Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

ERMƏNİSTAN SİYASİ REPRESSİYALARIN ASTANASINDA

2022-01-24 17:51:41 267 baxış
Xəbər şəkil

Ermənistanda gözlənilən istefa nəhayət ki, baş tutdu və məğlub ölkənin dördüncü Prezidenti Armen Sarkisyan səlahiyyət müddətinin bitməsinə 3 il qalmış istefa verdi. Sabiq Prezident istefasını ölkədə ikinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra artıq bir ildən çoxdur ki, davam edən siyasi təlatümlərin fonunda bu proseslərə heç bir təsir imkanlarının olmaması ilə əlaqələndirdi. Hesab edirəm ki, bu arqumentdə müəyyən həqiqət payı olsa da, istefa tam bununla bağlı deyil. Çünki, 10 noyabr tarixli kapitulyasiya aktının imzalanmasından təxminən 16 ay keçir. Və bu istefa tam olaraq Ermənistanın məğlubiyyəti və onun nəticəsində yaranan ölkədaxili iğtişaşlarla bağlı olsaydı məntiqlə daha öncə baş verməli idi. 
Bəs necə oldu ki, Qərb dövlətləri tərəfindən dəstəklənən və fəaliyyət tarixçəsinə görə də qərbyönümlü olan bir Prezident istefa verməyə məcbur oldu?
Hesab edirəm ki, əslində Ermənistanın məğlubiyyətindən sonra ölkədə başlayan çaxnaşmaların nəticəsi olaraq Baş nazirlə yanaşı Prezidentin də istefası gözlənilsə də, bu hələ aylar öncə baş verməli idi. Hər bir halda qəbul edək ki, ötən ilin 20 iyun tarixində keçirilən erkən parlament seçkilərindən sonra bu istefa o qədər də aktual görünmürdü. Ancaq görünən odur ki, cəmiyyətdə görünən gərginliklə yanaşı, siyasi elita arasında da o qədər də görünməyən, lakin ciddi xarakter daşıyan qarşıdurma hələ də davam etməkdədir.
Ermənistan cəmiyyətində ciddi nüfuza sahib olmasa da, insanların nifrətinə də tuş gəlməyən eks Prezident Armen Sarkisyanın istefasını iki faktorla əlaqələndirirəm. Birinci faktor kimi, ötən ilin parlament seçkilərində qələbə qazanan Paşinyan Moskva ilə formal vəzifə olan Prezident kürsüsünə istənilən şəxsin sahib olmasına razılıq verib. Bu halda 2015-ci ildə keçirilən referendumun nəticələri üçüncü Prezident Serjik Sarkisyanın yolu bağlansa da, Köçəryan da daxil olmaqla digər şəxslərin seçilmə ehtimalı mümkündür. Hesab edirəm ki, bu yolla tərəflər ölkə daxilində müəyyən qədər də olsa siyasi tarazlığın təmin olunmasına nail olmağa çalışacaqlar. Ancaq hər bir halda, əvvəlki fikrimdə qalıram ki, keçmiş Qarabağ klanının üzvlərini tam olaraq zərərsizləşdirə bilmədiyi təqdirdə Paşinyan ölkəni normal idarə edə bilməyəcək. 
İkinci amil kimi, bu istefanı ölkədə uzun müddətdir ki, baş tutması proqnozlaşdırılan siyasi repressiyalar öncəsi bir addım hesab edirəm. Prezident, bir çoxları tərəfindən əsassız olaraq zəif qəbul edilən, ancaq əslində hakimiyyətini gücləndirmək uğrunda istənilən addımı atmağa hazır olan Baş nazirin siyasi revanşa hazlrlaşdığını açıq şəkildə hiss edir. Bu artıq Baş nazir Nikol Paşinyan üçün siyasi rəqiblərinə qarşı zamanında Fransada baş verən “Varfolomey gecəsi”ni 450 il sonra təkrarlaması üçün bəlkə də, sonuncu real və tarixi şansdır. 
İstənilən versiyada düşünürəm ki, Nikol Paşinyan bu imkandan mümükün qədər yararlanmağa və öz komandasından və ya ən az onun hakimiyyətinə loyal olan bir Prezidentin seçilməsinə çalışacaqdır. Bütün bunlarla yanaşı hazırda baş verməkdə olan proseslər Ermənistanda Qarabağ klanının tarixə qovuşmasını da reallaşdıra bilər. Çünki, həmin klanın əsas hədəfi olan Nikol Paşinyanın imkanları və şansı daha böyükdür. Hazırki konstitusiyaya görə ölkədə Prezident xalq tərəfindən deyil, parlament tərəfindən seçilir. Fransadakı kimi Milli Assaambleya adlanan Ermənistan parlamentində də, az da olsa səs çoxluğu Nikol Paşinyanda olduğuna görə prosesin gedişatını təsəvvür etmək çətin deyil. Ancaq hazırda 42 yaşlı parlament sədri və Paşinyan komandasına aid olan Alen Simonyanın əvəz etdiyi Prezident kürsüsünə iddialılar çox olacaq. Bu prosesə regionda söz və nüfuz sahibi olan Moskvanın da biganə qalmayacağı məlumdur. Onu da qeyd etmək lazımdır ki, 1998-ci ildə ölkədə hakimiyyəti qanunsuz olaraq devirib, təkrar seçkilərdə cüzi səs çoxluğu ilə hakimiyyətə gələn Robert Köçəryanla ənənəsi qoyulan 9 aprel andiçmə tarixinə də son qoyulacağı gözlənilir. Bu məqam ciddi əhəmiyyətə malik olmasa da, onu rəmzi olaraq Ermənistanın cinyaətkar klanının sonunun işarəsi hesab etmək olar. Yalnız bundan sonra biz Ermənistanda artıq bir ildən çoxdur ki, davam edən ciddi böhranın səngiməsinin və Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində real addımların şahidi ola bilərik.

XƏYAL BƏŞİROV
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03