bunun özü də səfərin uzun müddətdir, planlaşdırıldığını bir daha təsdiqləyir. Bu səfər Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində növbəti addım olacaq”, – o qeyd edib.

Səfərdən bir gün qabaq, bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Tovio Klaarı qəbul edən Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqlar verib. Klaar isə qeyd edib ki, Aİ minaların təmizlənməsi sahəsində Azərbaycana dəstək verməyə hazırdır. 

Siyasi təhlilçi Azər Qasımlı Pressklub.az-a şərhində bildirib ki, İlham Əliyevin bu səfərinin elan olunması bir qədər gözlənilməz oldu: 

“Düzdür, Ziyafət Əsgərov açıqlama vermişdi ki, rəsmi səfər əvvəlcədən planlaşdırılıb, amma mən düşünürəm ki, tam olaraq belə deyil. Rusiya mediası yazır ki, sabah Moskvada Rusiya və Azərbaycan arasında müttəfqilik bəyannaməsi imzalanacaq və münasibətlər daha üst səviyyəyə qədəm qoyacaq. Deməli, bu bəyannamənin imzalanması ilə bağlı əvvəlcədən müzakirələr və razılaşma əldə olunub. Hesab edirəm ki, bununla bağlı müzakirələr hətta 44 günlük müharibədən əvvəl də aparılıb. Ola bilsin, bu razılaşmanın hansısa çərçivələri danışılıb, yaradılıb, amma son bir il ərzində onun içərisi doldurulmağa başlanıb”. 

Ekspert əlavə edir ki, bu səfər gözlənilməz olsa da, Putin İlham Əliyevlə əvvəldən razılaşdırdığı məsələni məhz bu ərəfədə gündəmə gətirməyə qərar verib. O, xatırladır ki, hazırda Ukryan böhranı ilə bağlı Rusiya Qərb arasında ciddi qarşıdurma var: “Bu vəziyyətdə Rusiya göstərmək istəyir ki, postovet məkanında ona yaxın ölkələr var, SSRİ-dən çıxan dövlətlər onun yanındadır. Belarus, Qazaxıstan, Özbəkistan, təbii ki, Ermənistanı, Tacikistanı, Qırğızıstanı da bura qatacaqlar. O cümlədən, Azərbaycanı”.

 A.Qasımlı Bakının bu addımını yanlış hesab edir. Qeyd edir ki, İlham Əliyev sovet elitasından çıxmış liderdir, Putinin maraqlarından kənara çıxa bilmir: “Hesab edirəm ki, Azərbaycan getdikcə öz müstəqilliyini itirməyə başlayıb. Gəlin bir qədər tələsməyək, bəyannaməyə daxil olan bütün məsələləri öyrənək”. 

Təhliçi vurğulayır ki, məsələnin bu şəkildə qoyuluşu, yəni ölkədə müzakirə aparmadan, cəmiyyəti görməzdən gələrək ediblərsə, deməli, burada yaxşı bir şey yoxdur: 

“Onu da əlavə edim ki, biz müstəqilliyimizi saxlamaqla, Rusiya ilə sülhməramlıların çıxmasını razılaşdırmalıyıq. Başqa ölkələrin hərbi bazalarını Azərbaycanda yerləşdirməməyimiz lazımdırsa, bunun müqabilində olsun. Amma Qarabağdan çıxmalıdılar və işlərimizə qarışmamalıdırlar. Bəyannamədə bunlar yoxdursa, istənilən saziş Rusiyanın marağına xidmət edəcək və hər şey onun diktəsi ilə olacaq”

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03