Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

20 Yanvar Faciəsi separatizmə qarşı xalqın müqavimətini və iradəsini qırmaq üçün hazırlanmış təxribat idi

2022-01-20 11:26:46 282 baxış
Xəbər şəkil

 

Bu günün mahiyyəti ona görə xüsusilə fərqlənir ki, axıdılan qanlar, göstərilən böyük qəhrəmanlıq və igidlik Azərbaycan xalqının Milli Azadlıq Hərəkatının genişlənməsinə böyük təkan verdi

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı il   20 Yanvar faciəsindən 32 il ötür. Sovet Ordusunun həmin il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi kütləvi qırğınlar insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşdü. 20 Yanvar faciəsi niyə baş verdi, niyə məhz Bakıda törədildi?

 Bu sualın cavabını millət vəkili Fəzail Ağamalı ilə araşdırdıq. Millət vəkili dedi ki, bu faciənin əsası hələ 80-ci illərin əvvəllərində qoyulmuşdu. Qorbaçovun ətrafında olan ermənilərin hazırladıqları Qarabağın Ermənistana birləşdirilməsi planı Kremildə razılaşdırılmışdı da, sadəcə, münasib məqam gözləyirdilər. Bu məqam 1987-ci ilin noyabrında yetişdi. Yəni Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosu üzvlüyündən istefasından sonra həmin vaxtdan ermənilər Qarabağ ərazisində separatçılıq hərəkatına start verdilər. 1988- ci ilin fevralından açıq müstəviyə keçən bu proses ermənilərin gündən-günə daha çox aqressivləşməsi ilə davam edirdi.

Ermənistanla birləşməyə hədəflənən şüarlar altında 1988-ci ilin bütün aylarında davamlı, fasiləsiz mitinqlər gedirdi. Çox təəssüf ki, həmin dövrdə Azərbaycanın siyasi rəhbərliyi gedən proseslərə adekvat cavab verə bilmirdi. Baş verən hadisələrə qarşı 1988-ci il fevral ayında indiki Prezident Administrasiyası qarşısında mitinq təşkil olundu. Daha sonra bu mitinq 1988-ci ilin may ayında təkrarlandı və bununla da bitdi. Respublika rəhbərliyi təslimçi mövqe tutmuşdu. Siyasi rəhbərliyə inamını itirən, ondan dəstək gözləməyən xalqımız separatizmə qarşı mübarizəsini öz üzərinə götürdü. Həmin ilin noyabr- dekabr aylarında 23 gün davam edən meydan hərəkatı Azərbaycan xalqının iradəsini ortaya qoydu. Milyonlarla insanın iştirakı ilə davamlı mitinqlər keçirilirdi. Bu mitinqlər Moskva tərəfindən dağıdılsa da, Bakı şəhərində fövqəladə vəziyyət və komendant rejimi tətbiq olunsa da, bu, xalqın iradəsini qıra bilmədi.1989- cu ildə mitinqlər, tətillər Azərbaycan miqyasında daha da genişləndi və demək olar ki,1989-cu ilin axırlarında Azərbaycanda xalq hərəkatı rəhbərlik tərəfindən idarəolunmaz bir səviyyəyə qalxdı. Hakimiyyət çıxılmaz vəziyyətdə idi. 1989 - cu ilin yanvar ayında Azərbaycan Xalq Cəbhəsi (AXC) və onun İdarə Heyəti böhran dövrünü keçirirdi. Öz aralarında qruplara ayrılmış AXC geniş miqyas alan xalq hərəkatını idarə etmək iqtidarında deyildi. 1990-cı il yanvarın 12-də Azadlıq meydanında çox geniş miqyasda mitinq keçirildi. Orada artıq Azərbaycanın sovet ittifaqının tərkibindən çıxması kimi şüarlar səsləndirilirdi. Erməni seperatizminə son qoyulmadığı üçün Kremlə qarşı ciddi tənqidlər, ittihamlar səsləndirilirdi.

Yanvar ayının 13-də isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin ssenarisi əsasında  Bakının ermənilər daha sıx yaşadığı yerlərində onlara qarşı hücumlar təşkil olundu. Orada yaşayan ermənilərin bəziləri döyüldü, bəziləri küçələrə atıldı, bir neçəsi hətta öldürüldü. Beləliklə elə bir vəziyyət yaradıldı ki, onların dili ilə desək, güya Azərbaycanda yaşayan ermənilərə qarşı böyük hücumlar baş verdi. Bu ssenarini reallaşdıran isə dövlət təhlükəsizlik komitəsinin argentura şəbəkəsi idi. Qeyd edim ki, eyni ssenarini Sumqayıt hadisələri zamanı da tətbiq etdilər. Sumqayıt hadisələri də ittifaqın  xüsusi xidmət orqanlarının həmin dövrdə təşkil etdiyi ssenarinin tərkib hissəsi idi. Bunu sübut edən kifayət qədər faktlar var. Bu faktlarla sübut olundu ki, əslində bütün məqsəd  Azərbaycanda separatizmə qarşı xalqın müqavimətini və iradəsini qırmaq üçün hazırlanmış təxribatdır.  Xalqımıza daha bir ləkə yaxmaq istəyirdilər ki,  guya milli münaqişə zəminində azərbaycanlılar Sumqayıtda yaşayan ermənilərə qarşı təxribatlar törədib, onları qətlə yetirib. Bütün bunların başında, sözsüz ki, ermənilər dayanırdı.

20 Yanvar faciəsi ərəfəsində, yəni yanvarın 13-dən sonra, demək olar ki, Azərbaycan xalq hərəkatına AXC-nin İdarə Heyəti rəhbərlik etmirdi. Bütün yürüşlərə, mitinqlərə, erməni evlərinə hücum edən ayrı-ayrı dəstələrə dövlət təhlükəsizlik xidmətinin agentura şəbəkəsi istiqamət verirdi. Və yanvarın 15-dən sonra belə bir şayiə yayıldı ki, sovet qoşunları Bakıya doğru hərəkət edir. Həmin günlər mən indiki Göygöl rayonuna ermənilərin genişmiqyaslı hücumlarının qarşısının alınmasına kömək üçün getmişdim. Sonra yüngül silahlanmış könüllülərə silah əldə etmək məqsədilə Bakıya qayıtdım. Dəhşətli mənzərənin şahidi oldum. Bakı qaynayırdı, idarəolunmaz vəziyyətdə idi. İğtişaşlar davam edirdi. Mən heçnə əldə edə bilmədən yenidən Göygöl rayonuna qayıtdım, könüllülərlə bərabər iki kəndi azad etdik, üçüncü kəndə hücum əməliyyatı nəzərdə tutduğumuz vaxt - yanvar ayının 20-də bizə xəbər gəldi ki, Bakı şəhərində böyük faciə törədilib. Eyni zamanda ölkənin digər yerlərində də fövqəladə vəziyyət elan olunub, komendant saatı tətbiq edilib. Bu zaman xalq hərəkatını nə ölkənin rəsmi hakimiyyəti, nə də AXC idarə etmək gücündə deyildi. Artıq elə bir vəziyyət yaranmışdı ki, onlar tamamilə hərəkatın gedişindən kənarda qalmışdılar. Və deyildiyi kimi, Bakıya qoşun yeridildi. Xüsusi təyinatlılar, eyni zamanda Müdafiə Nazirliyinin müxtəlif təyinatlı silahlı qüvvələri, daxili qoşunlar və sairə böyük bir qüvvə ilə 60 mindən çox silahlı qüvvə, hərbi texnika ilə bərabər Bakıya daxil oldu. Qarşılarına çıxanları körpə, qoca demədən gülləbaran edir, tankla maşınların üstündən keçirdilər. Hətta evlərə belə atəş açıb, mənzillərdə nə qədər insanın ölümünə səbəb olurdular. Misli görünməmiş cinayət, vəhşilik törədilirdi. Bununla belə, xalq ölümün gözünə dik baxaraq silahsız, əliyalın şəkildə küçələrə axışıb azadlığı uğrunda mübarizəyə qalxdı. Bax, bu qəhrəmanlıq salnaməsini Azərbaycan xalqı bütün dünyaya nümayiş etdirdi. Bu günün mahiyyəti ona görə xüsusilə fərqlənir ki, 1990-cı ilin 20 Yanvarında axıdılan qanlar, göstərilən böyük qəhrəmanlıq və igidlik Azərbaycan xalqının Milli Azadlıq Hərəkatının genişlənməsinə böyük təkan verdi. Bu hadisə Azərbaycanın təkcə milli baxımından deyil, həm də bəşəri baxımından tarixi nailiyyət qazanmasına öz töhfəsini verdi. Başqa sözlə desək, 20 Yanvarda quduzlaşmış Sovet ordusunun qarşısına əliyalın çıxan mərd, igid insanlarımız dünyaya Azərbaycan xalqının istiqlala nə dərəcədə sadiq olduğunu nümayiş etdirməklə bərabər, həm də Sovet imperiyasının çökməsində çox ciddi rol oynadı.

Əlbəttə, 20 Yanvarı törətməkdə əsas məqsəd Sovet imperiyasının dağılmasının qarşısını almaq, Azərbaycan xalqına qarşı qırğın törətməklə digər sovet xalqlarına dərs vermək və bütövlükdə oyanmış olan xalqların milli azadlıq mübarizəsinin qarşısını almaq idi. Hədəf Azərbaycan və Azərbaycan xalqı seçilmişdi. Ancaq onlar belə güman edirdilər ki, Azərbaycan xalqını qırmaqla, onu qan içində boğmaqla Azərbaycan xalqının iradəsini qıracaq, onun milli azadlıq mübarizəsinin qarşısını alacaq və eyni zamanda bütövlükdə Sovet imperiyasının çökməsinə imkan verilməyəcəkdir. Lakin bu addımı atan Qorbaçov, xüsusilə onun hərbi sənaye kompleksi və hərbçiləri öz istədiklərinə nail ola bilmədilər. Əksinə, 20 Yanvar qanlı hadisələrindən sonra Sovet imperiyasının daha sürətlə çökməsi prosesi başlandı və ondan iki il sonra Sovet imperiyası tamamilə çökdü. Beləliklə, həm Azərbaycan, həm də Sovet imperiyasının tərkibində olan digər müttəfiq respublikalar öz azadlığına qovuşdular, müstəqilliyini qazandılar. Nəticə etibarı ilə 20 Yanvarda tökülən qanlar, verilən şəhidlər əslində şər imperiyasının çökməsinə kömək edən fenomenal bir hadisə idi.





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03