Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Nazirlikdə ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı - FOTO

2021-12-11 13:46:36 158 baxış
Xəbər şəkil

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib. Tədbir iştirakçıları görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin büstü qarşısına güllər düzüblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ümummilli lider Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, ölkəmizin dünya birliyində layiqli yer tutması üçün göstərdiyi misilsiz tarixi xidmətlərini qeyd edib. 

Nazir ulu öndərimiz Heydər Əliyevin hələ 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızda əldə olunan dinamik inkişafı diqqətə çatdırıb. Həmin dövrdə Azərbaycanın gələcək dövlət suverenliyi və müstəqilliyi üçün iqtisadi potensialın təməlinin qoyulduğunu vurğulayıb. 

S.Babayev ulu öndər Heydər Əliyevin təşəbbüsü və böyük səyləri sayəsində 1971-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrların, Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna rolunu vurğulayıb. Həmin zabitlərin tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində rəşadət göstərərək şanlı qəhrəmanlıq tarixi yazdıqlarını qeyd edib.

Nazir bildirib ki, xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən respublika rəhbərliyinə qayıdışı ölkəmizin müqəddəratını tənəzzüldən tərəqqiyə dəyişərək, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasına və uzunmüddətli inkişaf yoluna səfərbər olunmasına imkan yaradıb. Ulu öndər Heydər Əliyev milli iqtisadiyyatın sağlam əsaslar üzərində dirçəlməsi və tərəqqisini təmin edən iqtisadi inkişaf strategiyasını formalaşdırmaqla, əhalinin rifah halının, vətəndaş firavanlığının təminatını dövlətin ali məqsədlərindən biri kimi müəyyən edib. Bunun bariz təzühürü kimi, 1995-2003-cü illərdə orta aylıq real əməkhaqqı 5,1 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox, pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə artıb, əhalini məşğulluq imkanları ildən-ilə genişlənib. MDB-də ilk dəfə olaraq 1999-cu ildə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi və Demoqrafik İnkişaf Konsepsiyası, 2001-ci ildə “Məşğulluq haqqında” Qanun və s. qəbul edilib.  

Eyni zamanda, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzləri şəbəkəsinin qurulmasına, həmin şəxslər üçün inteqrasiya məqsədli tədbirlərin təşkilinə başlanıb. Xüsusilə də 1990-cı illərdən şəhid ailələri və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin avtomobillə təminatına da başlanıb. Bu mühüm sosial proqramlar ildən-ilə genişlənib, ötən dövrdə şəhid ailələri və müharibə əlillərinə 11 mindən çox mənzil və fərdi ev, müharibə əlillərinə 7 400-dək avtomobil verilib.

S.Babayev ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycanın mühüm tarixi nailiyyətlər əldə etdiyini bildirib. O, milli iqtisadiyyatın dünyada rekord göstərici olaraq 3 dəfədən çox artması şəraitində sosial müdafiə və aktiv məşğulluq proqramlarının da dəfələrlə genişləndiyini vurğulayıb. Geniş miqyaslı sosial islahatları, ölkədə müasir sosial müdafiə və reabilitasiya infrastrukturunun qurulduğunu, sosial ödənişlərdə dəfələrlə artımların olduğunu qeyd edib. Bildirib ki, xüsusilə də 2020-ci il Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində möhtəşəm Zəfər əldə etdiyi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın azad edildiyi bir il kimi, şanlı qəhrəmanlıq salnaməsi kimi tarixə qızıl hərflərlə yazıldı. 

Nazir ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.

Tədbir əlilliyi olan gənclərin ifasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnı-klipinin nümayişi ilə davam edib.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03