Günay Ağamalı: Cənab İlham Əliyevə sağlam və uzun ömür, gələcək fəaliyyətində uğurlar, ailə səadəti diləyirəm.
– Günay xanım 44 günlük davam edən haqq savaşında Ali Baş Komandan İlham Əliyev rəhbərliyi altında müzəffər ordumuzun xalqımıza tarixi qələbə zəfərinin qazandırılması ilə bağlı bir Azərbaycan qadını olaraq vətəndaş mövqeyinizi bilmək istərdik?
– Azərbaycan dövlətçilik tarixində ən uğurlu və qürur doğuran hadisə kimi millətimizin və dövlətimizin tarixinə qızıl hərflərlə həkk olunan 44 gün davam edən sonu Zəfər tariximizlə bitən II Vətən Savaşı zamanı Silahlı Qüvvələrimizin potensialı, peşəkarlığı bütün dünyaya nümayiş olundu. Dünyanın güclü və önəmli siyasi liderlərindən birinə çevrilən İlham Əliyev milli maraqlarımızda güzəştsiz mövqedə olduğunu hər zaman önə çəkmişdir. Məhz Zəfərimizi də heç şübhəsiz ki, Ali Baş Komandanımızın yüksək sərkərdəlik məharətinin, diplomatiya və informasiya cəbhəsində çox peşəkar və yüksək səviyyəli fəaliyyətinin və istedadının nəticəsində qazandıq. Beləliklə, Azərbaycan dünyada sözün həqiqi mənasında müstəqil, azad, qüdrətli dövlət olaraq öz sözünü dedi. İstər yerli, istərsə də beynəlxalq media arenasında, sosial media aləmində uğurumuzu dünya gördü.
Ali Baş Komandanımız Cənab İlham Əliyevin diplomatik məharəti Zəfərimizdən sonrakı mərhələdə də davam etməkdədir. İstər 2020-ci il 10 Noyabr, istər 2021-ci il 11 Yanvar, istərsə də 2021-ci il 26 Noyabr görüşləri və bu şərəfli görüşlərdən Azərbaycanın mövqeyinin birmənalı şəkildə nəzərə alınması bu günlərdə Brussel görüşləri həm NATO-nun baş katibi Yens Stoltenberq ilə aparılan danışıqlar və keçirilən mətbuat konfransı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə ikitərəfli və üçtərəfli görüşlər və Şarl Mişelin Avropa İttifaqı Çurası adından səsləndirmiş olduğu Bəyanat bir daha İlham Əliyevin diplomatik ustalığının məntiqinə söykənir və bu ciddi təməl üzərində qurulmuş olan konkret istiqamətləri, hədəfləri bəlli olan bu diplomatik mübarizə bizə yeni – yeni uğurlar, yeni – yeni qələbələr gətirməkdədir.
– 44 günlük müharibə dövründə Azərbaycan qadınlarının fədakarlığı haqqında danışarkən daha çox hansı məqamlar diqqətinizi çəkirdi?
-Ölkəmizin bütün tarixi anlarında olduğu kimi 44 günlük haqq savaşımızda da xanımlarımız dövlətimizlə, Cənab Prezidentimizlə bərabər oldular. Bugün də xanımlarımız dövlətin yanındadırlar, ölkə prezidenti Cənab İlham Əliyevlə birlikdədirlər.
Azərbaycan xanımlarının, Azərbaycan analarının simvolu, Xanımlıq nümunəsi birinci vitse prezidentimiz Xanım Mehriban Əliyeva öz üzərinə düşən çətin və şərəfli vəzifəni hər zaman olduğu kimi II Vətən Savaşı dönəmində də uğurla yerinə yetirdi. Ölkə başçımızın sədaqətli silahdaşı olduğu bir daha nümayiş olundu.
Xanımlarımızın Fədakar Ana kimi xidmətləri xalqımızın başının ucalığı, qürur mənbəyidir. Bu gün qəhrəman silahlı qüvvələrimizin 44 günlük Müharibədə göstərmiş olduğu igidliyə görə, 3000 qədər Şəhidlərimizin, çoxsaylı qazilərimizin, Vətən Müharibəsi iştrakçılarının qəhrəmanlığına görə bizim hər birimiz Azərbaycan Xanımı, Azərbaycan Anası qarşısında səcdə etməliyik, baş əyməliyik.
– 24 dekabr Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin doğum günüdür, bununla bağlı arzu və diləklərinizi izləyicilərimizlə böləşərdiniz?
-Xalqımızın qəlbində əbədi kök salan, Muzəffər, Xilaskar Ali Baş Komandanımız, zədələnmiş qürurumuzu bərpa edən ölkə başçımız Cənab İlham Əliyevə sağlam və uzun ömür, gələcək fəaliyyətində uğurlar, ailə səadəti diləyirəm. Qoy Uca Tanrı Cənab Prezidentimizi daim pənahında saxlasın. Amin!
Günay Ağamalı,
Ana Vətən Partiyası sədrinin Humanutar və Kommunikasiya məsələləri üzrə müşaviri, Qadınlar Şurasının sədri