“Qalib sərkərdə” adlı kitabın təqdimatı olub
Bir neçə ildir ki, Azərbaycandan uzaqlarda fəaliyyət göstərən, əslində, Azərbaycanın haqq səsini dünyaya yaymaqda öz missiyasını şərəflə yerinə yetirən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb və indiyə qədər Azərbaycanda və xarici ölkələrdə bir sıra uğurlu layihələr keçirib.
Kanal4.az xəbər verir ki, belə layihələrdən biri də Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində qazandığı zəfərə həsr edilən, müəllifi Aygün Bağırova olan "Qalib Sərkərdə" kitabının nəşridir.
Kitabın təqdimat mərasimi Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 24 dekabr tarixində keçirilib.
Həmin tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir neçə xarici ölkə səfirliklərinin diplomatik nümayədələri, Milli Məclisin deputatları, oxucular, media və Azərbaycanda fəaliyyət göstərən türk diaspor nümayəndələri iştirak ediblər.
Kanal4.az
Emin Xuduyev.















