“Belə davam edərsə, anti-terror əməliyyatı keçirərək erməni tör-töküntüləri ərazimizdən çıxarılmalıdır”
“Ermənilər yenə öz ampulasındadır və onların gəlişi gözəl, arxayınalşdırıcı sözlərinə heç zaman güvənmək olmaz. Buna da heç zaman arxayın olmaq lazım deyil. Çünki ermənilərin etnik xüsusiyyətlərindən doğan riakarlığı, saxtakarlığı, yalanı var və onlar bu cür mənfi keyfiyyətlərilə özlərini dünya miqyasında və tarixdə təsdiq ediblər”
Bunu açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. F.Ağamalı düşmənin əsgərimizi şəhid etməsindən təəssüflənərək onlara layiqli cavab veriləcəyini bildirib:
“Bir tərəfdən Paşinyan və Ermənistanın xarici işlər naziri bölgədə sülhün təmin olunmasında maraqlı olduqlarını önə çəkirlər, Türkiyə və Azərbaycanla münasibətlərini qurmaq niyyətlərini dilə gətirirlər. Amma başqa bir tərəfdən isə istər Paşinyan, istərsə də xarici işlər nazirliyi səviyyəsində bunun əksini edirlər. Dünən İranın prokurorunun İrəvanda görüşü zamanı qarşılıqlı şəkildə Azərbaycana qarşı təhdidlərini, ərazi iddialarını ortalığa qoydular. Başqa bir tərəfdən isə təxribatlara əl atırlar, uçuş aparatları Azərbaycanın ərazisində hərəkət edir. Başqa bir tərəfdən əsgərimizi şəhid edirlər. Beləliklə, görünən budur ki, Ermənistan Azərbaycanla münasibətlərinin əməldə normallaşmasında maraqlı deyil”.
F.Ağamalı bölgədə yerləşən Rusiya sülhməramlılarının da məsuliyyətsizlindən danışıb:
“Digər bir tərəfdən sülhməramlı qüvvələrin müvəqqəti yerləmiş olduğu ərazilərdə bu hadisə baş verirsə, eyni zamanda, bu onların birbaşa məsuliyyətidir. Onlar buna qarşı qətiyyətli addım atmalıdırlar və həm də 2020-ci ilin 10 noyabrında Rusiya-Azərbaycan Prezidentlərinin və Ermənistanın baş nazirinin imzalamış olduğu bəyanatın dördüncü maddəsini yerinə yetirməlidirlər. Bu yerinə yetirilmir. Bunun yerinə yetirilməməsinin ən ciddi səbəblərindən biri Rusiyanın erməni terrorçuların Azərbaycandan çıxarılmasına maraq göstərməməsidir. Əksinə onların Azərbaycanda qalmasını stimullaşdırmaqda maraqlıdırlar və bu da nəticə”.
Millət vəkili bildirib ki, əgər belə davam edərsə, ordumuz anti-terror əməliyyatına başlaya bilər:
“Mənə elə gəlir ki, əgər belədirsə, Azərbaycan qətiyyətli addımlarını atmalıdır, anti-terror əməliyyatlarını həyata keçirib, ermənilərin tör-töküntü hərbi dəstələrini ölkəmizdən çıxarılmasını təmin etməlidir. Buna Azərbaycan dövləti bəyanatla vaxt da verə bilər. Verilən vaxt ərzində bu terrorçular ölkəmizdən çıxarılmasa, əks-təqdirdə Azərbaycan özünün suveren hüquqlarından və Birləşmiş Millətlər Təşkilatlarının nizamnaməsinə əsaslanaraq anti-terror əməliyyatlarını həyata keçirmək hüququnu özündə saxlayır və bununla bağlı addımlar atacaqdır. Mənə elə gəlir ki, bu addım atılarsa, biz ermənilərin tör-töküntülərini ölkəmiz ərazisindən tamamilə çıxarar və bu haqda düşünənləri çox çətin vəziyyətdə qoya bilərik. Onlar da ya rəd olub Azərbaycandan gedər, yaxud da döyüş meydanında məhv olarlar. Başqa alternativimiz yoxdur