Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Bütün təhdid yarada biləcək cəhdlərin qarşısı alınacaqdır

2021-12-20 19:36:27 149 baxış
Xəbər şəkil

Bu gün bütün dünya, o cümlədən Avropa Birliyinə daxil olan ölkələr Azərbaycanın yaratdığı yeni regional reallıqları qəbul edir və Cənubi Qafqazda öz təşəbbüslərini məhz bu reallıqlar əsasında formalaşdırmağa meyllənirlər. Azərbaycan-Ermənistan münasibətlərinin mövcud durumu da bütün Avropa ictimaiyyəti üçün kifayət qədər böyük maraq doğurur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibənin mövzusu da əsasən məhz marağın doğurduğu suallar ətrafında formalaşmışdır. Qeyd etmək lazımdır ki, bu müsahibə post-müharibə dövründə regionda gedən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması, tərəflərin imzaladıqları üçtərəfli bəyanatlardan irəli gələn öhdəlikləri hansı səviyyədə yerinə yetirmələri və digər bu kimi vacib məsələlər barədə məlumatların Avropa və dünya ictimaiyyətinə çatdırılması baxımından böyük siyasi əhəmiyyət kəsb edir. 
Dövlətimizin başçısı əvvəlki müsahibələrində olduğu kimi, “El Pais” qəzetinin müxbirinin respublikamızın haqlı mövqeyi ilə bağlı sualları da təmkinlə, uzaqgörənliklə, siyasi peşəkarlıqla əsaslandırır, məsələnin mahiyyətini səbrlə izah edir, zəruri sənədlərə və tarixi faktlara istinadən öz mövqeyini, habelə dediklərinin doğruluğunu, ədalətə söykəndiyini sübuta yetirir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin informasiyaya dair strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulur.
Prezident İlham Əliyev adı çəkilən müsahibənin əvvəlində müxbirin Ermənistanla hazırkı vəziyyət barədə sualına cavabında müharibədən ötən bir ildən çox bir müddət ərzində Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət daşıdığı ərazinin Ermənistan-Azərbaycan sərhədi ilə müqayisədə daha çox sabit olduğunu bildirib. Dövlətimizin başçısı sərhəddə törədilən təxribatların, toqquşmaların səbəbini isə haqlı olaraq Ermənistanın qisas almaq cəhdlərindən vaz keçməməsi ilə əlaqələndirib. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Bu məğlubiyyət demək olar ki, onların otuz ildir davam edən “yenilməz ordu¬su”, “gücü”, “əsgər və komandirlərinin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini dar-madağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordu¬su tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qay¬tarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Buna görə də Rusiya sülhməramlılarının xidmət etdiyi ərazidə buna imkanın olmadığını dərk edərək onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər.
Dövlətimizin başçısı müsahibədə vurğulayıb ki, Ermənistanın son vaxt¬lar törətdiyi təxribatlar həm də məlum ərazidə dövlət sərhədinin təyin olun¬maması ilə bağlı idi. Belə ki, ötən əsrin 90-cı illərinin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsi Ermənistanın işğalına məruz qaldı. Buna görə həm fiziki, həm də siyasi olaraq sərhədlərin demarkasiya və delimitasiyası reallaşmadı. Beləliklə, keçən ilin noyabrında İkinci Qara¬bağ müharibəsi başa çatanda həmin yerlərin uca dağlarla əhatələnməsi və qarlı olması orada möhkəmlənməyə imkan vermədi. Bu ilin may ayında isə qar əriməyə başlayanda Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etdi və mövcud sərhədin haradan keçməsi ilə bağlı müəyyən anlayışa əsasən, dövlət sərhədində mövqe tutdu. Bundan sonra Ermənistan Azərbaycanın hər hansı bir səbəb olmadan ərazisinə müdaxilə etməsi ilə bağlı iddialar irəli sürməyə başla¬dı. Beləliklə, Azərbaycan Ordusu öz ərazimiz sayılan hissədə dayandı.
Prezident İlham Əliyev müsahibədə, həmçinin Qarabağ müharibəsinin bitməsindən dərhal sonra Ermənistana sərhədlərin demar¬kasiyası üzərində işləməyə başla¬mağın, delimitasiya üzrə birgə işçi qrupu yaratmağın və ərazidə bütün mübahisələri masa üzərində aydın¬laşdırmağın təklif edildiyini, lakin bu ölkənin vurğulanan məsələlərə laqeyd münasibət bəslədiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev daha sonra de¬yib: “Müharibə bitəndən sonra bir ildən çox müddətdə Ermənistan tərəfindən dövlət sərhədində hərbi təxribatlar törətmək üçün bir neçə cəhd edilib. Onların hamısı uğursuz oldu. Bütün bu səylər nəticəsində onlar öz hərbi mövqelərini itirdi və Azərbaycan dövlət sərhədində mövqelərini gücləndirdi. Eyni hal keçən ay baş verdi. O zaman onlar bilərəkdən Azərbaycan Ordu¬suna qarşı qəsdən təxribat törətdilər və bu, bir neçə gün davam etdi. İlk günlər ərzində atəş açılmırdı, çünki Azərbaycan əsgərləri həmin ərazinin onlara aid olmadığını və getməli olduqlarını onlara başa saldı və onlar da getdilər. Lakin bizə qarşı artilleriya hücumlarına başladılar. Bizdə bir neçə nəfər həlak oldu və yaralandı. İndi vəziyyət sabitdir. Biz özümüz heç nə planlaşdırmamışdıq, əks halda, biz dayanmazdıq... Ermənistanın istənilən yerdə bizi dayandırmaq üçün hərbi ba¬carığı yoxdur. Bizim belə planlarımız yoxdur və buna görə də biz dayandıq”.
Tarixi qələbəmizdən sonra dövlətimizin başçısının müsahibədə vurğuladığı kimi, Azərbaycan daim sabitliyin, proqnozlaşdırmanın tərəfində dayandığını bəyan edib, Ermənistan tərəfindən istənilən revan¬şizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyib. Buna görə ölkəmiz ötən müddətdə işğalçının bütün manevrlərini, yenidən qruplaşmalarını və Azərbaycana təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyib. Bunun baş verdiyi təqdirdə isə, təhlükənin dərhal aradan qaldırılacağını xüsusi vurğulayıb.

Pirverdi Cəfərov,
Salyan rayon Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03