Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Aİ-nin təşəbbüsü ilə aparılan danışıqlar təqdirəlayiqdir 

2021-12-20 19:28:30 119 baxış
Xəbər şəkil

 Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr bu günədək bir sıra çox əhəmiyyətli məsələlərdə qarşılıqlı hörmət və əməkdaşlıq çərçivəsində həyata keçirilib, bu gün də bu əlaqələr uğurla inkişaf edir. Avropa İttifaqı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın hüquqi təminatçısı isə 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədidir və yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxu artıq başa çatıb. Bu əməkdaşlığın hüquqi əsası və bu günkü davamlı inkişaf dinamikası ilə yanaşı, perspektivləri də olduqca mühümdür. Belə ki, ittifaqın 9 üzv dövləti, yəni quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzalanıb. Xüsusilə energi sahəsindəki əməkdaşlıqlar və əldə olunan nəticələr regionların və ölkələrin birgə inkişafına, gələcək hədəflərinin uğurla icra olunmasına əsaslı zəmin yaradır. XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olan 3500 km uzunluğunda Cənub Qaz Dəhlizi, eyni zamanda layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazı Avropa məkanına, daha dəqiq desək, İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan qazının ixrac coğrafiyası Avropa İttifaqının digər üzv ölkələrinə də genişləndirilə bilər.

Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində də Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr qarşılıqlı anlaşma və əməkdaşlıq mövqeyi ilə seçilir. Avropa İttifaqının təşəbbüsü ilə aparılan danışıqlar praktiki əhəmiyyət daşıyır və bu ittifaqın təşəbbüsləri təqdirəlayiqdir. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirəsi olduqca səmərəlidir. Azərbaycanın bu məsələlərdəki haqlı mövqeyi və regionda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində atdığı addımların yüksək qiymətləndirilməsi ölkəmizin beynəlxalq uğuru ilə yanaşı, həm də haqlı mövqeyinin dəstəklənməsi deməkdir. Azərbaycanın Ermənistana sülh çağırışları və nəqliyyat dəhlizlərinin açılması məsələlərini irəli sürməsi regionun, ümumilikdə isə dünyanın inkişafına mühüm töhfədir. Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, daha sonra isə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən birgə üçtərəfli görüş bu baxımdan əhəmiyyətlidir. Həmin görüşdə Azərbaycanın haqlı mövqeyini təsdiq edən çıxışların edilməsi və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin nizama salınması və Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasının vacibliyinin önə sürülməsi Azərbaycanın siyasi və diplomatik qətiyyətindən xəbər verir. Bir sözlə, Azərbaycanın milli maraqlarına xidmət edən razılıqların əldə olunması ilə yekunlaşmış üçtərəfli görüş ölkəmizin siyasi tarixində mühüm əhəmiyyət kəsb edir.
2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər Ermənistan tərəfindən birmənalı olaraq yerinə yetirilməlidir. Eyni zamanda Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində də məşvərətçi statusda dəstək göstərə bilər. Azərbaycanın səyləri və birmənalı mövqeyi ondan ibarətdir ki, regionda hər hansı yeni müharibə riskləri minimuma endirilsin, regionun iqtisadi inkişafını təmin edəcək və insanların rifahına xidmət edəcək ən yaxşı yol kommunikasiyaları açılsın, aktiv dialoqun qurulması nəticəsində bütün neqativ və təhlükə yarada biləcək məsələlər danışıqlar yolu ilə öz həllini tapsın. Bir sözlə, sülh razılaşması üzərində iş aparılmalı və düşmənçiliyə son qoyulmalıdır. 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticəni hasil etməyən ATƏT-in Minsk qrupu isə yalnız Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması və digər məsələlərdə öz töhfəsini verə bilər. Xüsusilə həlli təxirəsalınmaz tədbirlər tələb edən və regionun simasını və inkişaf dinamikasını dəyişəcək çox mühüm məsələdən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizinin açılması ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapan və Ermənistanın bununla bağlı lazımi şəraiti təmin etməsi üçün öz üzərinə götürdüyü bir öhdəlikdir. Bütün çətinliklərə rəğmən Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu, həmçinin magistral yol inşasına dair razılıq əldə edilib. Zəngəzur dəhlizi təkcə Naxçıvan Muxtar Respublikasına çıxış əldə etmək deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Ermənistan həm də Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Üçtərəfli bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda Azərbaycan Laçın dəhlizində eynisində israr edəcək. Bu qətiyyətli mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən beynəlxalq tribunalardan səsləndirilir. Azərbaycan dövlətinin mövqeyi sarsılmazdır və dəmir yumruq iradəlidir. Ermənistan öz üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməli və onların icrasına süni manelər yaradılmamalıdır. 

İmişli RİHB Aparatı İctimai-siyasi və 
humanitar məsələlər şöbəsinin müdir müavini, 
dini qurumlarla iş təşkilatçısı: Rüfət Muradov

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03