Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Məmurların kreslo sevdası, yoxsa “ayrılıq” qorxusu...

2021-11-29 12:34:16 118 baxış
Xəbər şəkil

Hansısa vəzifəyə təyin olunmaq şəxsə olan etibarın, inamın göstəricisidir. Bizdə çox vaxt vəzifəyə təyinat alan şəxslər ardıcıl olaraq işlərində problem yarananda, cəmiyyət tərəfindən tənqidlə qarşılaşanda, o narazılığı aradan qaldırmağın çıxış yollarını axtarmaq əvəzinə, kresloya daha da möhkəmlənməyin yollarını axtarırlar. Kobud səslənsə də, ya kresloda ölürlər, ya da Prezident sərəncamı ilə vəzifədən azad edilirlər. İstefa vermək isə ağıllarından da keçmir...

Azərbaycanda çox az rast gəlinsə də, Avropada demək olar ki, bütün vəzifəlilər bu mədəniyyətə sahibdirlər. Bizdə niyə bu mədəniyyət yoxdur və məmurları kreslolarına bu qədər bağlayan səbəb nədir?

“Düşünürlər ki, istefa versələr, sanki, öz günahlarını etiraf eləmiş olarlar”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Modern.az-a bildirib ki, bunun ilkin səbəbi 70 il sovetlər birliyinin tərkibində qalmaqda, idarəetmə sisteminin daha sərt mərkəzləşmiş formada olmasındadır:

“Əsasən təyinatlar baş verir və bu bir sıra hallarda vəzifəyə göndərilən insanların deyərdim ki, iradəsindən kənar olur. Müxtəlif xarakterli ideoloji strukturların, rayon rəhbərliyindən tutmuş sovet partiya sisteminin bütün həlqələri üzrə təyinatlar mühüm dərəcədə mərkəzi orqanlar və onun rəhbər şəxsləri tərəfindən aparılıb. Belə olan şəraitdə sanki insanların öz fərdi, şəxsi mövqeyi və iradəsindən daha çox mütləq “bu məsələdə kimsə qərar verəcəkdir” kimi bir anlayış, düşüncə sistemi bərqərar olub. Bu hələ yaş baxımından kiçik olan son 30 ilin idarəetmə sistemində də özünü qoruyub saxlayır. Yəni, məmurlar belə hesab edirlər ki, sosial şəbəkələrdəki tənqidlər əsassızdır. Hətta əsaslı olduğu halda da yenə də qərar müvafiq qurumlar tərəfindın verilməlidir. Məsələnin digər tərəfi də odur ki, istefa ənənələri, istefa mədəniyyəti bu cəhətdən geniş şəkildə yayılmayıb. Kimsə düşünür ki, belə addım atacağı təqdirdə mərkəzi hakimiyyət orqanlarının sanki iradəsinə qarşı çıxmış olar. O anlamda sözügedən məsələ ilə bağlı bu gün vəzifə tutan hər kəs cəmiyyətin bu istefanı necə qarşılayacağından, onların çalışdığı sahələrin, nazirliklərin, komitələrin necə qiymətləndirəcəyi ətrafında bir ortaq məxrəc yoxdur. Bu addımın mənfi qarşılanacağını düşünürlər. Çünki düşünür ki, öz kreslosunu könüllü şəkildə tərk edirsə, sanki o qədər də təqdir olunmayacaq”.

Deputat qeyd olunan tənqidlərin kəskin ictimai mövqeyi fonunda bir qisim insanların bu addımı atmamasını məhz məsuliyyət amili ilə bağlayır:

“Çünki onlar düşünürlər ki, istefa versələr sanki öz günahını etiraf eləmiş olur, haqqında yazılanlarla bu və ya digər formada razılaşır. Ardınca ona qarşı hansısa hüquqi davalar açıla bilər. Buna görə də istefa verilməsi dərhal həm ictimai, həm hüquqi tədbirlərə yol alar anlamında bu qərardan daşınır və vəzifəsinə davam etməyə çalışır.

Beləliklə, yaxın ölkələrin təcrübəsində görürük ki, bu əlahiddə bir hadisə deyil. Buna fövqalədə məna vermək yanlışdır. Cəmiyyət həyatını zaman etibarı ilə buna uyğunlaşdırmaq lazımdır. İnsanlar həqiqətən də vəzifəni məsuliyyət kimi qəbul və dərk etməlidirlər. Bu xüsusi bir imtiyaz və üstün bir yerdə görmək hadisəsi kimi qəbul olunmamalıdır. Cəmiyyətlə üfüqi münasibətləri bərqərar elədikcə, vəzifə pultunun bir qədər aşağı enməsi baş verdikcə, çox rahatlıqla vəzifələrdən getmələr müşahidə olunacaq. Bu xəbərdarlıq xarakteri daşımadan, kiçik bir ərizə ilə hər hansı səbəbdən vəzifələrini davam edə bilməyəcəkləri söyləməlidirlər”.

“Məmurlarda da ayrılma problemi var”

Tanınmış psixoterapevt Elmir Əkbər bu halı psixoloji etnik şüraltımızla əlaqələndirib:

“Belə ki, bizim şüuraltımızda əksər insanlarda ayrılmaq mədəniyyəti formalaşmayıb. Məsələn, insan ailəsindən ayrılanda da bu çox biabırçı şəkildə baş verir, iş yerindən çıxanda həm müdriyyət, həm də işçi tərəfindən xoşagəlməz hallar olur. Çox vaxt görürük ki, ailə bərbaddı, ölümə doğru gedir, amma ayrılmaq istəmirlər. İş bərbaddı, istismar olunsa belə, ayrılmaq istəmir. Eləcə də bunu vəzifəli insanlara da aid edə bilərik. Məmurlarda da bu ayrılma problemi var. Ona görə də Prezidentimiz onlara qarşı konkret addımlar atmalı olur. Çünki o insanın özünə qalsa ayrılmaq istəməyəcək”.

E.Əkbər uşaqlarımıza qalib gəlməyi bacarmaqla yanaşı, məğlub olmağı da öyrətməyin vacib olduğunu qeyd edib:

“Övladlarımıza məğlubiyyət mədəniyyətini öyrətməliyik. Dostluq, birlik mədəniyyəti ilə yanaşı, ayrılmaq mədəniyyətini də mənimsətməliyik. Ən əsası keçmişi buraxmağı bacarmağı öyrətməliyik. İnsan keçmişi buraxmalıdır. Onda daha xoşbəxt olacaq və gözəl yaşayacaq”.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03