Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Ermənistan nə qədər sağa-sola vursa da sülh sazişi bağlamaqdan başqa çarəsi yoxdur...”

2022-01-27 22:31:05 212 baxış
Xəbər şəkil

“Ermənistanda siyasi kataklizmlər davam etməkdədir. Son vaxtlar Ermənistanın siyasi mühitini çalxalayan və müxtəlif rəylər yaradan prezident Armen Sarkisyanın istefa verməsi heç də mənim fikrimcə, onun dediyi kimi səlahiyyətlərinin məhdudluğu, ölkənin daxili və siyasətinə təsir göstərmək imkanlarının olmamasıyla bağlı deyil. Ən azı ona görə ki, Armen Sarkisyan bilməmiş deyildi ki, prezident seçilən zaman hansı səlahiyyətləri var. Buna razılaşaraq o, həmin vəzifəni tutmaq üçün razılıq verdi və prezident seçilə bildi”

Bunu Kanal4.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. F.Ağamalı Paşinyanın Ermənistanı ağır durumdan çıxarmaq üçün Türkiyə və Azərbaycana yaxınlaşmağa başladığını bildirib: 

“Onun istefasının başlıca səbəbi Ermənistanda gedən siyasi proseslərin birbaşa məntiqiylə bağlıdır. Son vaxtlar Paşinyan ölkəsini və xalqını mövcud ağır durumdan və gələcək faciələrdən xilas etmək üçün çıxış yolu kimi Türkiyə və Azərbaycanla münasibətləri düzəltmək xəttini götürüb. Bunu isə ardıcıllıqla və hədsiz ehtiyatlılıqla cəmiyyətinə ötürür və onları bu addımların atılması üçün hazırlamağa başlayıb. A.Sarkisyan isə belə düşünür ki, gec-tez Paşinyan bu addımlarına görə ermənilər tərəfindən cəzalandırılacaq. O, istəmir ki, gələcəkdə bu cür vəziyyətin içində olsun və o da Paşinyan kimi eyni şəkildə günahlandırılıb, cəzalandırılsın və ittiham edilsin. 

Məncə, ilk növbədə onun istefasının səbəbi bununla bağlıdır. Onun tərcümeyi-halını oxuyanda görməmək mümkün deyil ki, özünün şəxsi həyatının yüksək səviyyədə qurulmasına çalışıb və ambisiyalarının girovuna çevrilən bir adamdır. Ən müxtəlif situasiyalarda, yüksək səviyyəli şəxslərlə münasibətlərini quraraq bir an da olsun belə hansı komandanın hakimiyyətə gəlməsindən asılı olmayaraq kənarda qalmayıb. Bunun özü də elə onun haqqında fikir söyləməyə əsas verir. Siyasət elə bir şeydir ki, orda sadəcə olaraq baxışlarına və baş vermiş hadisələrə münasibətinə görə tərəfin olmalıdır. A.Sarkisyanın isə tərəfi yoxdur. Çoxbilmiş və hiyləgər formada, ən müxtəlif manevrlərlə istənilən gərgin vəziyyətdə özünü qoruyub, saxlaya bilib və yaranmış şəraitə uyğun olaraq məqsədlərinə nail olub.

Paşinyan bu gün çalışır xəstələnmiş, ruhu, düşüncələri zəhərlənmiş erməni cəmiyyətiylə çox ehtiyatla davranaraq ölkəsini fəlakətli vəziyyətdən çıxarsın. Bu hiss olunur. Ölkəni bu fəlakətdən çıxarmağın yeganə çıxış yolu Azərbaycan və Türkiyəylə münasibətlərin yaxşılaşmasından keçir. Ermənilər isə heç zaman sözüylə əməli düz gəlməyən bir toplumdur. Onlar dedikləri sözün, imzaladıqları sənədin dərhal üstündən xətt çəkərək  tamamilə onun əksinə olan mövqe tuturlar və əməli addımlarıyla bunu təsdiq edirlər. Hətta erməni yazıçıları, siyasətçiləri və digər erməniləri tanıyan mütəfəkkirlər də onların bu ikiüzlü və riyakar mövqeləri haqqında zamanında çoxlu fikirlər söyləyiblər.

Biz isə təbii ki, ehtiyatımızı əldən verməli deyilik. Gücümüzün üstünə güc gətirməliyik. Necə ki, ölkə Prezidenti bu xətti götürüb və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra hərbi gücümüz, potensialımız daha da artıb. Sərhəd boyu istiqamətlərdə Sərhəd Qoşunlarının mövqeləri gücləndirilir, yeni dayaq məntəqələri yaradılır. Eyni zamanda, Müdafiə Nazirliyimiz də Ermənistanla sərhəd boyu zonalarda öz qoşunlarını və hərbi hissələrini dislokasiya edib və onun maddi, texniki təchizatıyla da ciddi şəkildə məşğul olur. Cənab Prezidentin də dediyi kimi hərbi potensialımız güclənib, onun arsenalına yeni silahlar gətirilib və imkanlarımız daha ciddi şəkildə möhkəmlənir. Bu baxımdan Ermənistan nə qədər sağa-sola vursa, qeyri-müəyyən hərəkətlər etməyə çalışsa da, onun sülh sazişi bağlamaqdan, sərhədləri dəqiqləşdirməkdən başqa çarəsi yoxdur. Çünki qarşısında Müzəffər Ali Baş Komandan İlham Əliyevi və onun rəhbərlik etmiş olduğu qəhrəman, igid Silahlı Qüvvələrimiz dayanıb”

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03