Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Milix Yevdayevə “Şərəf” ordeni təqdim edilib

2021-11-25 23:55:01 294 baxış
Xəbər şəkil

Noyabrın 25-də Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin 26 iyul 2021-ci il tarixli Sərəncamına əsasən “Şərəf” ordeni ilə təltif edilən Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevə mükafatı təqdim olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan regionda iqtisadi gücü ilə fərqləndiyi kimi, dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və inkişafı kontekstində də ciddi uğurlara imza atıb. Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dövlət-din münasibətləri sahəsində aparılan siyasət dünya ölkələri tərəfindən nümunəvi model kimi qəbul olunur. Dövlət dini icmalara göstərdiyi qayğını və diqqəti gündən-günə artırmaqdadır. Prezident İlham Əliyevin sərəncamları ilə ölkəmizdəki dini qurumlara maliyyə yardımının göstərilməsi dini müxtəlifliyin qorunmasına və dinlərarası qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutan dini məbədlərin inşası və bərpası üzrə baş tutan layihələr təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurur. Bütün bunlar ölkəmizdə dinə dövlət qayğısının bariz göstəricisi, ümumiyyətlə, dövlət-din münasibətlərinin ən yüksək məcrada davam etməsinin təzahürüdür. Daha sonra Mübariz Qurbanlı dini konfessiya rəhbərini dövlət təltifinə layiq görülməsi və yubileyi münasibətilə təbrik edərək Milix Yevdayevin ölkəmizdə multikultural, tolerant ənənələrin qorunması istiqamətindəki xidmətləri, ictimai fəaliyyəti barədə danışıb. Bildirib ki, M.Yevdayev dinlərarası harmoniyanın inkişafına böyük töhfələr verir, Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində daim fəallıq nümayiş etdirir, əlindən gələni əsirgəmir. Xalqımızın parlaq qələbəsi ilə yekunlaşan 44 günlük Vətən Müharibəsində Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə ölkəmizdəki digər dini konfessiyalar kimi Bakı şəhəri Dağ yəhudiləri dini icmasının da xüsusi rolu olub. Komitə sədri Milix Yevdayevin uğurlu fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, bu gün təqdim olunan ordenin bunun əyani sübutu olduğunu vurğulayıb.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, Milix Yevdayev daim Azərbaycana sonsuz sədaqəti ilə seçilir, vətəndaşlıq mövqeyini və azərbaycançılıq ideyalarına sadiqliyini hər zaman ləyaqətlə nümayiş etdirir.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Hacı Salman Musayev isə çıxışında M.Yevdayev ilə birgə etdiyi xarici səfərlərə toxunaraq onun Azərbaycanın dini tolerantlıq modelinin özünəməxsus özəlliklərinin təbliği istiqamətindəki rolu, eyni zamanda xarici mətbuatda yayımlanan məqalələrinin önəmi barədə danışıb.  

Azərbaycan Respublikasının Alban – Udi Xristian dini icmasının sədri Robert Mobili də səbəbkara səmimi təbriklərini çatdıraraq Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ölkədəki mövcud tolerantlıq mühitini daha da dərinləşdirdiyini, xalqların və dinlərin nümayəndələri arasındakı tarixi dostluq tellərini daha da möhkəmləndirdiyini bildirib.

Sonra “Şərəf” ordeni Milix Yevdayevə təqdim olunub.

Milix Yevdayev öz növbəsində fəaliyyətinə verilən yüksək dəyərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Daim Azərbaycan dövlətinin möhkəmlənməsinə xidmət etdiyini deyən dini konfessiya rəhbəri yəhudilərin Azərbaycanın bütün qələbələrinə sevindiyini, Azərbaycanı öz doğma vətənləri hesab etdiklərini deyib. “Biz dağ yəhudiləri uzun əsrlərdir ki, bu torpaqda məskunlaşmışıq. Azərbaycan xalqı həmişə bizə dayaq olub və bir qalxana çevrilərək həmişə bizi bütün bəlalardan müdafiə edib. Azərbaycanı özünə doğma Vətən bilən yəhudilər heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmayıblar. Biz azərbaycanlılarla doğmalaşıb, qardaşlaşmışıq. Bu qardaşlığın rəmzidir ki, Azərbaycanda yaşamış və indi bütün dünyaya yayılmış dağ yəhudilərinin hər biri özünü hər vaxt, hər zaman azərbaycanlı sayır və Azərbaycanı öz Vətəni hesab edir. Biz Azərbaycanın bir parçasıyıq, bizi heç vaxt Azərbaycandan ayırmaq mümkün deyil. Harada yaşamağımızdan, harada olmağımızdan asılı olmayaraq biz həmişə azərbaycanlıyıq”-deyə M.Yevdayev vurğulayıb

Kanal4.az

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03