Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

“Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətinin 5 illiyinə həsr olunan toplantı keçirilib

2021-12-27 23:19:22 243 baxış
Xəbər şəkil

Dekabrın 27-də Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) fəaliyyətinin 5 illiyi ilə əlaqədar RİİB əməkdaşlarının və könüllülərinin toplantısı keçirilib.

İMZAİNFO  xəbər verir ki, tədbirdə könüllülərin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmçinin RİİB-in fəaliyyətindən, həyata keçirdiyi layihələrdən bəhs edən videoçarx təqdim olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətinin 5 illiyi ilə bağlı tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktubunda “Regional İnkişaf” İctimai Birliyinin ötən 5 il ərzində ölkəmizin sosial həyatının demək olar bütün sahələrində fəal iştirak etdiyini bildirib. “Könüllülük xalqımıza xas olan xeyriyyəçilik ənənələrinin davam etdirilməsi deməkdir. Siz bu ənənələrin yaşadılmasının, xalqımızın rifahı naminə təmənnasız işlərin bilavasitə iştirakçılarısınız. Məhz sizin kimi gənclərin sayəsində bu gün könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib”, – deyə Heydər Əliyev Fondunun prezidenti qeyd edib. Məktubda RİİB təmsilçilərinin 44 günlük Vətən müharibəsi günlərində də cəbhəyə dəstək olaraq əsl vətəndaşlıq və vətənpərvərlik nümunəsi göstərdikləri vurğulanır, RİİB könüllüləri arasında da şəhidlərimizin olduğu təəssüflə qeyd edilir, Vətən uğrunda canından keçməyə hazır olan qəhrəman övlad yetişdirmiş analara minnətdarlıq bildirilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın RİİB əməkdaşlarına və könüllülərinə məktubunda, həmçinin qeyd olunur: “Bu gün ərazi bütövlüyü bərpa olunmuş ölkəmizin hər bir guşəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə quruculuq işləri aparılmaqdadır. Əminəm ki, “Regional İnkişaf” İctimai Birliyi xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq, Azərbaycanın tərəqqisi naminə aparılan işlərə öz töhfəsini vermək üçün bundan sonra da böyük əzmlə çalışacaqdır. Qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişsə də, əsas amalımız – Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalacaqdır”.

Toplantıda çıxış edən Anar Ələkbərov “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırıqları ilə 5 il ərzində ölkə üzrə bir sıra layihələrin uğurla icra olunduğunu, gələcəkdə RİİB qarşısında mühüm vəzifələrin dayandığını qeyd edib. İctimai Birliyin ötən müddət ərzində əsas vəzifələrdən biri – vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin qurulması istiqamətində uğurlu mexanizmin yaradılmasına müvəffəq olduğu bildirilib.

“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin müasir dövrün “xüsusi təyinatlıları” kimi pandemiya zamanı, eləcə də Vətən müharibəsi günlərində fəaliyyətinin, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

“Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Ruslan Ələsgərov və Günay Məmmədova RİİB-in həyata keçirdiyi layihə və aksiyalardan, müxtəlif sahələr üzrə icra olunan könüllülük proqramlarından danışıblar.

Toplantıda RİİB əməkdaşları və könüllüləri adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlanıb. Müraciətdə “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri adından böyük Zəfər, doğma Qarabağımızın işğaldan azad edilməsi münasibətilə təbriklər çatdırılır, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan qəhrəman Azərbaycan Ordusuna minnətdarlıq, şəhidlərimizin ruhlarına ehtiram hissləri ifadə edilir. Heydər Əliyev Fondunun prinsiplərini rəhbər tutan “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri bundan sonrakı fəaliyyətlərində də humanizm, mərhəmət, vətənpərvərlik, xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq ölkəmizin tərəqqisi naminə çalışacaqlarını bildiriblər.

Daha sonra Vətən müharibəsində iştirak edən və İctimai Birliyin fəaliyyətində xüsusi fəallığı ilə fərqlənən RİİB könüllülərinə təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03