Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Kimdir qəhrəman .

2022-02-11 16:10:44 340 baxış
Xəbər şəkil

Son zamanlar ölkənin dörd bir yanında baş verən höküməti təmsil edən insanların bir-birləri haqqında tənqidləri gündəmi daha çox zəbt edib.Yüksək vəzifəli, tanınmış, cəmiyyətdə bu və digər yolla əldə etməyə çalışdığı çəkisinin olduğunu zənn edən istənilən məmur vəzifəsindən kənarlaşdırılan kimi bığıburma kişilər başlayır vaxtilə vəzifə sahibi insanların özünü, ailəsini, nəsil-kökünü "vətən xaini" çıxarmağa, ən çirkin kəlmələrlə aşağılamağa.Bu yazıları oxumaq növbəti dəfə yaşadığımız cəmiyyətlə bağlı xəyal qırıqlığına uğradır məni...
Hamısının söylədikləri sözlər, yazdıqları kəlmələr, eyni lüğət, eyni fikirlər, təşbehlər, məcazlar və ilaxırdır.Ağzına gələni deyən, kin qusan, nifrət saçan insanlar təhlükəlidir. Bunu "sosial şəbəkədə belə hallar normaldır" deyib bəsitləşdirmək olmaz. Kim bilir, həmin insanlar hansı şəraitdə, necə böyüdülüblər ki, bu hala düşüblər. Çünki onların sərgilədikləri adi hirs, ani öfkə deyil, kökü dərinlərə gedib çıxan travmadır.İnsanların bir-birini tənqid etməsi, mübahisəsi mədəniyyətdir. Burada dava-dalaşı, qışqır-bağırı nəzərdə tutmuram. Mübahisə düzgün olmayanda şiddətə, cinayətə gedib çıxa bilər. Fəqət, doğru aparılırsa, münasibətlərin kökünün sağlamlaşmasına səbəb olur. Mübahisə susuz qalmış ağacın dibini belləyib nəfəs aldırmaq, canlandırmaq kimidir. Əsas məsələ mübahisəyə imkan yaratmaq və ona dözüm göstərməkdir. Bu isə artıq bacarıq, qabiliyyət məsələsidir. Hətta insanın öz dünyası və digərləri ilə dərin münasibət qura bilməyinin təməllərindən biri mübahisə bacarığı və cəsarət məsələsidir. Bu proses doğru icra edildikdə təməli zəif olan nə varsa dağılır, yerinə yeniləri gəlir. Məsələn, insan özünə mübahisə icazəsi verdikcə, özünü küncə qoyub danladıqca daxilindəki ayaq dəyməyən dəhlizlərdən keçir, içində daha əvvəl görmədiyi "yerləri" kəşf edir və özünü yavaş-yavaş inşa edir. Yaşadığımız coğrafiyada mübahisə, tənqid mədəniyyətinin inkişaf etmədiyi aşkardır. Vəziyyət belə olunca hər kəs rahatlıqla bir-birinin quyusunu qazır, bir-birinin arxasınca ağzına gələni deyir. Buna görə də passiv-aqressiv münasibətlər baş alıb gedir. Bir insanın duyğu və düşüncəsinə yiyə çıxıb bunu digərinə söyləmə azadlığı və fərqli düşüncələrə rəğmən, birinin digəri üzərində iqtidar qurmadan münasibətdə qala bilmə qabiliyyəti aşağı səviyyədədir. Bu vəziyyəti cəmiyyətin bütün təbəqələrində müşahidə etmək mümkündür. Bir-birimizlə uzlaşmayacağımız gerçəyini də qəbul etməliyik. Robot olmadığımızı, özümüzə məxsus fikirlərimiz olduğunu anlamalayıq. Bu, sosial şəbəkədə insanları təhqir etmək, aşağılamaq, alçaltmaq anlamına gəlməsin. İkincisi, mədəniyyətsizlik və xəstəlikdir. Əksinin isbatı mümkün deyil. Özünə hörmət edən, dəyər verən insan belə ucuz davranışlar sərgiləmir. Mövcud durum sonradan yaranmayıb, həmin insanları araşdırsaq, işarələr bizi onların uşaqlığına qədər aparıb çıxarar. Məsələn, insanın mübahisəyə can atdığı ən güclü dönəm ərgənlikdir. Ərgən fərd valideynlərinə qarşı çıxır, ona savaş açır, "gedərəm", "qaçaram", "özümü öldürərəm" deyərək onları təhdid edir. Ana-atanın dözdüyünü görəndə isə özü ilə tanışlığı başlayır, sərhədlərini müəyyənləşdirir. Sakit, susqun bir yeniyetmədə isə bu, daxilə döşənmiş mina kimidir. İçində basdırdıqları bir gün partlaya-partlaya gedir.
Əlinə klaviatura keçən kimi güc dalğasına məruz qalıb, özünü dünyanın sahibi zənn edənlərdir travmalı insanlardır. Təkcə sosial münasibətdə belə deyil, siyasət meydanında da belədir.
Travmalı insan - travmalı ailə, travmalı ailə - travmalı cəmiyyət, travmalı cəmiyyət - travmalı xalq, travmalı xalq isə travmalı dünya deməkdir. Ona görə belə insanların yaşadığı yerlərdə şiddət, qadın qətilləri, təcavüzlər, uşaq zorakılıqları tüğyan edir. Sorğulamaq, götür-qoy etmək, ölçüb-biçmək insana xasdır. Kor-koranə "hə", "oldu", "yaxşı" demək insanı cəhalətə, cəhalət isə fəlakətə sürükləyir. Mübahisənin, tənqidin nə olduğunu öyrənmədikcə heç nə düzələn deyil. Bugün vəzifədə olan vaxtı həmin şəxsin yan yörəsində gəzməyi böyük şərəf bilib, salamlarını aldığı üçün qürurlananların hansısa vəzifədən gedən insan haqqında  yazıları isə tənqid yox, səmimiyyətsizlikdir!!!

PS: Bəlkə də yazı bir az sərt oldu.Yox, pessimist deyiləm, ancaq əvvəlki kimi optimist də ola bilmirəm. Deyəsən, indi bir az realistəm.Moşuların fərsizliyində onları daim tərifləyən Söylülər! Əgər vaxtilə dəstəklədiyiniz adamların bir ömür "xoşbaxtlıq" sözünə qafiyə axtarıb bədbəxt olmasını istəmirdinizsə, həqiqətləri vaxtında deməkdən çəkinməməliydiz.Artıq gecdir!!!

Aygül Bağırova

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03