Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda  bir çox önəmli layihələr həyata keçirilmişdir

2022-01-23 16:26:27 7175 baxış
Xəbər şəkil

Xeyirxahlıq nəciblik, mərhəmət, şəfqət və alicənablıq deyil, xeyirxahlıq hər şeydən birinci mayası insana məhəbbətlə yoğrulmuş humanizmdir. Məhz bütün bu mənəvi dəyərləri özündə birləşdirməyi bacarmış şəxs Tanrının dərgahında kamil insan sayıla bilər. Azərbaycan tarixində xeyirxah əməlləri ilə böyük iftixar sahibi olan Hacı Zeynalabdin Tağıyev məhz belə insanlardan biri olmuşdur. O, cəmiyyətdə tutduğu mövqeyi, ölkənin ictimai-iqtisadi və mədəni-maarif sahəsində misilsiz xidmətləri ilə dövrünün başqa kapitalist və milyonçularından fərqlənirdi. Hacı Zeynalabdin Tağıyevin adı nəcib əməllərlə, insanlara etdiyi xeyirxahlıqla birgə çəkilir. H.Z.Tağıyevin xeyirxah əməlləri illər keçsə də, unudulmur, hər zaman xatırlanır. O, xalqının yolunda bu qədər xeyirxah əməlləri ilə tarixin yaddaşında silinməz izlər qoymuşdur. 
Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin əməlləri doğma Bakımızda hər addımda görünür. Bu da təsadüfi deyil. O neft maqnatı kimi ad çıxarsa da, digər sahələrdə də böyük işlərə imza atmış, Bakı şəhərində əvəzolunmaz arxitekturalara və dizayna malik binalar inşa etdirmişdir. Paytaxtda bir çox tarixi bina, abidələrin tikilməsinə vəsait yatıran daha çox xeyriyyəçiliyi ilə məşhur olan milyonçulardan biri - Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi binalar sırasında Azərbaycan Tarixi Muzeyi, Elmlər Akademiyasının Rəyasət Heyəti, Şirniyyat Fabriki, Toxuculuq Fabriki və keçmiş Qızlar Məktəbinin binasını göstərmək olar. Hacı Zeynalabdin Tağıyevin gördüyü böyük işlərdən biri də ilk qızlar məktəbini tikdirməsi olmuşdur. O, 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbini tikdirmişdir. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Daha çox xeyriyyəçilik məqsədilə pul xərcləyən Tağıyevin tikdirdiyi binalar da az deyil. Hazırda Bakıda yerləşən möhtəşəm arxitektura, eksteryer və interyerinə görə fərqlənən Akademik Opera və Balet Teatrının tikintisi üçün bütün xərcləri də Hacı Zeynalabdin Tağıyev ödəmişdir. 
Mütərəqqi ideyalarla, xoş arzularla yaşayan H.Z.Tağıyev çoxlu xeyirxah əməllər sahibidir. O, xalqı üçün, ələlxüsus da həmvətənlərinin maariflənməsi naminə əlindən gələn heç nəyi əsirgəməmişdir. Hələ sağlığında haqqında əfsanələr dolaşan milyoner millətin nicatını təhsildə görürdü. Məhz buna görə də, Azərbaycanda müxtəlif təmayüllü məktəblər açdırmış, gəncləri öz vəsaiti hesabına təhsilə cəlb etmiş, xaricə oxumağa göndərmiş, ilk milli teatrın binasını tikdirmişdir. 1896-cı ildə Gəncədə və Naxçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə Tiflisdə açılan məktəblərin xeyrinə pul ödəmişdir. Tağıyev Bakı Dövlət Universitetinin yaradılması məqsədi ilə külli miqdarda vəsait ödəmişdir. Onun himayə etdiyi, təqaüd verdiyi şəxslər sonradan öz ölkələrinin, xalqlarının görkəmli nümayəndələri olmuşlar. Ə.Əliyev, N.Nərimanov, Ə.Topçubaşov, N.Yusifbəyli, L.Behbudov, Q.Qarabəyli, B.Cavanşir, M.D.Hüseynov, Ş.Məmmədova H.Z.Tağıyevin köməyi sayəsində təhsil almışlar. O, müsəlmanların mənafeyi ilə ictimai-siyası məsələlərdə daim fəallıq göstərmiş, onun vəsaiti hesabına Ə.Axundzadənin, S.M.Qənizadənin, N.Nərimanovun və b. kitabları çap olunmuşdur. 
H.Z.Tağıyevin maraqları Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edirdi: o, gəmiçilik, gəmiqayırma, enerji sektoru, pambıqçılıq, toxuculuq, balıqçılıq, şərabçılıq sənayesinə, rabitəyə kapital qoymuş, böyük meşə massivlərinin sahibi, Bakı Tacir Bankının təsisçisi olmuş, torpaq sahələrinin alğı-satqısı üzrə əməliyyatlar aparmışdı. H.Z.Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. O, dəfələrlə Bakı dumasının üzvü seçilərək, şəhərin infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmişdir. H.Z.Tağıyevin ictimai və sahibkarlıq faəliyyətində Bakının su problemi həmişə öndə duran məsələlərdən biri olmuşdur. Ən kəskin problem kimi, su problemi Bakı dumasının iclaslarında daha çox müzakirə olunan mövzulardan idi. Yeni təşkil olunan Bakı dumasının ilk iclaslarında şəhərin su təchizatı məsələsi ilə bağlı məhz H.Z.Tağıyev tərəfindən əməli təklif irəli sürüldü. Şollar-Bakı kəməri H.Z.Tağıyevin maliyyə vəsaiti hesabına tikilərək 1917-ci il yanvarın 22-də işə salınmışdır. Şollar-Bakı su kəmərinin gerçəkləşməsində böyük xeyriyyəçinin rolu danılmazdır. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən kəmər 100 ildən çoxdur ki, Bakı əhalisinin su ilə təminatında əhəmiyyətli rol oynayır. 
Şübhəsiz, H.Z.Tağıyevin savab əməllərinin siyahısı çox uzundur. O, özündən sonra zəngin irs qoyub getmişdir. Hacını bu xeyirxah işlərə sövq edən isə xalqına olan böyük məhəbbəti idi. Bu gün də böyük xeyriyyəçinin adı qəlblərdə yaşayır, xalqımız onun xatirəsini uca tutur, insanlar onu həmişə minnətdarlıq hissi ilə yada salırlar. Bakıda və respublikanın rayonlarında ayrı-ayrı yaşayış məntəqələrinə, küçələrə, təhsil ocaqlarına, fabriklərə H.Z.Tağıyevin adı verilmış, böyük xeyriyyəçinin şərəfinə fondlar, diplomlar təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “İçərişəhər” metrostansiyasının qarşısında H.Z.Tağıyevin heykəli ucaldılmışdır. Bu hadisə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük xeyriyyəçinin əməllərinə verdiyi yüksək qiymətləndirmənin baris nümunəsidir. H.Z.Tağıyev həyatı, fəaliyyətləri ilə hər bir insana nümunə ola biləcək şəxsiyyətdir.

İlhamə Xudazarova,
Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03