Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Məşhur tarixçi alim Fəridə Məmmədova vəfat edib

2021-12-08 18:22:00 541 baxış
Xəbər şəkil

Azərbaycanın məşhur tarixçi alimi, AMEA Tarix İnstitutunun “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası” şöbəsinin müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fəridə Məmmədova vəfat edib.

Bu barədə  AMEA-nın Tarix İnstitutundan məlumat verilib.

O, 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, F.Məmmədova 1936-ci il avqustun 8-də Azərbaycan SSR Əli Bayramlı şəhərində (indiki Şirvan şəhəri) anadan olub, 1955-1960-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Tarix fakültəsində təhsil alıb.

1960-cu ildən etibarən AMEA Tarix İnstitutunda işləməyə başlayıb, 2002-ci ildən isə “Azərbaycanın tarixi coğrafiyası” (hazırda “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası”) şöbəsinin müdiri olub.

1962-1969-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübə keçib və oranın aspirantı olub: - qədim fars (mixi yazi), orta fars (pəhləvi), qədim erməni (qrabar) və qədim gürcu dillərini bilirdi.

O, 1971-ci ildə “Musa Kalankatlının “Albanların tarixi” Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi” tarix üzrə namizədlik, 1987-ci ildə “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix elmləri doktoru, daha sonra həqiqi üzvü, 1993-ci ildə AMEA tarix elmləri doktoru, 2001-ci ildə AMEA müxbir üzvü seçilib.

Elmi fəaliyyətlə məşgul olduğu dövrdə elmdə ilk dəfə Albaniyada feodalizmin genezisini tədqiq edib, feodalizm təsisatları haqqında təsəvvürləri bərpa edərək erkən orta əsrlər dövründə Albaniyada ibtidai icma quruluşunun mövcudluğu haqqında elmdə hökm sürən rəyin yanlış və əsassız olduğunu sübut edib.

Tarix elmində ilk dəfə Albaniyanın e.ə. IV əsrindən e. VII əsri daxil olmaqla bütöv bir dövrü üçün 6 xəritə tərtib edib, Albaniya dövlətçiliyinin bütün rəmzlərini, Alban Arşakilar sülaləsinin və onları əvəz etmiş büyük knyazlar - Mehranilərin daxili və xarici siyasətini işıqlandırıb.

Elmdə ilk dəfə Albaniyada xristianlığın erkən yayılması səbəblərini, Alban kilsəsinin təşəkkülü tarixini tədqiq edərək üzə çıxarıb, Kilsənin Apostol kilsəsi kimi yaranmasını, avtokefal müstəqilliyini, habelə həm Qafqazda, həm də dünyada yaranan ən qədim kilsələrindən olduğunu sübuta yetirib. Erməni tarixi coğrafiyasını tədqiq edərək, ermənilərin yalnız iki dəfə, Qafqaz hüdudlarından kənarda, Kiçik Asiyanın iki müxtəlif yerində dövlət qurumunun yaranmasını üzə çıxarıb.

2005-ci ildə nəşr edilən “Qafqaz Albaniyasi və albanlar” adlanan monoqrafiyasında Qafqaz Albaniyası tarixinin əsas cəhətlərini üzə çıxarıb, IX–XIX əsrlərin son dövr albanlarının tarixini işıqlandırıb.

VIII–IX və XIX əsrdə albanların iki dəfə millisizləşdirilməsi üsul və yolları açıqlanır, əksəriyyətinin islamı qəbul etməsi, daha sonra türkləşməsi prosesi izlənir.

Monoqrafiyada gürcü va erməni tarixşünasları tərəfindən zəbt edilən qüdrətli alban etnomədəni layı Azərbaycan tarix elminə qaytarılır, onun bütün cəhətləri bərpa olunur. Monoqrafiya Qafqazda XIX əsrə qədər ermənilərin həm ərazi, həm etnik, həm də siyasi və mədəni cəhətdın yoxluğunu sübut edən yeni müddəadır.

Elmi tədqiqat fəaliyyəti ali məktəblərdə pedaqoji fəaliyyətlə uyğunlaşdırılıb. 1978-ci ildə Azərbaycan Dövlət Universiteti, Azərbaycan Pedaqoji İnstitutu, 1997–1998-ci illərdə “Xəzər Universiteti” tarix müəllimi, 1998-ci ildə Qərb Universitetində “Politologiya” kafedrasının professor, 1998–2001-ci illərdə orada “Humanitar fənlər” kafedrasının müdiri vəzifəsində işləyib.

Qərb Universitetində “Milli özünü dərk problemləri” Beynəlxalq konfransının elmi təşkilatçısı olub, “Azərbaycan milli ozünü dərki və onun təzahürü mərhələləri” mövzusunda məruzə edib, 2006–2018-ci illərdə Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının “İctimai elmlər” kafedrasinın müdiri olub.

F.Məmmədova 6 beynəlxalq konfransın təşkilatçısı və məruzəçi, 27 beynəlxalq konfransların iştirakçı və məruzəçisi olub - Bakıda, Russiyada (Moskva), Gürcüstanda (Tbilisi), Finlandiya (1989), Fransada 3 dəfə (1989, 2004: Pariş, Strastburg, Normandiya), Almaniyada 4 dəfə (1991, 1993, 1994, 2010: Berlin, Köln), Türkiyədə 3 dəfə (1989, 1990, 1991: Ankara, Keisari), Isveçrə (1994: Sürix), Avstriya (1998: Vyana), ABŞ (1990), İngiltərədə 3 dəfə (2012, 2014: London, Kembric), İtaliyada (2015: Roma).

F.Məmmədova 6 monoqrafiya və 120 məqalənin müəllifidir. “Azərbaycanın tarixi coğrafiyası” kollektiv monoqrafiyasının (Bakı, 1987) redaktor və aparıcı müəlliflərindən biri olub. Yeddi cildlik “Azərbaycan tarixinin” ikinci cildinin (“Azərbaycan tarixi”, Bakı, 1998, II cild), “Qarabağ” kollektiv monoqrafiyasının (“Tarix və mədəniyyət oçerkləri,” Bakı, 2004), “Gəncə şəhərinin tarixi” kitabının (Bakı, 2004), “Kürəkçay müqaviləsi-200” kollektiv monoqrafiyasının (Bakı, 2005) müəlliflərindən biridir. 

Qərb Universitetində gender proqramında iştirak edib, ali məktəblər üçün “Azərbaycan tarixində qadınlar” movzusunda proqram hazırlayıb. Ali məktəblər üçün “Qədim dövrlərdən XX əsrə qədər qədər Azərbaycan tarixində qadınlar” mövzusunda məruzə yazıb. Məruzələr “Gənclər, tarix, cəmiyyət, mədəniyyət kitabında (Bakı, 2002) dərc olunub.

F.Məmmədova 20 fəlsəfə doktoru, 1 elmlər doktoru hazırlayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən üç dildə nəşr olunan “Qafqaz Albaniyasının etno-mədəni irsi” (№ 1, Bakı, 2019) və (№ 2, Bakı, 2021) adlı məqalələr toplusunun elmi redaktoru və 2 məqalənin müəllifidir.

Azərbaycan dövləti elmi fəaliyyətini yüksək qiymətləndirərək “Tərifnamə” (1980), “Azərbaycan Respublikasının əməkdar elm xadimi” (1990), respublikanın Dövlət mükafatına layiq görüb, “Şöhrət” (2004) ordeni, “Y.Məmmədəliyev”, “Nizami”, “Moskva və Bütün Rusiyanın Patriarxı II Aleksi” adına medallar ilə, “Qızıl qələm” ilə təltif edilib.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01