Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Xalqın etimadını və rəğbətini qazanmış Prezident

2021-12-25 22:32:38 9701 baxış
Xəbər şəkil

 

Tarix və zaman sübut edir ki, Azərbaycan  tarixində öz şərəfli yerini tutmuş, xalqımızın qəlbində öz heykəlini ucaltmış və müstəqillik tariximizin əbədiyyət rəmzinə çevrilmiş, Heydər Əliyevin zamanında qəbul etdiyi qərarlar bugünkü uğurlarımızın bünövrəsində dayanır. Zaman baxımından dünənin alınmış qərarları bu gün Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxardırsa, bugünün atılan addımları da İlham Əliyevin siyasi praqmatikliyi, dünyanın sürətlə dəyişən proseslərinə dəqiq və adekvat cavab verməsi gələcək nəsillərimizin inkişafı və sabahlarımızın qarantı qismində çıxış edir. Bu günün ictimai-siyasi reallıqları, regionun yenidən formalaşan geosiyasi mənzərəsi və bununla paralel irəliləyən təlatümlərin fövqündə dayanan müasir milli dövlətçilik konsepsiyamız Heydər Əliyev siyasi kursunu realizə edən Prezident cənab İlham Əliyevin idarəçiliyində mükəmməl şəkildə öz əksini tapır. Azərbaycan xalqı dünyanın xoşbəxt xalqlarından biridir ki, onun istək və arzularını reallaşdırıb, qələbəyə götürən İlham Əliyev kimi bir lideri var. Bu gün cənab İlham Əliyev XXI əsrin siyasi liderlik keyfiyyətlərini özündə mükəmməl portretini cəmləşdirən bir liderdir. O, istər klassik, istərsə də müasir dövrün liderlik keyfiyyətlərini özündə birləşdirən şəxsdir. Cənab İlham Əliyev bütün dünyada çox az təsadüf edilən liderlərdəndir ki, cəmiyyət can atdığı, özünə rəhbər seçdiyi şəxsiyyətdə görmək istədiyi bir çox cəhətləri, həm mənəvi-siyasi lider, həm güclü sərkərdə, həm mahir diplomat, həm bacarıqlı idarəçi, həm də qurucu rəhbər obrazlarını onun siyasi portetində tapa bilir.   
2003-cü ildə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa söykənərək ölkəmizi daha yüksək zirvələrə qaldırmaq üçün cənab Prezident İlham Əliyev olduqca çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. O zaman kifayət qədər mürəkkəb bir dövr idi, Azərbaycan dövləti ulu öndərimiz tərəfindən qurulub möhkəmlənmişdi, lakin hələ onun güclənməsinə müəyyən qədər vaxt lazım idi. Eyni zamanda qarşıda beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq, həm də ölkə daxilində mövqeləri daha da gücləndirmək və ulu öndərin zamanında olduğu kimi sonrakı illərdə də xalqımızın inam və etimadını qazanmaq kimi çətin bir vəzifəni qısa zaman kəsiyində 42 yaşlı, lakin siyasətdə kifayət qədər yetkinləşmiş, müdrikləşmiş və əhəmiyyətli yerə sahib olan İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti üçün yeni səhifə açdı. Bu səhifə Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və onu daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirməyə başladı. Dərhal ciddi əhəmiyyət daşıyan proqramlara imza atdı, struktur dəyişiklikləri apardı, eyni zamanda əsası ulu öndərimiz tərəfindən qoyulan neft strategiyasının beynəlxalq səviyyədə uğurlu gedişini təmin etmək üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinin başa çatması və istifadəyə verilməsi kimi bir vəzifənin yerinə yetirilməsi ilə əslində, Azərbaycana xarici valyutanın axınını təmin etdi, həmçinin Avropanın ən etibarlı partnyorlarından birinə çevrildi. Bu tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox önəmli rol oynadı. Prezident İlham Əliyevin dünya miqyaslı lider olması, onun dünya görüşü və intellektual potensialının zənginliyi, həmçinin qlobal düşüncə tərzi Azərbaycandakı islahatların uğurunu təmin edir. BMT Təhlkəsizlik Şurası, Davos İqtisadi Forumu, Qoşulmama Hərəkatı, Türkdilli Ölkələrin Şurası, Mədəniyyətlərarası dialoq və s. platformalarda Prezident İlham Əliyev qlobal və regional gündəliyin formalaşdırılması prosesində iştirak etməklə yanaşı, həm də Azərbaycanın bu gündəliyə uyğun inkişafını təmin edir. Özü də bu gün Azərbaycan təkcə qlobal inkişafdan faydalanmaqla kifayətlənmir, həm də bu inkişafa multikulturalizm, tolerantlıq, iqtisadi islahatların idarə edilməsi modeli və innovativ mexanizmlərin tətbiqi bütün bunlara rəng qatır. Prezident İlham Əliyev müasir dünyanın rasional hesablama aparmağı bacaran, nadir praqmatik siyasətçilərindəndir. Dəfələrlə sübut olunmuşdur ki, onun hansı addımı nə zaman atacağını özündən başqa heç kim bilmir. İlham Əliyev ətrafındakıları və onu sevənləri yaxşı mənada təəccübləndirməyi bacaran, planlarını özündən başqa kimsənin proqnozlaşdıra bilməyəcəyi nadir siyasətçi, əsl dövlət xadimidir.  Beləliklə, danışıqlar masası arxasında dəmir məntiq, polad iradə, müqayisə oluna bilməyəcək elmi potensiala malik bir siyasi xadimlə üzləşdiklərini, dalana dirəndiklərini etiraf etmək məcburiyyətində qalanlar oldu. Düşmənin belini Azərbaycan əsgərinin əzmi, cəsarəti, qorxmazlığı ilə yanaşı həm də Müzəffər Ali Baş Komandanın qətiyyəti qırdı. Dünyanın bir çox gücləri üstümüzə gəldilər. Amma, gəldikləri yerdə də dayanmaq məcburiyyətində qaldılar. Çünki qarşılarında dağ kimi İlham Əliyev səddi var idi. Müzəffər Ali Baş Komandandan güc alan Azərbaycan ordusu var idi. Prezidentin hər çıxışı, hər sözü ordumuzun, əsgərlərimizin dilində sloqana, şüara çevrilirdi, əsgərlərin döyüş ruhunu artırırdı. Qələbə əzminə əzm qatırdı. Əsgər ordunun başında iradəli bir sərkərdənin durduğunu görürdü, hiss edirdi. Döyüşən düşmənlə üzbəüz olan əsgər hər an Ali Baş Komandanın özünün də onun yanında olduğunu hiss edir, onun dəmir yumruğunun düşmən üçün nə dərəcədə qorxulu oldğunu bilərək daha böyük cəsarətlə irəli gedirdi. Ölkədə sözün əsl mənasında əvvəllər heç zaman şahidi olmadığımız milli həmrəylik və milli birlik abu-havası hökmran idi.
       Tanrı bizə İlham Əliyev kimi bir lideri, sərkərdəni, fatehi, tədbirli siyasətçini və nüfuzlu dövlət adamını, nəhayət, mənəvi dəyərlərə hamıdan çox üstünlük verən bir mənəviyyat sahibini, vicdan adamını yenidən, həm də daha yaxından tanımaq imkanı verdi. 44 günlük Vətən müharibəsinin demək olar ki, hər günündə xalq öz Prezidentinin dəfələrlə əsəbiləşdiyinin, kədərləndiyinin, sevindiyinin, hətta kövrəldiyinin şahidi oldu. Ali Baş Komandan hər dəfə Cəbrayılın, Zəngilanın, Füzulinin, Qubadlının azad olunması barədə qələbə müjdəsi verərkən televiziya qarşısında əyləşən yüz minlərlə insan sevinc göz yaşlarını saxlaya bilmədi. Şuşanın azad edilməsi xəbərini eşidərkən insanların sevincinin həddi-hüdudu yox idi. Hamı bir-birinə gözaydınlığı verirdi. Şuşanın işğaldan azad olunması günü cənab Prezident Fəxri Xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, Şəhidlər xiyabanına gedərək oradan xalqa müraciət etdi. O, sonsuz qürur hissi ilə ata vəsiyyətini və şəhidlərin ruhu qarşısındakı borcunu yerinə yetirdiyi üçün özünü xoşbəxt hesab etdiyini bildirdi. Biz prezidentimizin islami dəyərlərə, müqəddəs tikililərə, milli adət və ənənələrimizə, bir sözlə mənəvi dünyamıza verdiyi yüksək dəyərin nümunəsini gördük. Gördük və onun rəhbərlik etdiyi vətənin vətəndaşı olduğumuz üçün qürur duyduq.
Prezident İlham Əliyev 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda söyləmişdir: “Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.” Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Bu gün ölkəmizin uğurlu inkişafı prezident İlham Əliyev tərəfindən əminliklə davam etdirilir. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilmişdir. Ötən 18 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir. 

 

Azad Həsənli, İmişli RİHB Aparatı İnformasiya təminatı
və təhlili sektorunun müdiri





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03